Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Z Ə N G İ L A N
Mənə öyünməyə - Azərbaycanım,
Vəsf etməyə - Zəngilanım bəs eylər.
  |  Baş səhifə   |   Məktub yaz  |   Axtar
www.zengilan.com
www.zengilan.com internet səhifəmizin materiallarından istifadə etdikdə səhifəmizə istinad edilməlidir.
  · Xəbərlər
  · Ərazi
  · Əhali
  · Tarix
  · Təhsil
  · Ədəbiyyat
  · İdman
  · İqtisadiyyat
  · Hüquq
  · Şəhidlər
  · Milli Qəhrəmanlar
  · Müharibə
  · Tanınmış insanlar
  · Seyyid ocaqlarımız
  · Sənədlər
  · Bannerimiz




ILK-10 Azeri Website Directory

free counters

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANLARI


Milli qəhrəmanlarımız haqqında məlumatların və şəkillərin əldə olunmasında göstərdikləri köməyə görə "Milli Qəhrəmanları tanıtma" İctimai Birliyinə, "Azərbaycanın Milli Qəhrəmanları" kitabının müəllifi Vüqar Əsgərova  və www.vetenimazerbaycan.com saytının yaradıcılarına təşəkkür edirəm.


ABBASOV MEHDİ YUSİF oğlu
1960-cı il yanvar ayının 1-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olmuşdur. Mehdi 1991-ci il iyun ayının 28-də DİN-nin sərəncamına göndərilib. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı. Abbasov Mehdi göstərdiyi şücaətə görə `Mixaylo` ləqəbini qazanmışdı. DİN-nin mükafatlarına layiq görülmüşdür. Mixaylonun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaraladı. Həmin gün o əbədi olaraq gözlərini yumdu.
Ətraflı>>>

ABDULLAYEV NAMİQ VAHİD oğlu
10-may 1974-cü ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. Məktəbi bitirən Namiq orduya getmək istədiyini bildirir və 1992-ci ilin dekabırında cəbhəyə yola düşür. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Ama onlar ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışdılar. Onlarla erməni quldurunu məhv edən Namiq son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı, zirehli texnikanın heyəti məhv edildi, vətənimizin bu cəsur oğlu əbədiyyətə qovuşdu... Ətraflı>>>

ABDULLAYEV RÖVŞƏN ƏBDÜLHÜSEYN oğlu
1969-cu il yanvar ayının 16-da Lerik rayonunda doğulmuşdur. Məktəbi burada başa vurduqdan sonra isə ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı. Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1992-ci il Rövşənin son döyüşü oldu erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə “Qaz 66” markalı Ətraflı>>>

ABDULLAYEV ŞÖVQİYAR CƏMİL OĞLU
www.shovgiyarcemiloglu.info

5 aprel 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Dövlət Politexnik İnstituna (indiki Texniki Universitet) daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra isə ordu sıralarına çağrılır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdır. Vətənimizin aslan ürəkli övladı könüllü olaraq 1992-ci ildə Milli orduya yazılır. Ağdamda təşkil edilmiş Tank briqadasına komandir təyin edilir. Ətraflı>>>

AĞAYEV BƏYLƏR TAPDIQ oğlu
3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağaclı kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Reespublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq ordu sıralarına yazılır. Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. 1992-ci il...
Ətraflı>>>

AĞAYEV FAİQ ALIŞ oğlu
1969-cu il iyun ayının 6-da Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış, polis alayına yazılır. 1991-ci il dekabr ayının 23-ü... Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalmışdı, günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan vəhşicə qətlə yetirirdilər. Döyüşçülərimiz yerli əhalini xilas etməyə çalışırdılar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlərını məhv edirdi. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etdi. O son ana qədər mövqeyini tərk etmədi, son damla qanına və son nəfəsinə qədər vuruşdu Vətənimizin igid oğlu başqalarının həyatını xilas Ətraflı>>>

AĞAYEV FƏRHAD İSLAM oğlu
4 avqust 1975-ci ildə Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdur. O 1992-ci ildə Ələmbəyli kənd məktəbini bitirdikdən sonra, 1993-cü ildə Sabirabad rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Fərhad Prezident Qvardiyasında xidmətə başlayır. O 24 yanvar 1994-cü ildə cəbhəyə yola düşür, ilk döyüşlərini Füzuli rayonunun Seyidəhmədli kəndində keçirir. O Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində şücaət göstərir. 1995-ci ilin mart ayında bir qrup silahlı dəstə namərdlik edərək yenicə təşəkkül tapmağa başlayan dövlətimizə xəyanət edir. Fərhad dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. 1995-ci il 13 mart o qardaş gülləsindən ağır yaralanır, Ətraflı>>>

AXUNDOV SƏFA FƏTULLA oğlu
19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olmuşdur. İlk təhsilini Saatlı rayonunda almışdır, sonra Cəlilabad rayonuna köçdüklərindən təhsilini burada davam etdirmişdir. Səfa uşaqlıq vaxtlarından Təyyarəçi olmaq arzusunda idi, bu istəyi onu Bakı Aeroportuna gətirir. Daha sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olur. 1979-cu ildə bu məktəbi bitirərək Yevlax rayonundakı Aeroportda pilot təyin edilir. 1987-ci ildə Riqada yaşayan Səfa erməni quldurlarının vətənimizə təcavüzünə biganə qalmayaraq Azərbaycana dönür. 1989-cu ildə Zabrat “Azal-aero” Aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin edilir. 1992-ci il 28 yanvar Şuşaya iki uğurlu uçuş etmişdi. Yenidən Şuşa istiqamətində uçuş Ətraflı>>>

