|
|
 |
|
ATAM DANIŞARDIKİ,...
|
|
ŞAKİR ULUBƏYLİ
ŞEİRLƏ YAŞANAN ÖMÜR. 1-ci hissə
Ucqar, qaranlıq bir kənddən uzaq bir yola çıxdı. Hara getdiyini bilirdi. Nə edəcəyini də bilirdi. Arxada qoca tənha anası, uçuq,sökük bir daxma və birdə qayğısız uşaqlığın xatirəsi-kənd.
Min illər boyu əkin biçinlə dolanmış bu zəhmətkeş insanlar bəlkə böyük işıqlı şəhərlərin olduğunu bilmirdilər. Oxuyub, başqa bir həyat yaşamaq haqda bəlkə də heç düşünmürdülər. Onu isə hansısa, uzaqda, iynənin ucu boyda bir işıq sanki hər an gözdən itəcəkmiş kimi yanıb sönür və çağırıdı.
Orta məktəbi öz kəndlərindən bir neçə kilometr aralı başqa kənddə oxudu. Gözünə nə aclıq nə atasızlıq, nə də yamaqlı paltarları düşürdü.Elə hey şeir deyirdi. Evdə də,yolda da, məktəbdə də. Müharibə dövrü idi və müəllimlərin çoxu öz fənnindən əlavə başqa dərsləri də deyirdilər. Onun gözünə heç bir dərs görünmürdü. Elə gözləyirdi ədəbiyyat dərsi olsun və müəllimlə bir yerdə şeir desinlər. Artıq digər uşaqlarda da şeirə həvəs yaranmışdı.Altıncı, yeddinci siniflərdə artıq kənddə onun istedadına hamı bələd idi. Saaatlarla dayanmadan əzbərdən şeir deyirdi. Müəllimlər də onun yaddaşına heyran qalmışdı.Aşıq Ələsgərin, Səməd Vurğunun şeirlərini yorulmadan, zövq ala-ala deyirdi.
Ətraflı>>> |
|
|
Azərbaycana və hər bir zəngilanlıya vurulmuş mənəvi və ekoloji ziyan
|
|
Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Möhübbət Qurbanov
Vətən haradan başlandığının mənasına varanda duyğular insanı birbaşa öz rayonuna, elinə-obasına, ata yurduna çəkib aparır. Düşündükcə düşünür və qarşına çıxan çətin sualların önündə xəyallara qərq olursan... 16 ilə yaxın bir dövrdə yaşadığımız əsrarəngiz təbii mühit, hər gün rastlaşdığımız tanış üzlər , qohum-qardaş, ömrünün çoxunu birgə keçirdiyimiz insan qrupundan ayrı düşən, yad mühitə hələ də inteqrasiya edə bilməyən, hər bir zəngilanlıya vurulmuş mənəvi və nəhayət ekoloji ziyanın ölçüsü riyazi rəqəmlərə sığmır. Dünya tarixində heç bir müharibədə insanlar işğal olunmuş ərazilərdən tam təmizlənməmiş və onlar beynəlxalq normalar çərçivəsində öz torpaqlarında yaşamışlar. Öz vətənində vətənsizlik həyatını bizə yaşadan erməni işğalçıları, insanları öz təbii mühitindən, ata baba yurdundan, soy kökünün min illərlə yaşadığı torpaqlardan uzaqlaşdırmaqla şovinizmin ən uca zirvəsinə çıxa bildilər.
Ətraflı>>> |
|
|
16 illik Zəngilan həsrəti sona çatır?
