|
|
 |
|
Zəngilan rayonunun tanınmış seyyid ocaqları
|
|
SEYYİD (ərəbcədir) - Müsəlman dünyasında Məhəmmədin nəslindən olan adamların fəxri təxəllüsüdür. Seyidlər müsəlman cəmiyyətinin sosial strukturunda möhtərəm təbəqələrdən birini təşkil etmiş, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də qismən belə bir nüfuz sahibidirlər.
“Şükr və tərif Allaha məxsusdur, biz Ona şükr edirik, Onu tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.”
İslam öz gəlişi ilə insanlara hürriyət və xoşbəxtlik bəxş edən, onları kor-koranə həyat tərzindən uzaqlaşdıran, cəhalətin insan təbiəti üçün tamamilə yararsız bir hal olduğunu göstərən və bundan yaxa qurtarmağı isə Adəm oğlundan qəti şəkildə tələb edən, yaradılan canlıların ən üstünü olan şüurlu varlıq üçün ən gözəl və əvəzedilməz məişət qaydaları müəyyən edən, öz prinsipləri ilə insanda ən çıxılmaz və dözülməz şəraitdə belə düşdüyü vəziyyətdən çıxış yolu tapa biləcəyinə inam yaradan, bir dindir.
Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan 1991-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatının üzv oldu. 1960-cı ildə Ərəbistan padşahı Məlik Səudun təşəbbüsü ilə İslam Konfransı Təşkilatı yaradılması ideyası irəli sürülmüş və bu təşkilat 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. 60-a yaxın dövlət bu təşkilatın üzvüdür.
 |
|
|
Seyyyid Həsən ağa
|
 |
|
|
Seyyid Mir Əli ağa
|
|
Materiallar Hacı Əli Xankişiyevin “Nurlu Mir Əli ağa ocağı” kitabından götürülmüşdür
Seyyid Mir Əli ağa 1910-cu ildə Zəngəzur mahalının Zəngilan rayonunun Gilətağ kəndində anadan olub. Seyyid Mir Əhməd ağanın yeganə oğludur.
Seyyid Mir Əli ağa Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl, Füzuli, Qafan, Naxçıvan ellərinin böyük hörmətini qazanmışdı. Seyyid Mir Əli ağa dərin mənalı, şirin söhbətləri ilə insanları heyran qoyar, el obanın xeyir-şər məclislərinə ağsaqqallıq edər, ailə həyatı quran gənclərə xeyir-dua verər, yas mərasimlərində mərhumların ruhuna Qurani-Kərimdən yasin surəsi oxuyardı. Zəhməti, halallığı özünə şərəf sayan Seyyid Mir Əli ağa ictimai və şəxsi təsərrüfat işlərində yorulmaq bilmədən çalışar, el obanın abadlıq, quruculuq işlərində də ürəkdən köməklik göstərərdi. Hətta 1941-1945 böyük vətən müharibəsinin qanlı-qadalı illərində arxa cəbhədə fədakarlıqla çalışdığına görə “Rəşadətli əməyə görə” medalı ilə təltif olunmuşdur.
Seyyid Mir Əli ağa 1979-cu ilin noyabrında, ömrünün müdriklik çağında dünyasını dəyişdi. Seyyid Mir Əli ağa kimi səmimi olan həyat yoldaşı Dilarə xanım da ağanın ölümündən çox keçmədən dünyasını dəyişdi. Hər ikisi Zəngilan şəhər qəbiristanlığında dəfn olunublar.
Dini təlim vermək məqsədilə Cənubi Azərbaycanın Ərdəbil vilayətindən gələn Seyyid Mir Əli ağanın atası Seyyid Ətraflı>>> |
|
|
Seyyid Mir ağa
|
|
Seyyid Mir Ağa ocağı Zəngilan rayonunun tanınmış seyyid ocaqlarından biridir.
Seyyid Mir ağa Kərbəlayi Seyyid Mirqasım oğlu 1912-ci ildə Zəngilan rayonunun Tatar kəndində anadan olub.
Bir müddət Zəngilan rayonunun Muğanlı kəndində də yaşayan Seyyid Mir Ağa sonradan rayonun Şayıflı kəndinə köçüb.1993-cü ilin noyabr ayına kimi ( Zəngilan rayonu işğal olunanana kimi ) Zəngilan rayonunda yaşayıb. Ömrününün son illərini isə Sumqayıtda keçirib.
Seyyid Mir Ağa Zəngilan, Qubadlı, Cəbrayıl və digər rayonlarda Qara seyyid (yəni böyük seyyid) kimi də tanınırdı.
Seyyid Mir Ağanın babası Seyyid Mir İsmayıl Cənubi Azərbaycanın Təbriz şəhərindəndir.
Seyyid Mir Ağanın atası Kərbəlayi Seyyid Mir Qasım da Təbriz şəhərində anadan olub.O, qardaşları Seyyid Mir İbrahim və Kərbəlayi Seyyid Mirhadi iıə Xorasanda dini təhsil alıblar. Sonradan Təbrizdən Zəngilan rayonunun Tatar kəndinə köçüblər. Ətraflı>>> |
|
|
Seyyid Əli ağa
|
|
Materiallar Hacı Seyyid Miriş Bərgüşadlının “Ziyarətgahlarım, didərginli ahlarım” kitabından götürülmüşdür.
Dədə-babalardan, ana-nənələrdən, yaşlı nəsillərdən və müəllimlərdən öyrəndiyim bilgilərə istinadən bu qənaətdəyəm ki, mənsub olduğum söyköküm təxminən 300 il əvvəl İranın Pirheydər mahalından Şimali Azərbaycanın Zəngəzur mahalındakı Zəngilan rayon bölgəsinin Həkəri ilə Bərgüşad çaylarının qovuşduğu yerdən Araz çayına doğru istiqamətindəki axarının sağ sahilində, çayın lap yaxınlığında, Rəbənd və Sarıl kəndləri arasında qədim adı Tərəkəmə (indiki Alıbəyli) olan (San Petroqrad və ya Leninqrad şəhərindəki mərkəzi arxiv sənədlərinə əsasən) obaya dini təlimlə məşğul olmaq, işləmək üçün göndərilmiş ulu babam Seyyid Əli burada məskunlaşmış, sonrakı nəslimizin də əbədi yaşamasının təməlini qoymuşdur. Nəsil nəcabətimiz türkləşmişsə də, “Seyyid, Ağa, Mir” kimi titulları saxlamış, irsiyyəti danmamış, mötəbərliyə, soykökə Şəcərəyə sadiq qalmışdır. Təəssüf ki, köklü Şəcərəmiz Sovet İttifaqının yarandığı illərdə (1920-1935) əldən alınmış, məhv edilmişdir.
Ehtimal ki, Seyyid Əli babanın Şəcərə kökü Məhəmməd peyğəmbərin, onun əmisi oğlu və qızının əri İmam Əlinin irsiyyəti ilə bağlı olduğundan ulu babalarımız da ərəb olmuş, digər müsəlman ölkələrinə göndərilən möminlər kimi bizim babalarımız da İrana göndərilmişdir.
Zaman-zaman, dildən-dilə, nəsildən-nəsilə keçən soykökümüz, irsi mənsubiyyətimiz haqqında topladığım Ətraflı>>> |
|
|
|
 |


Təsisçi:
Novruz Qərib
oğlu Məmmədzadə
Əlaqə telefonu:
(+994-50) 379 70 60
(+994-55) 379 70 60
(+994-70) 379 70 60
E-mail:
novruzgeriboglu@mail.ru
|
|
|