AQARUNOV ALBERT AQARUNOVİÇ
25 aprel 1969-cu il Bakı Şəhərində anadan olmuşdur. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnir. 1987-ci ildə hərbi xidmətə çağrılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır. Albert tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir. 8 may 1992... Şuşada səhər tezdən erməni quldurlarının tankları görünür, Albert düşmən tanklarından Ətraflı>>>

ALICANOV RAFİQ CƏFƏR oğlu
11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayır. 1988-ci illərdə o Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona Kapitan rütbəsinə yüksəlmək imkanı verir. Artıq o komandir idi, 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Ətraflı>>>

ALLAHVERDİYEV ELBRUS HACI oğlu
27 oktyabr 1958-ci ildə Gəncə şəhərində fəhlə ailəsində dünyaya göz açmışdır. 18 saylı məktəbi bitirdikdən sonra isə 1976-1978-ci illərdə Sovetlər Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə isə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayır, erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycanımıza dönür və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanır. O Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Elbrus Ağdam ətrafındakı döyüşlərdə şücaət göstərdi düşmənin zirehli texnikalarını sıradan çıxardı. Ağdərədə isə quldurların reaktiv artilleriyasını sərrast atəşlərlə sıradan çıxardı. 1993-cü il iyun ayının 12-də işğalçılar ağdam üzərinə Ətraflı>>>

ALLAHVERDİYEV NAMİQ MÜSLÜM oğlu
5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə 1-saylı orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür. 1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi, könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il avqust ayının 31-də DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Marquşevan, Həsənqaya, Malalan, Ətraflı>>>

ARAZOV ƏNVƏR TALIŞ oğlu
2 dekabr 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Texniki-peşə məktəbini bitirdikdən sonra, 1974-cü ildə hərbi xidmətə çağırılmışdır. Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra Gəncəyə dönür. “Büllur” zavodunda işləməyə başlayır. 1988-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağ ərazisində yaşayan soydaşlarımızı narahat etməyə başlamışdılar. Ənvər bununla barışa bilməzdi o Daxili İşlər Nazirliyinə işə girərək silaha sarılır və cəbhəyə yola düşür, Ağdərə rayonunda bir çox uğurlu əməliyyat aparır. 1992-ci il noyabr ayının 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurları ilə qeyri bərabər döyüşə girir və mərdliklə həlak olur. Ətraflı>>>

ASLANOV NİYAZİ ŞƏRƏFXAN oğlu
25 dekabr 1960-cı ildə Goranboy rayonunda anadan olmuşdur. Orta məktəbini burada btirdikdən sonra Rusianın Altay vilayətində hərbi xidmətdə olub. Erməni qəsbkarlarının fəallaşdığı 1988-ci illərdə Goranboy rayonunda özünü müdafiə dəstələri yaradılırki buraya ilk yazılanlardan biri də Niyazi idi. Silahlı erməni quldurlarından vətəni müdafiə etmək üçün Niyazi yoldaşlrı ilə silah axtarırdı onlar iki tank tapırlar onları təmir edərək işlək vəziyyətə gətirirlər və Şəfəq kəndinin ermənilərin əlinə keçməsinin qarşısı alınır. Niyazi yoldaşları ilə Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində vuruşmuşdular. 1992-ci il, 4 may Tap-Qaraqoyunlu kəndi yaxınlığında keçirilən döyüş zamanı komandiri İsfəndiyar Əsədovu xilas edərkən Ətraflı>>>

ASLANOV ŞİKAR DAVUD oğlu
1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulmuşdur. İlk təhsilini burada alan Şikar 1987-ci ildə məktəbi bitir. 1988-ci ildə Sovet ordusuna hərbi xidmətə çağırılır 1990-da doğma vətənə dönərək DİN-in post patrul xidmətinə qəbul olunur. Erməni işğalçılarının vətənə basqını zamanı Şikar silaha sarılaraq cəbhəyə yollanır. 1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarcasına susdurur. 1992-ci il iyul ayının 2-si əməliyyat zamanı Şikar snayper gülləsinə tuş gəlir, cəsur döyüşçünü hospitala çatdırsalarda onun həyatını xilas etmək mümkün olmur, vətənimizin igid oğlu əbədi olaraq gözlərini yumur.
Ətraflı>>>

ATAKİŞİYEV ASLAN QABİL oğlu
1953-cü il avqustun 16-da Qubadlı rayonunda anadan olmuşdur. 1960-cı ildə burada birinci sinfə getmiş 1970-ci ildə məktəbi bitirmişdir. 1972-74 cü ilərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunda müəllimliyə başlamışdır. Aslan erməni quldurlarının doğma torpaqlarımızda törətdikləri vandalizmi gördükdə qəlbi intiqam hissi ilə alovlanır o bölgə alayına yazılır. 1992-ci il o Milli Ordu sıralarına yazılır leytenant rütbəsi ilə komandir müavini təyin olunur. Aslan Laçın rayonu uğrunda gedən döyüşlərdə Mazutlu, Səfiyan, Türklər, Suarası kimi kəndlərdə əsl qəhrəmanlıq göstərir. 1992-ci il... Avqustun 7-də əsgərlərimiz Laçın dəhlizi Ətraflı>>>

AZNAUROV İSGƏNDƏR SÖHRAB oğlu
16 avqust 1956-cı ildə Özbəkistan Respublikası Buxara vilayətində dünyaya gəlmişdir. 1963-cü ildə burada məktəbə getmiş 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuşdur. 1983-cü ildə ali təhsilini başa vurur. İsgəndər bir müddət sonra 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda çalışır. Erməni faşistlərinin ata-babalarımızdan yadigar torpaqlarımıza basqınları İsgəndəri narahat edir və o Milli Ordu sıralarına könüllü yazılır. İsgəndəri “N” saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. Şınıx bölgəsində gedən döyüşlərdə o düşmənin demək olarki bütün silah sursatını sərrast atəşlərlə Ətraflı>>>