|
|
|
“Buradakı vəziyyətin nə qədər dözülməz olduğunu siz də görürsünüz. Doğma torpaqlarımıza geri dönəcəyimizi bildiyimiz üçün bu cür dözülməz şəraitdə yaşamağa razı olmuşuq |
|
|
1993-cü ilin 29 oktyabr tarixində - düz, 16 il əvvəl Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonu ermənilər tərəfindən işğal olundu. Üç tərəfdən mühasirəyə alınan zəngilanlılar həmin günü Araz çayını keçərək İrana, oradan isə respublikamızın müxtəlif bölgələrinə səpələndilər. Talelərinə qaçqın kimi yaşamaq düşən hər bir zəngilanlının bu gün ən böyük arzusu yenidən öz doğma torpaqlarına qayıtmaqdır. Son zamanlar Dağlıq Qarabağ ətrafında yerləşən rayonların işğaldan azad olunması ilə bağlı aparılan intensiv danışıqlar, deyəsən, öz bəhrəsini verməkdədir. Danışıqlar prosesində böyük irəliləyişin olduğu ən yüksək səviyyədə - ölkə başçısı tərəfindən də bəyan edildi. Aralarında Zəngilanın da olduğu işğal edilmiş 5 rayonun ermənilər tərəfindən boşaldılacağı barədə ilkin razılaşmanın olmasını Prezident İlham Əliyev də təsdiqlədi. Ölkə başçısının bu açıqlaması bu gün Zəngilan həsrəti ilə yaşayan on minlərlə zəngilanlı üçün bir müjdə, bir ümid işığı oldu. 16 ildir Zəngilan həsrəti ilə yaşayan bu insanlar bütün çətinliklərə baxmayaraq, doğma torpaqlarının işğaldan azad olunacağı günü indi daha artıq səbirsizliklə gözləyirlər. “Zəngilansız illər“ onların sevgisini azalda bilməyib. | Ətraflı>>> |
|
|
Zəngilanlıların daha bir fəxr edəcəyi şəxs - akademik Nizami Məhərrəmov!
|
Vüsalə Məhərrəmli
Zəngilan torpağı Azərbaycan xalqının fəxr etdiyi onlarca oğul yetirib. Onların arasında Sovet Ittifaqı Qəhrəmanı, Azərbaycanın milli qəhrəmanı və digər şərəfli ada layiq gorülmüş igidlər, məşhur yazıçılar, şairlər, pedaqoqlar, hüquqşunaslar və digər sahələrlə yanaşı elmin zirvələrini fəth etmiş alimlər də var. Doğma yurddan didərgin düşmüş Zəngilanlılar uzun illərdən bəri qürbətdə yaşayan, Rusiya kimi nəhəng bir ölkədə öz istedadı, isguzarlığı, zəhmətkeşliyi sayəsində çox boyük hörmət və şöhrət qazanan daha bir həmyerlilərindən xəbər tutdular. Bu 2009-cu il fevralın 27-də, Elmtutmlu texnologiyalar üzrə Rusiya Elmlər Akademiyasının akademiki adına layiq gorülmüş Nizami Ədil oğlu Məhərrəmovdur.
Zəngilan gəncləri onu tanımasalar da, orta və yaşlı nəsil Nizami muəllim haqqında çox eşidib. Onun calışdığı orta məktəbdə "dəmir intizam"-ından, yüksək pedaqoqluk keyfiyyətlərindən, rayonun sayılıb-seçilən idmançılarından biri olduğundan yəqin ki, yeri gəldikcə soz açırlar. Hələ kiçik yaşlarından elm və biliyə böyük diqqət ayıran Nizami Məhərrəmov tutduğu işıqla yolun zirvəsinə 59 yaşında çatdı. Orta məktəb müəllimindən akademik kimi elmin ən yüksək rütbəsinədək uzun və çətin yoldan qorxmayan həmyerlimiz, bu ali adı qazanan ikinci Zəngilanlı oldu. Elmtutumlu texnologiyalar üzrə bu yüksək ada nail olan azərbaycanlıların barmaqla gostərilməsi də əlavə olaraq Nizami Məhərrəmovu Zəngilanlıların fəxrinə çevirdi.