ABDULLAYEV MAŞALLAH BABAKİŞİ oğlu
1950-ci il 27 may Goranboy rayonunda anadan olmuşdur. Səkkizinci sinfə qədər burada 1 saylı məktəbdə təhsil alır. 15 yaşlı Maşallah buradakı Subartezian Quyularının İstismarı İsarəsinə işə düzəlir. 1969-71-ci illərdə hərbi xidmətdə olmuşdur. Bir müddət Neft Daşlarında işləyir. 1975-ci il Bədən Tərbiyəsi texnikumuna daxil olur. Buranım bitirdikdən sonra Goranboya 1 saylı orta məktəbə göndərilir. Qarabağ müharibəsi başlayanda Maşallah düşmənə sinə gərərək Goranboy gənclərini öz ətrafına topladı. Ağcakənd adxil olmaqla neçə-neçə kəndin erməni yaraqlılarından azad edilməsində onun böyük xidmətləri oldu. Cəbhə boyu adı dilləri gəzdi. Maşallah rayonun deputatı da seçilmişdi. 1992-1993-cü illərdə Goranboy Ətraflı>>>

AĞAYEV ELDAR ƏSGƏR oğlu
1955-ci il 29 sentyabr Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir. Daha sonra ailəsi Bakıya köçür. Eldar burada 20 və 134 saylı məktəblərdə təhsil alır. 1972-ci ildə Bakı Ümumqoşun komandirlər məktəbinə daxil olur. 1976-cı ildə motoatıcı ixtisası ilə Qusev şəhərində hərbi xidmətə başlayır. 1984-86-cı illərdə Əfqanıstanda motoatıcı bölüyün kəşfiyyat rəisi, sonra isə komandiri olmuşdur. Bacaracağını görən rəhbərlik onun əvvəlcə tank alayınının rəisi, sonra isə Drezden kəşfiyyat taboruna komandir təyin edir. Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdır. O, 1992-ci ildə Milli Ordunun tərkibində “N” saylı alayını yaradır. Daha sonra ikinci taboru yaradır və ona komadirlik edir. Onun komandirlik etdiyi tabor dəfələrlə Ətraflı>>>

ALLAHVERDİYEV BƏXTİYAR ƏZİZULLA oğlu
10 iyun 1974-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1991-ci ildə Bakıda 199 saylı məktəbi bitirib. 1992-ci ildə Milli Orduya çağırılır. “N” saylı hərbi hissədə xidmətə başlayır. Bəxtiyar tez bir zamanda özünü doğrulda bilir. Silahlardan istifadə etməyi və hərbin sirlərini öyrənən Bəxtiyar 1992-ci il cəbhəyə göndərilir. Qubadlıda əsl qəhrəmanlıq səhifələri yazır. Gənc əsgər olmasına baxmayaraq o, peşəkar döyüşçülərdən geri qalmırdı. Füzuli, Murovdağ əməliyyatlarında xeyli erməni quldurunu məhv edir. Sonra onu 1994-cü ildə Ağdərə, Tərtər cəbhələrinə göndərirlər. Xidməti vaxtı bitməsinə baxmayaraq o, Vətənimizi dar gündə qoymur... yenidən əməliyyatlara atılır və öz döyüşçü gücünü göstərir. Müharibədə göstərdiyi Ətraflı>>>

ATAKİŞİYEV İNTİQAM VAHİD oğlu
7 aprel 1974-cü ildə Qəbələ rayonunda doğulmuşdur. 1991-ci il buradakı Tüntül kənd orta məktəbini bitirmişdir. 1992-ci ildə Milli Orduya çağırılır. Yüksək əsgəri keyfiyyətini nəzərə alıb onu Türkiyəyə göndərirlər. İntiqam cəbhədə özünəməxsus ad qoymuşdu. Ağdam, Tərtər, Qubadlıda ən qaynar döyüşlərə girərək erməni faşistlərini məhv etmişdi. Murovdağ döyüşlərindən birində yaralanmasına baxmayaraq silahı yerə qoymadı. Müalicə olunan kimi yenidən cəbhəyə döndü. 1995-ci il mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində şücaət göstərdi. Onu, “N” saylı hərbi hissənin qrup komandiri təyin etmişdilər.
Ətraflı>>>

BABAYEV ÇİNGİZ ADİL oğlu
2 oktyabr 1964-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. O Yasamal rayon 20 saylı məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstutuna daxil olmuşdur. 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəsis olan Babayev Çingiz könüllü olaraq Milli Ordu sıralarına daxil olur. O “N” saylı hərbi hissədə qərərgah rəisi vəzifəsində çalışır. 28 oktyabr 1995-ci il payız axşamı idi...Bakı metrosu həmişəki kimi iş rejimi ilə işləyirdi. “Ulduz” və “N.Nərimanov” stansiyaları arasında hərəkət edən qatarda erməni terrorçularının yerləşdirdiyi partlayıcı qurğu işə düşür və bütün qatarı alov bürüyürdü... Çingizdə bu qatarda sərnişinlər arasında idi o fəryad edən soydaşlarımıza kömək etmək qərarını verir və vaqonlarda olan insanları xilas Ətraflı>>>

BABAYEV ƏJDƏR XALIQVERDİ oğlu
1950-ci il 26 avqust Qazax rayonunda anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya köçmüşdür. 1958-ci ildə burada məktəbə gedir və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü. 1995-ci il... 13-17 mart hadisələri...Vətənin sarsıntılı günləri idi, bir qrup silahlı dəstə xarici qüvvələrin təsiri ilə yenicə qurulmuş dövlətimizə xəyanət etdərək hakimiyyəti ələ almağa çalışırdı. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu. Ətraflı>>>

BABAYEV NAZİM ABBAS oğlu
7 fevral 1975-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1992-ci ildə kənd orta məktəbini bitirir. 1993-cü ildə Milli Orduya çağırılır. O torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanır. Nazim Füzuli, Tərtər bölgəsində vuruşurdu. 1995-ci il mart hadisələri zamanı gənc Nazim silahlı dəstələrin tərksilah edilməsində iştirak edirdi və 15 mart 1995-ci il qardaş gülləsindən həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Ətraflı>>>

BAĞIROV ALLAHVERDİ TEYMUR oğlu
22 aprel 1946-cı il Ağdam şəhərində anadan olmuşdur. 1965-ci ildə məktəbi bitirən Allahverdi idmanla məşğul olmuşdur. O Qarabağ futbol klubunda məşqçi kimi fəaliyyət də göstərmişdi. 1990-cı il 20 yanvar hadisələrindən sonra Allahverdi Ağdamda könüllülərdən ibarət batalyon yaradır. 1992-ci il Xocalı faciəsi zamanı o birçox soydaşlarımızı xilas edə bilmişdi. 1992-ci il iyun ayının 12 də Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd, Pircamal kəndləri düşməndən azad edildi. Allahverdi inanırdıki öz batalyonu ilə Xankəndinə qədər irəliləyəcəkdir. Ama vətənimizin bu cəsur övladı arzusuna çata bilmir, göztçi məntəqəsini yoxlayıb geri dönən Aallahverdi sürücü ilə birlikdə minaya düşdü. Ətraflı>>>

BAĞIROV TAHİR ƏMİNAĞA oğlu
14 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Karasnovodsk şəhərində anadan olmuşdur. 1957-ci ildə ailəsi ilə birlikdə Əli Bayramlı şəhərinə köçmüşdür. 1977-ci ildə burada hərbi xidmətə çağırılmışdır. 1979-cu ildə ordudan tərxis olunmuşdur. Tahir 1988-ci illər Milli Azadlıq Hərəkatının iştirakçısı olmuşdur. 1990-cı il qanlı Yanvar hadisəsi zamanı yaralılara kömək edərək onları təhlükəsiz yerə aparmışdır. 1992-ci il o könüllü olaraq özünü müdafiə dəstələrindən birinə yazılır. “N” saylı hərbi hissədə Mİ-24 vertolyotuna bort atıcısı təyin edilir. Xocalı faciəsi zamanı yaralıların, dinc əhalinin çıxarılmasında böyük rəşadət göstərmişdir. Tahir Füzuli, Ağdərə, Laçın rayonlarında gedən döyüşlərdə xüsusi fərqlənmişdir. 1992-ci il Ətraflı>>>

BAYRAMOV SOLTANAĞA NƏHMƏT oğlu
17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirmişdir. Daha sonra təyinatla hərbi hospitalda işə başlamışdır. 1990-cı illər vətənin çətin günləri idi, Rusiya erməni separatçıları ilə birlikdə müəyyən adamları öz əlaltılarına çevirərək Azərbaycanı parçalamq istəyirdilər bunlardan biridə vətəninə, xalqına xəyanət edən “Talış Muğan Respublikası” yaratmaq xülyası ilə yaşayan Əlikram Hümbətov idi. 1993-cü ildə silahlılar onun çalışdığı hospitala basqın etdilər Soltanağa burada faciəli şəkildə həlak oldu.
Ətraflı>>>

BEHBUDOV SƏFİYAR ABUZƏR oğlu
18 iyun 1967-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirmişdir. Daha sonra Sovet ordusunda hərbi xidmətdə olmuşdur. 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O Bərdədə “Soy” adlı təşkilat yaradaraq gəncləri öz ətrafında toplayırdı. Xocalı faciəsindən sonra Səfiyar Bərdə özünümüdafiə batalyonuna daxil oldu. Onu bacaracağına görə komandir təyin edirlər. Daha sonra onu Ağdam cəbhəsinə vuruşmağa göndərirlər. 1992-ci il mart ayının 11-i həyəcan siqnalı verilir erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edirlər Səfiyar PDM-si ilə döyüşə girir. O burada döyüşçülərimizi xilas edir özü isə Əsgəran rayonu istiqamətində irəliləyir. Qaraqaya deyilən yerdə Ətraflı>>>

CƏBRAYILOV MİKAYIL ƏHMƏDİYYƏ oğlu
27 aprel 1952-ci ildə Şəki rayonunda, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransız qəhrəmanı Əhmədiyə Cəbrayılovun “Armed Mişel” ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. Daha sonra Milis məktəbinə daxil olur, 1978 ci ildə bu kəktəbi bitirir və sahə müvəkkili təyin edilir. 1990-cı ildə Mikayıl dörd nəfər polislə Qarabağa ezam olunur onlar Cəmilli kəndini müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir Cəmilli Kosalar arasındakı yolda qəflətən erməni quldurları onlara basqın edir. Zabitlərdən biri snayper gülləsindən ağır yaralanır, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alır buna baxmayaraq o təslim Ətraflı>>>

CƏFƏROV FAİQ ƏLİQULU oğlu
1 may 1974-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1982-ci ildə birinci sinfə getmiş 1991-ci ildə məktəbi bitirmişdir. 1992-ci ildə Milli Ordu sıralarına daxil olmuşdur. Naxçıvanın ilk sərhədçilərindən biridə Faiq olmuşdur. 1995-ci il mart hadisələri zamanı o Naxçıvandan Bakıya göndərilir dövlətçiliyimizə xəyanət edən satqınları zərərsizləşdirərkən güllə yarası alır Sabunçu rayon xəstəxanasına çatdırılan Faiqin həyatını həkimlər xilas edə bilir. Bir müddət sonra isə o ehtiyata buraxılır.