Nizami Ədil oğlu Məhərrəmov 1950-ci il aprelin 14-də Zəngilanda ziyalı ailəsində dünyaya goz açıb. Rayonun sayılıb-seçilən ağsaqqalarından olan atası Ədil kişidən bir çox yüksək keyfiyyətlərlə yanaşı insanlara qərəzsiz yanaşan, həm də anası - seyid Hüseyn ağanın qızı, Səriyyə xanımdan peyğəmbər övladlarına məxsus xeyirxahlıq, düzgünlük, ədələtlilik kimi gözəl xasiyyətlər əxz edib. Ətraflı>>> |
|
|
SARALMIŞ KAĞIZLAR SORAĞI İLƏ
|
Mürsəl Qocayev
Ömür dedikləri bir karvan yolu... Dünyaya göz açan hər bir insan bu yolu keçməli olur. Lakin bu yolu heç də rahat keçə bilmir. İnsan bu yolda çox keşməkeşlərə təsadüf etməli olur. Anadan olmasının 100 illiyi rayon İctimaiyyəti tərəfindən ehtiramla qeyd edilən vətən müharibə veteranı Məhəmməd Heydərovun timsalında bunu görmək olar. Ömrünün karvan yolu XX əsrin səkkizinci ilində başlamışdır. Atası vaxtsız vəfat etdiyi üçün anasının, əmisi Nəzərin və kəndin çox nurani-pirani ağsaqqalı olan dayısı Kərbalayı Musanın qayğısı ilə böyüyən Məhəmməd uşaq yaşlarından həyatın çox ciddi çətinlikləri ilə üzləşmişdir. Lakin himayəçiləri anası, əmisi və dayısı onu böyütmək üçün çox böyük zəhmət sərf etməli olmuşlar. Məhəmməd isə kənd həyatı kimi ailə qayğılarına etinasız qalmamış, 8-9 yaşından ev təsərrüfat işlərində gücü çatan hər işdə ailəyə kömək etməyə başlamışdır. Yaşlı adamlar bu dövrlərin necə keşməkeşli olduğunu yaxşı bilirlər. 1920-ci ildən sonra nisbətən sakitlik yarandı. Bu müddətdə rayonda məktəblər açılmağa başladı. 1921-ci ildə Malatkeşin kəndində ibtidai məktəb yaradıldı. Orta təhsilini qonşu Pircivan kənd orta məktəbində almış və 1930-32-ci illərdə hərbi xidmətə çağırılmışdır. 1934-cü ildə M.Heydərov Zəngilana Komsomol Komitəsinə birinci katib göndərilmişdir. Bu, onun üçün çox böyük etimad hesab olunurdu. Ətraflı>>> |
|
|
Nümunəvi insan
|
Əbil Məmi oğlu Həsənov 1920-ci ildə Zəngilan rayonunun Malatkeşin kəndində dünyaya göz açmışdır. O, ilk təhsilini doğma kəndindəki natamam orta məktəbində almış, 1933-cü ildə isə Pirçivan qəsəbə orta məktəbinə daxil olaraq həmin tədris müəssisəsini 1939-cu ildə başa vurmuşdur. Həmin ilin noyabrında ordu sıralarına çağırılmışdır. 1940-cı ildə Kiyev Xüsusi hərbi Dairəsinin kiçik aviasiya mütəxəssisləri məktəbini bitirmişdi. Böyük Vətən müharibəsi ilə tariximizə daxil olmuş qanlı savaşın ilk günlərindən etibarən cəbhənin ən qaynar nöqtələrində olmuş, ikinci Ukrayna, birinci Pribaltika, Şimali Qafqaz və Cənub-Qərb cəbhələrinin tərkibində faşizmə qarşı mübarizədə iştirak etmişdir. 1946-cı ildə ordudan tərxis olunan Ə.M.Həsənov “Döyüş xidmətlərinə görə”, “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” adlı döyüş təltifləri ilə birgə geriyə qayıtmışdır. Ordudan tərxis oldunduqdan dərhal sonra Ə.M.Həsənovun zəngin əmək fəaliyyəti dövrü başlanır. O 1964-cü ilin iyulundan dekabrınadək Azərbaycan komsomolu Zəngilan rayon Komitəsində təşkilat şöbəsinin müdiri, sonra isə rayon partiya komitəsində texniki katib-statistik təlimatçı və bölmə müdiri vəzifəlrində çalışmışdılr. 1952-1954-cü illərdə ikillik partiya məktəbinin dinləyicisi olur. Məktəbi bitirdikdən sonra isə rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsinə təyin edilir. Ətraflı>>> |