Azərbaycan Respublikası prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı Ətraflı>>>

CƏBRAYILOV FƏXRƏDDİN MÖVSÜM oğlu
1958-ci il 12 avqust Qərbi Azərbaycanın Goruş şəhərində anadan olmuşdur. Orta təhsilini Culfada almışdır. 1975-ci ldə BAÜQKM-nə daxil olur. 1979-cu ildə təhsilini başa vurur. Onu təyinatla Almaniyada yerləşən Sovet ordusuna qrup komandiri göndərirlər. 1984-cü ildə fəaliyyətnini Zaqafqaziya Hərbi Dairəsində davam etdirir. İllər ötür...Vətənə dönən Fəxrəddin Bakı şəhər Nəsimi rayon Hərbi Komissarlığında çalışmağa başlayır. 1986-cı ildə Ali Zabitlər Kursunu bitirir. 1992-ci il Müdafiə Nazirliyində Beynəlxalq Əlaqələr İdarəsində müqavilələrin imzalanması şöbəsinin rəisi vəzifəsinə təyin edilir. 1992-ci il “N” saylı taborun komandiri vəzifəsinə təyin olunur. 1993-cü ildə Beyləqan rayonunda vəziyyət olduqca pis idi. Ətraflı>>>

ÇİRİNQOV RAMAZAN HEYBULLAH oğlu
15 fevral 1969-cu ildə Balakən rayonunda anadan olmuşdur. 1986-cı il Meşəşambul orta məktəbini bitirmiş, 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. Ramazan hərbi xidmətini Əfqanıstanda keçirmişdir. 1989-cu il hərbi xidmətini başa vurduqdan sonra Balakən rayonunda polis nəfəri kimi işə başlayır. 1995-ci il Balakən rayonunda silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsində o xüsusi fərqlənir. 1995-ci il 3 sentyabr öz xidməti vəzifəsini yerinə yetirərkən həlak olur.

Subay idi.
Ətraflı>>>

ÇOBANOV ŞAMOY MƏHYƏDDİN oğlu
19 yanvar 1965-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1982-ci ildə 1 saylı məktəbi bitirdikdən sonra avtonəqliyyat müəssəsində işləmişdir. Şamoy 1983-cü ildə Sovet ordu sıralarına hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Qazax rayon polis şöbəsinə işə qəbul olunur, o zamanlar erməni quldurlarının Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücumları ara vermirdi. 19 avqust 1990-cı il Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi. “Qanlı dərə” adlanan yerdə erməni silahlıları avtobusa qəfil hücum edirlər. Şamoy döyüşə girir düşmən geri oturulsada sərnişinlərdən ölən və yaralananlar var idi. Həmin döyüşdə Qazax eli bir igidi də itirdi bu kənd camatının hörmətini qazanmış vətənpərvər Ətraflı>>>

DAVİDOVİÇ ANATOLİ NİKOLAYEVİÇ
28 mart 1965-ci ildə Belarus Respublikasının Siutet şəhərində dünyaya göz açmışdır. 1992-ci ilin iyununadək SSSR, sonra isə Rusiya ordusunda xidmət etmişdir. Mayor rütbəsinə yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlayır. “N” saylı hərbi hissədə artilleriya qərargahının rəisi idi. O Azərbaycan Silahlı Qüvvələrinin möhkəmləndirilməsində böyük tövhələr verir. 1992-ci il Ağdam rayonunda qızğın döyüşlər gedirdi... Anatoli bu döyüşlərdə əsl qəhrəmanlıq göstərirdi. Anatoli Ağdamda gedən döyüşlərdə ağır yaralanır onu xilas etmək mümkün olmur xeyli qan itirdiyindən həkimlərin səyi nəticə vermir Anatoli 13 iyun 1992-ci il Bakı şəhər Mərkəzi Hospitalda gözlərini əbədi yumdu. Ətraflı>>>

EDİLOV YELMAR ŞAHMAR oğlu
10 aprel 1946-cı ildə Ağdam rayonunda anadan olmuşdur. 1954-64-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil omuşdur. 1988-ci illərdə ata-babalarımızdan yadigar torpaqlarımız olan Qərbi Azərbaycan ərazisindən soydaşlarımızın deportasiya edilməsi zamanı Yelmar Könüllü özünümüdafiə batalyonlarının yaradılmasını təkid edirdi. Bu iş yalnız 1990-cı ildən sonra görülməyə başlanıldı. 1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Yelmar Edilovun rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradıldı. Bu dəstə Ağdamda böyük hünər göstərdi, onlar dəfələrlə ermənilərə lazımı cavab Ətraflı>>>

EYVAZOV QORXMAZ ABIŞ oğlu
1 aprel 1967-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə burada orta məktəbdə oxumuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmış, Ukraynada hərbi xidmətdə olarkən serjantlıq kursunu bitirmişdir. Qorxmaz 1987-ci ildə xidmətini başa vurub vətənə dönür. 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulur. 1992-ci ilin martında o Laçın rayon polis idarəsində işə qəbul edilir. Onun ilk döyüşləri də elə doğma yurddan başlayır, Qızartı dağı uğrunda gedən döyüşlərdə onun fəaliyyəti nəticəsində düşmənin bir tankı ələ keçirilir. 4 avqust 1992-ci il erməni işğalçıları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçir Qorxmaz bu döyüşdə qolundan yaralanır lakin o silahı yerə qoymur azacıq sağalan kimi Ətraflı>>>

ƏHƏDOV ELŞAD SADAY oğlu
4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada oxumuş, Naxçıvanski adına Hərbi litseyə daxil olmuşdur. Sonra ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur.

1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilir. Əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. Erməni işğalçılarının hücumu zamanı Füzuli, Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli, Şişqaya, Beyləqanda vuruşmuşlar. Son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, bu döyüşdə o, əbədi gözlərini Ətraflı>>>

ƏHMƏDOV ƏSƏD CƏLAL oğlu
15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniya tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi. O, Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanik kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir. O, 1992-cı il iyulun 31-də Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Ətraflı>>>

ƏHMƏDOV MÜBARİZ ƏLİZADƏ oğlu
1 yanvar 1963-cü ildə Sabirabad rayonunda dünyaya göz açmışdır. 1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1980-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstituna (Slavyan Universiteti) imtahan verir. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. 1988-ci illərdə Meydan hərəkatının iştirakçısı olur. Erməni basqınçıları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könüllülərdən olur. Mübariz Ağdamda rota komandiri olaraq döyüşlərə girir. Daha sonra isə Dovşanlı, Xramot, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad və Şuşa uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə adı dilləri gəzdi. 1991-ci Ətraflı>>>

ƏHMƏDOV NATİQ İLYAS oğlu
1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Ağdamın Novruzlu kəndində orta məktəbi oxumuş, Kalininqrad şəhərinin artilleriya hissəsində hərbbi xidmətdə olmuşdur. 26 sentyabr 1991-ci ildə Əsgərandan Xocalıya işə gedərkən onun içərisində olduğu maşın pusqu qurmuş ermənilər tərəfindən atəşə tutuldu.Natiq qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əhmədov Natiq İlyas oğluna ölümündən sonra “Azərbaycanın Milli Ətraflı>>>

ƏHMƏDOV RİAD FİKRƏT oğlu
20 dekabr 1956-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. 1972-ci ildə Bakıda 134 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur. 1976-ci ildə hüquq fakültəsini bitirib. 1982-ci ildə Minsk Ali Hərbi Məktəbinin məzunu olmuşdur. 1989-cu ildən Riad Əhmədov Qarabağın sərhəd bölgələrinə gedirdi. 1991-ci ildə Çaykəndin azad edilməsində iştirakına görə polkovnik-leytenant rütbəsinə layiq görülmüşdür. Riad dəfələrlə qanlı döyüşlərə girmişdi və onlarla erməni quldurunu məhv etmişdi. Daşaltının düşməndən təmizlənməsi üçün hazırlanmış “Daşaltı” əməliyyatı zamanı son nəfəsinəcən vuruşan Riad döyüşçü dostlarını mühasirədən çıxara bildi. Son anadək döyüş meydanında qalan Riadın sonrakı taleyi barədə məlumat Ətraflı>>>

ƏKBƏROV AKİF ABBAS oğlu
2 fevral 1952-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur. 1969-cu ildə 1 saylı Beyləqan şəhər orta məktəbini bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla Beyləqan rayon polis şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonundakı “Sarı yer” yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur. Avqustun 12-də ermənilər “Sarı yer” ə hücum edirlər. Burada Əkbərov Akif qəhrəmancasına həlak olur.

Ailəli idi. Beş övladı yadigar qalıb. Ətraflı>>>

ƏKBƏROV RÖVŞƏN TELMAN oğlu
4 iyun 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə 42 saylı orta məktəbin birinci sinfinə getmiş, səkkizinci sinfə qədər burada təhsil almışdır. 1979-cu ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olur. 1982-ci ildə təhsilini başa vurur. 1986-cı ildə təyinatla Zaqafqaziya Hərbi Dairəsinə göndərilir. 1993-95-ci illərdə “N” saylı hərbi hissədə rota komandiri olmuşdur. Rövşən Ələkbərov bu illər ərzində çox çətinliklərlə üzləşdi. Qarabağ müharibəsində özünəməxsus iz qoyan cəsur komandir, 1995-ci il mart hadisələri zamanı silahlı dəstəninin zərərsizləşdirilməsində də iştirak etdi. General-leytenant rütbəsinə qədər yüksələn Rövşən 1999-cu ildə Bakı Ali Dənizçilik Məktəbinin, 2002-ci ildə isə Ukrayna Hərbi Akademiyasının müdavimi Ətraflı>>>

ƏLİYEV ETİBAR BÖYÜKAĞA oğlu
11 iyul 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbdə 8-ci sinfi bitirib, 1969-cu ildə 34 saylı texniki-peşə məktəbində dülgər vəzifəsinə yiyələnmişdir. 1973-cü ildə hərbi xidmətə çağırılmışdır. O, 1975-ci ildə Saratov vilayətində əsgəri xidmətini başa vurmuşdur. 1993-cü il avqustun 23-də “Talış-Muğan Respublikası” yaratmaq iddiası ilə çıxış edənlərə qarşı mübarizə aparmışdır. Bu mübarizədə Əliyev Etibar əbədiyyətə qovuşur.