|
|
Erməni məsələsi və türk-müsəlman soyqırımı
|
Xaqani İsmayıl
Bəslədiyimiz bəla və ya erməni etirafı
Xristian dünyası tərəfindən süni sürətdə ortaya atılmış "erməni məsələsi" beynəlxalq konfransların gündəliyinə və barış sazişlərinin maddələrinə daxil edilməzdən öncə bu qalmaqallı toplumun - erməni xalqının yaşamı, öz milli - dini dəyərlərini mühafizə edib-etməmə durumu, iqtisadi vəziyyəti və s. istər-istəməz hər bir oxucuda maraq doğurur. Doğrudandamı ermənilər tarixən "vəhşi" türklərdən saysız-hesabsız zülmlər, işgəncələr görmüş, dini inancları və milli gələnəkləri (adət-ənənələri) və mədəniyyətləri assimlyasiya təhlükəsi ilə üzləşmişdi. Bugünki erməni təbliğatına, o cümlədən 1000-dən artıq erməni saytlarındakı iftira və hədyanlara cavab vermək üçün nəinki alimlərimiz, hətta hər bir azərbaycanlı ziyalısı, Azərbaycan vətənpərvəri və sadə həyat tərzi yaşayan orta təhsilli yurddaşımız da bu sualların cavablarında aciz qalmamalıdır. Bu məqsədlə də hər şeydən öncə oxucularımıza ermənilərin türklərlə münaqişədən əvvəlki durumunu əks etdirən bir neçə vacib məqamı dünyanın ən müxtəlif dinlərinə və millətlərinə mənsub olan müəlliflərin (onların sırasında erməni müəllifləri də var) dilindən çatdırmaq istərdik: " Erməni etnosu Qafqazın hüdudlarından kənarda formalaşıb" Ətraflı>>> |
|
|
NİGARANÇILIQ VƏ YAXUD DƏRDLƏRİMİZİN GÖRÜNMƏYƏN ÜZÜ
|
Vaqif Qüdrət
Günlər keçir.Zaman son mənzilinə can atan dağ çayı kimi sürətlə axır,illər sanki basabas salaraq tələm-tələsik bir-birini əvəz edir.Xatirələrimizin doğma yurdla,doğma ocaqla bağlı zaman məvhumu isə kəməndə düşmüş köhlən kimi öz yerində şahə qalxır,çalışıb çabalayır,irəliyə dartınır,ancaq o xoş günlərin şirin xatirələrindən uzaqlaşa bilmir və elə bilirəmki,bundan sonra bu dünyada nə qədər yaşaya bilsək də,o xatirələrdən ömrümüzün sonuna qədər uzaqlaşa bilməyəcəyik.Elə bil ki,qoynunda doğulduğumuz,hər ağacında, hər kolunda min bir xatirəmiz ilişib qalan,hər daşı,hər kərpici ürəyimizin hərarəti ilə isinmiş o kəndlərdən, o evlərdən dünən ayrılmışıq.Elə bil ki, yağıların top-tüfənginin başımızın üzərində guruldadığı günlər ,son dəfə qanrılıb sevincimizin ,kədərimizin şəriki ,illərlə içində yaşayıb isti qoynunda oğul-uşaq böyütdüyümüz evlərə həsrətli nəzərlərlə vida dediyimiz o təlaşlı anlar dünən olmuşdur.Ancaq ötüb keçmiş illərin sayına varanda adamı heyrət bürüyür. Ürək kövrəldən bir təəssüflə düşünürsən ki,Vətəndə vətənsiz –Zəngilansız keçirdiyimiz illərimizin də sayının artıq on beşə çatmağına bir şey qalmayıb. Necə deyərlər,papağını fırlat,bir də görəcəksən ki, on beşinci başa çatdı. “Bəlkələrə” söykənərək zəif bir ümidin təsəllisi ilə yaşadığımız bu on beş illik insan ömrünü təhlil və “təftiş” eləyəndə adamın ürəyini adsız bir duyğunun təəssüfü bürüyür. Ömrümüzdən hədər keçən, boz rəngi ilə bir-birinə bənzəyən bu illər də təəssüf ki, ömürdən gedir. Təəssüf,min təəssüf! Ətraflı>>> |
|
|
VƏTƏN OĞLU
|
Məhəmməd BAHARLI,yazıçı - publisist.