Ailəli idi. İki qızı yadigar qalıb. Ətraflı>>>

ƏLİYEV ƏLƏKBƏR HƏSƏN oğlu
22 dekabr 1955-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində dünyaya göz açmışdır. 1972-ci ildə Muradxanlı kənd orta məktəbini bitirib, Sumqayıt Politexnik Texnikumuna daxil olmuşdur. Ələkbər özünün yaratdığı özünümüdafiə dəstəsi ilə Laçının Türklər, Səfiyən, Suarası kəndlərində vuruşub. 1992-ci il 7 avqustda Suarası kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Evli idi. 4 övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Ətraflı>>>

ƏLİYEV ƏLİYAR YUSİF oğlu
14 dekabr 1957-ci ildə Qubadlı rayonunun Qazyan kəndində doğulmuşdur. 1957-ci ildə orta məktəbi bitirib, Azərbaycan dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. 1980-1982-ci illərdə orduda hərbi xidmətdə olmuşdur. Əliyar respublikanın adlı-sanlı idmançılarından sayılırdı. O, Beyləqan raonunda Xalq Hərəkatına başçılıq etmişdir. Ermənistanın təcavüzü zamanı cəbhəyə könüllü getmişdir. Ermənilərin Başarat kəndi, Topağac yüksəkliyinə hücumunun dəf edilməsində iştirak etmişdir. Sonra Laçın rayonunda gedən döyüşlər...1992-ci il oktyabrın 3-də “Şurumbaşı yüksəkliyi” uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olur. Onun şücaəti elləri gəzirdi. Ətraflı>>>

ƏLİYEV ƏMİRASLAN RZA oğlu
3 avqust 1960-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı orta məktəbində oxumuşdur. 0979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidməydə olmuşdur. Bir müddət Ukrayna Respublikasında , sonra Polşada hərbi xidmətdə olmuşdur. 1982-1987-ci illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutun tarix-filologiya fakültəsində oxumuşdur. 1992-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd qoşunlarında hərbi xidmətə çağırılmışdır. Baş leytenant Əliyev Əmiraslan xidmət etdiyi hərbi hissə tərəfindən 8 oktyabr 1994-cü ildə Fəxri Fərmanla təltif edilmişdir. 1995-ci ildə martın 17- Ətraflı>>>

ƏLİYEV ƏSGƏR ƏLƏKBƏR oğlu
8 noyabr 1974-cü ildə Lənkəran rayonunun Ləj kəndində anadan olmuşdur. 1982-1992-ci illərdə orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin tank –artilleriya fakültəsinin tələbəsi olur. 1995-ci ildə 17 mart tarixində hakimiyyəti zorla devirmək cəhdi olarkən Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Çevrilişə cəhd olarkən Ə.Əliyev yaralandı, lakin 4 yaralını xilas edərkən ikinci güllə onun ömrünə son qoydu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Ətraflı>>>

ƏLİYEV İLHAM MÜZƏFFƏR oğlu
5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Orta məktəbi 1978-ci ildə bitirmiş, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1985-ci ildə İlham Əliyev Braynsk Xüsusi Orta Milis Məktəbinə daxil olur. 19 avqust 1990-cı il Leytenant İlham Əliyev torpaqlarımızın müdafiəsinə göndərildi. Qazax rayonunun Əskipara kəndində döyüşən İlham qəhrəmancasına həlak oldu.

Evli idi. Bir övladı var.

Azərbaycan Respublikası prezidentinin 6 iyul 1992-ci il tarixli 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra “Azərbaycanın Milli Ətraflı>>>

ƏLİYEV İMAMVERDİ BARAT oğlu
1 oktyabr 1950-ci ildə İmişli rayonunun Qulubəyli kəndində doğulmuşdur. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra 1970-ci ildə hərbi xidmətə gedir. 15 noyabr 1991-ci il...Erməni yaraqlıları Hadrut rayonunun Şaqax kəndinə hücuma keçmişdi. Yüzlərlə erməni yaraqlısına qarşı 17 nəfər polis döyüşürdü. Əliyev İmamverdi bu döyüşdə erməni işğalçılarının 4 tankını sıradan çıxarmışdı. Döyüşdə xüsusi rəşadətlə döyüşən İmamverdi qəhrəmancasına həlak oldu.

Ailəli idi. İki övladı var. Ətraflı>>>

ƏLİYEV NADİR ALIŞ oğlu
30 iyul 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 1977-ci ildə Əliağalı kənd orta məktəbinin səkkizinci sinfini bitirib, Bakı Politexnik texnikumuna daxil olmuşdur. 1981-ci ildə hərbi xidmətə çağırılmışdır. 1984-cü ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1986-ci ildə Moskva DTK-nin Dzerjinsk adına Ali Hərbi Məktəbinə göndərirlər. Sonra qayıdaraq Bakı Dövlət Universitetində təhsilini davam etdirmişdir.

Nadir Əliyev baş əməliyyat müvəkkili kimi Ağdam, Şuşa, Ağdərə, Ağcabədi rayonlarında əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni Ətraflı>>>

ƏLİYEV ROVSƏN NƏRİMAN oğlu
30 avqust 1972-ci ildə Bakı şahərində doğulmuşdur. 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun maşınqayırma fakültəsinə daxil olmuşdur. 1991-ci ilin mayında könüllü olaraq orduya yazıldı. Sonra Ağdamda yaradılmış milli müdafiə taboru…O, döyüşə atılaraq Sırxavənd, Qazançı kəndlərinin düşməndən azad edilməsində yaxından iştirak etdi. Cəsur döyüşçü 1992-ci ilin martında yeni tapşırıq aldı:əsgərlərimiz Muğanlı, Şıxbalı yüksəkliklərində mövqe tutmalıdır. Ə.Rövşən 1992-ci il 14 iyunda Dəhraz kəndində gedən döyüşlərdə işirak etmişdir və əbədi gözlərini yummuşdur. Ətraflı>>>

ƏLİYEV VASİLİ ƏHMƏD oğlu
15 yanvar 1959-cu ildə Qubadlı rayonunda doğulmuşdur. 1966-1976-cı illərdə orta təhsilini almışdır. 1977-ci ildə orduya göndərilmişdir. 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığında, Seytas, Novlu, Yuxarı Cibikli kəndlərinin müdafiəsində iştirak etmişdir. 1992-ci il…Oktyabrın 19-u…Hərbçilərlə birlikdə polis işçiləri də Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Döyüş uğurla başa çatdı. Oktabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçən Vasili öz dəstəsi ilə mühasirəyə düşdü, Vasili Əliyev son döyüşündə qəhrəmancasına həlak oldu.