General-sərkərdə Məhəmməd Nəbi oğlu Əsədov barədə xatirələr
General Məhəmməd Əsədovun doğulub boya-başa çatdığı Zəngilan rayonundakı Baharlı kəndi dünyada ikinci, Avropada birinci çinar meşələrinin boy verdiyi Bəsitçayın Araza qovuşacağında yerləşir. Bu kəndin yetirmələrindən biri də mənəm.
Məhəmməd Əsədovun 1983-cü ildə Moskvada xüsusi akademiyanı bitirib Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində bir müddət məsul vəzifədə çalışandan sonra Beyləqanda raykomun birinci katibi işlədiyi vaxtlar idi. Bir gün zəngləşərək dedi ki, gəl gör rayonda nə işlər görmüşük. Söz verdim və məsul katibi olduğum "Azərbaycan məktəbi" jurnalının xəttilə müəllimlərin avqust konfransı ərəfəsində Beyləqana gedib üç gün onun qonağı oldum. Məhəmməd cəmi yeddi-səkkiz ay olardı ki, həmin rayonda fəaliyyətə başlamışdı, lakin bu qısa müddətdə orada o qədər tikinti, abadlıq işləri aparmışdı ki, bunu başqa rayonlarda görə bilməzdilər. Səbəbi də bu idi ki, Məhəmmədi nazirliklərin hamısında sevir, rayon üçün nə istəsəydi "yox" demirdilər. Buna görə də onun işlədiyi rayonlarda adamların bəxti gətirir, belə çiçəklənmə görürdülər. Ətraflı>>> |
|
|
67-XANKƏNDİ, 87-NİN QIFILBƏNDİ
|
Əfrail Hüseynov
Bir erməni vəhşiliyinin yeganə azərbaycanlı şahidi, sabit DTK podpolkovniki Əfrail Hüseynovun hekayəti və zabitin milli məsələyə dair düşüncələri
Xankəndində ilk erməni barbarlığı
....1966-cı ilin yanvarında məni Qaradüzdən (Horadiz kimi tələffüzü qələtdir) Stepanakertə dəyişdirdilər. Gedib işləri təhvil götürdüm. Vəziyyətlə tanış olub uşaqları da yanıma apardım. İdarəyə yaxın olan məndən əvvəlki Azərbaycan çekistlərinin yaşadıqları kommunal evdə yaşamalı olduq. May ayına qədər Şuşa, Mardakert, Martuni, Hadrut rayonlarında Azərbaycan icmasının içindən vəziyyətlə tanış oldum. Mövcud gerçəklikdən mənə məlum oldu ki, camaat öz dərd-sərləri ilə məşğuldur. Xalqımız tərəfindən üz qaralda biləcək Ətraflı>>> |
|
|
DTK-dan cavab və yaxud Çsekadan Tsekaya cavab
|
Əfrail Hüseynov
Tarix boyu ermənilərin bizə qənim kəsilmələri barədə bizlərə çox nəsnələr məlumdur. Fəqət, DTK-nın sabiq polkovnik-leytenantı Əfrail Hüseynovun imzası ilə sizlərin mühakiməsinə təqdim etdiyimiz bu yazı öz konkretliyi və dəqiqliyi ilə diqqəti daha çox cəlb edir. Elə biz də siyasi-ideoloji mübarizəmizə obyektiv qiymət vermək baxımından böyük əhəmiyyət kəsb edən bu yazının dərcini məqsədəuyğun bildik. Oxuyun, siz də nəticə çıxarın.
1967-87-nin ideologiyaya pərdəarxası mübarizə tariximizdən...
1967-ci ilin sentyabrında-oktyabrında Azərbaycan Respublikasında DTK-nın ideoloji şöbəsi təşkil olundu, kadr heyəti ilə təmin edildi. Bu arada Moskvadan cəmi-məmləkətin ideoloji şöbələrinin başlıca vəzifələri barədə təlimatlar gəldi. Bütün ittifaqda hamının yeganə, ümumi vəzifəsi göstərildi. Vəzifə əsasən ölkə xaricindəki dağıdıcı qüvvələrin məmləkətimizə qarşı yönəldilmiş ideoloji təxribatı Ətraflı>>> |
|
|
ÇAYLAR SƏMTİNƏ AXAR
|
Əfrail Hüseynov
Bir erməni vəhşiliyinin yeganə qələm şahidi, sabiq DTK podpolkovniki Əfrail Hüseynovun hekayəti və zabitin milli məsələyə dair düşüncələri.
…1918-ci il. Baharin gülşən çağıdır. Bülbüllərin yuva quran, yumurta qoyan, cücə çıxardan, bala uçuran əyamıdır. Kövnü məkanların şu gülgün mənzərəsinə, rəqsinə bərk-əks afat çəyirtkəsi hayeslərin də şitəngilikdə xain-xabis kafaları gicişir. Dəcəlin dağdağanlarının xuruşu tutub, guya dünyanın axırıdır, qiyaməti məşhər ayağı gəlibdir. İlhamları coşub köpüklənibdi. İyrənc dodaqları qulplu patılda sacaq üstündə pırt-pırtla qır dağdağısına işarə verir. Düşünüb, daşınıb uzunqulaq, pələ burun nadürüstlər naqis-nacins başlarından Razdərəli (Arazdərəli) Salman bəyin oğlu Nəriman bəyin qanına susayıblar, onun başına corab toxuyurlar, tələ qururlar. Çar hakimiyyəti də cəbhələrdə taxtdan düşüb, vurçatdasındı, ara qarışıb, məzhəb itib, it yiyəsini tanımır. Könüllərindən keçir ki, dərə xəlvət tülkü bəyin vaxtıdır.. Ətraflı>>> |
|
|
MİNCİVAN-POLAD MAGİSTRALLAR QOVŞAĞI
|
Mürsəl Qocayev
Mənbəyini Zəngəzur dağlarından götürən Oxçu və Bəsit çaylarının Araza qovuşduğu yerin arasında, Arazın sol sahilindən 3-4 kilometr aralı, alçaq təpələrin ətəyində Mincivan adlı balaca bir kənd var idi. 1936-cı ildən sonra Azərbaycan dəmir yolunun çəkilişinin Horadiz stansiyasından Naxçıvan istiqamətinə davam etdirilməsi, mis mədənlərinin istiqamətləri ilə əlaqədar olaraq Qafana 40 km ayrıca dəmir yolu çəkilməsi üçün Azərbaycan dəmir yolunun ən böyük polad yollar qovuşağına, rayon tabeliyində potensiallı qəsəbəyə çevrilmişdi. Ətraflı>>> |
|
|
Moldaviyada adına abidə ucaldılmış zəngilanlı İmaməli
|
Həbibullah Əzizov
Qədim Zəngəzur torpağı bütün dövrlərdə qəhrəman övladlar yetişdirib. Tarixin hər dövründə Azərbaycanımızın hər bölgəsində olduğu kimi, Zəngilan torpağı da övladlarını düşmənlə mübarizəyə səsləyib.
Haqqında yazacağımız qəhrəman Zəngilan rayonunun Yeni Kənd (Hüseynbəyli) kənd sakini Qurbanov İmaməli Dünyamalı oğludur. İmaməli Qurbanov Fizuli rayonunda hesabdarlıq məktəbini bitirdikdən sonra öz kəndlərindəki kolxozda baş mühasib işləməyə başlayıb. Ancaq İkinci Dünya müharibəsi milyonlarla insan kimi İmaməlinində arzularını ürəyində qoyub. İmaməli 1941-ci ilin yayında könüllü olaraq cəbhəyə yola düşüb. Döyüş yolu Şimali Qafqazdan başlayıb. O, döyüşə-döyüşə Moldaviyaya qədər gedib çıxıb. Döyüşlərdə iki dəfə yaralanmasına baxmayaraq yenidən döyüşlərdə iştirak edib. 1943-cü ildə Moldaviyanın strateji obyekti olan Xadijimus kəndi uğrunda almanlara qarşı ağır döyüşlər başlayır və bu döyüşdə xeyli sayda əsgər qurban gedir. Xadijimus düğməndən təmizlənir. İndi həmin kənddə iki körpənin sığındığı məğrur bir əsgər abidəsi var. Qəhrəmanlığına görə İmaməli Qurbanovun xatirəsinə ucaldılmış abidə. Bu bizim fəxrimiz zəngilanlı İmaməlidir. |
|
|
And yerimiz, gümanımız Zəngilan
|
Arif Qurbanoğlu (Hüseynov)
Müstəqil Azərbaycanın müstəqilliyinin şirinliyini dadmayan, sinəsi dağlı, rus və erməni işğalçılarının əsiri olan, həm dağlı, həm də aranlı olan Zəngilan mahalına
Məcburi köçkün, sözün əsl mənasında didərgin olan Zəngilan sakinlərinin məktubu
Sənə bu məktubu doğma anasından ayrı düşən, ana həsrəti ilə yaşayan övladlar kimi yazırıq. Biz səndən ayrılanda güman edirdik ki, tezliklə geri qayıdarıq. Həmin vaxtdan illər keçir.
Nədən yaman oda düşdün, Girov qalan Zəngilanım. İldə bir yol yada düşdün, Rəngi solan Zəngilanım. Əsir olan Zəngilanım. Ətraflı>>> |
|
|
Erməni xisləti
|
Mürsəl Qocayev
“Böyük Ermənistan həsrəti”
Tarixin həqiqəti
Ermənilər gözünü həmişə türk torpaqlarına dikmiş və türklərə qarşı genetik bir gözügötürməzlik xəstəliyinə düçar olmuşlar. Bu gün məngənəsində sıxıntı çəkdiyimiz təcavüzkarlıq ermənilərin əsrlərdən bəri yürütdükləri məkrli siyasətin davamıdır. Bütün tarixi faktları xatırlayıb günahlarımıza görə öz-özümüzü nə qədər məzəmmət etməli olsaq da bu faciələrin başlıca səbəbi rus imperializminin Qafqazda yeritdiyi çoxillik siyasətin və ermənilərin “Böyük Ermənistan” iddialarının reallaşdırılmasına ardıcıl havadarlıq etməsidir. Ətraflı>>> |
|
|
Çinar meşəsinin harayı
|
Oktay Zəngilanlı
Bu yazını qələmə almağıma səbəb varllığım qədər sevdiyim Azərbaycana, onun təbiətinə məhəbbətim, Kiçik Qafqaz dağlarının cənubunda, Zəngilan rayonu ərazisində yerləşən 1974-cü ilin 4 iyulundan Bəsitçay Dövlət Təbiət qoruğuna (Çinar meşəsi) çevrilən, 107 hektardan artıq ərazini əhatə edən, sahəsinin böyüklüyünə görə Avropada birinci, dünyada ikinci olan şərq çinarı meşəsini gözləyən fəlakət haqqında həyəcan təbili çalmaqdır.
Qeyd etmək istəyirəm ki, dünyada çinarların 8 növü var. Azərbaycanda yabanı və ya yabanılaşmış halda onların bir növü – şərq çinarı və ya barmaqyarpaqlı çinar növü yayılmışdır. Ümumiyyətlə, bu növ çinarlara təbii meşə halında Yer kürəsinin üç yerində - Türkiyədə (Anadoluda), Azərbaycanda (Zəngilanda) və Aralıq Ətraflı>>> |
|
|
Zəngilan rayonunun publisistik salnaməsi
|
Mürsəl Qocayev
Rayon icra hakimiyyəti aparatının, rayon fəallarının iştirakı ilə rayon qəzetinin 75 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdi. Qəzetin yubiley nömrəsində, habelə yubiley yığıncağında çıxış edənlərin nitqlərində qəzetin nəşr olunduğu 75 il ərzində göstərdiyi fəaliyyətindən geniş söhbət açılmışdı.
Qəzet 1932-ci ildə «Qızıl Zəngilan» adı ilə nəşrə başlamış, 1936-cı ildə «Stalinçi», 1956-cı ildə isə «Zəngilan kommunisti» adı altında həfətədə iki dəfə iki səhifə həcmində çap olunmuşdur. Ətraflı>>> |
|
|
|
 |


Təsisçi:
Novruz Qərib
oğlu Məmmədzadə
Əlaqə telefonu:
(+994-50) 379 70 60
(+994-55) 379 70 60
(+994-70) 379 70 60
E-mail:
novruzgeriboglu@mail.ru
|
|
|