Ailəli idi. İki övladı var. Ətraflı>>>

ƏLİYEV YAVƏR YAQUB oğlu
27 iyun 1956-ci ildə Bakı şəhərində anadan olmuşdur. Pirallahı adasında 253 saylı orta məktəbi bitirbikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olmuşdur. Yavər Əliyev Azərbaycan Hərbi Qüvvələrinin yaranmasında böyük işlər görmüşdür. O, bir neçə dəfə Qarabağa Mİ-24 vertolyutunda uçuşlar etmişdi. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirirdi. Bu uçuşlar zamanı ermənilər çoxlu itkilər verirdi. 1992-ci il fevralın 29-u…Yavərin sonuncu uçuşu oldu…

Ailəli idi. İki övladı atasının peşə yolunu davam etdirir. Ətraflı>>>

ƏLİYEV YUNİS ƏSGƏR oğlu
9 oktyabr 1958-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 1973-cü ildə burada səkkizinci sinfi bitirib, təhsilini Dəliməmmədli şəhərindəki 102 saylı texniki-peşə məktəbində davam etdirmişdir. 1976-ci ildə hərbi xidmətə çağırılmışdır. 1992-ci ildə Goranboy rayonunda yaradılmış ikinci batalyonun tərkibinə yazılır. İlk sınaq döyüşü Ağdərə bölgəsində olur. 4 may 1992-ci il…Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndini mühafizə edən böyük Talış kəndində yerləşən ermənilərin mövqelərini susdurmaq üçün “Yaltaxıl” adlı əməliyyat planı hazırlamışdı. Əməliyyat uğurla başa çatdırıldı. Ertəsi gün ermənilərin qəfil hücumu nəticəsində döyüşçülərimiz geri Ətraflı>>>

ƏLİYEV YUSİF ƏLİYUSİF oğlu
2 dekabr 1969-cu ildə Bakının Qobustan qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 223 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Sverdlovsk şəhər piyada qoşun hissəsində çəkmişdir. 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüş sınağından çıxır. Silahlı erməni quldurları Buzluq, Mənəşid, Erkəc kəndləri tərəfdən basqınlar edirdilər. Lakin 24 fevralda Mənəşid kəndinə hücum edildikdə ermənilər pərən-pərən düşdülər. 1991-ci il sentyabrında 24-ündə düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin ölümü bahasına başa gəlir. Ətraflı>>>

ƏLİYEV EHTİRAM İSRAYIL oğlu
1972-ci il 1 avqust Ucar rayonunda anadan olmuşdur. 1987-ci il səkkzinci sinfi bitirir və Bakı Maşınqayırma Texikumuna daxil olur. 1992-ci ildə təhsilini bitirir və orduya çağırılır. Onu Naxçıvana göndərirlər. Hərbi təlimlər keçən Ehtiram Sədərəkdə və Batabat yaylağında əsl qəhrəmanlıq səhifələri yazır. Daha sonra onu 1993-cü ildə Ağdam cəbhəsinə göndərirlər. 1994-cü il 5 yanvar döyüşçülərimiz hücum edərək erməniləri 45 km geri oturda bildilər bu döyüşdə Ehtiram yaralanmasına baxmayaraq silahı yerə qoymur müalicə olunan kimi yenidən səngərə dönür. 20 aprel 1994-cü ildə onu Tərtər cəbhəsinə göndərdilər. Bu döyüşlər zamanı onlarla erməni qulduru məhv edildi. Ehtiram Ətraflı>>>

ƏMİROV FAİQ İSFƏNDİYAR oğlu
22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmədli kəndində doğulmuşdur. 1992-ci ildə doğma kəndində orta məktəbi bitirmişdir. 1993-cü ildə orduya çağırılmışdır. O, Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 17 mart 1995-ci ildə dövlət çevrilişlərinin qarşısının alınmasında Faiqin xidmət etdiyi batalyon iştirak etmişdir. Burada Faiq qəhrəmancasına həlak olmuşdur.

Subay idi.
Ətraflı>>>

ƏSƏDOV ƏSƏD SOLTAN oğlu
22 mart 1956-ci ildə Zəngilan rayonunun Turabad kəndində doğulmuşdur. 1975-ci ildə Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Sovet Ordusu sıralarına çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sənra Saratov vilayətinin Krasnokutsk şəhərindəki Təyyarəçilik Məktəbinin mülki aviasiya şöbəsinə daxil olmuşdur. 29 oktyabr 1991-ci il...O, 9 nəfər döyüşçü ilə səmaya qalxdı. Xocalı aeroportuna köməyə can atan döyüşçülər Xanabad kəndi üzərindən uçarkən düşmən tərəfindən güclü atəşə tutuldu. Cəsur komandir bu uçuş zamanı heyət üzvləri ilə birlikdə həlak oldu.

Ailəli idi. Dörd övladı yadigar qalıb. Ətraflı>>>

ƏSƏDOV MALİK HAMİL oğlu
27 iyun 1962-ci ildə Yevlax rayonunun Halvarlı kəndində doğulmuşdur. 1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidməti Qazaxıstanda başa vurmuşdur. Qarabağ müharibəsinin başlanğıcında Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür. 1992-ci il yanvarın 18-də ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni faşistləri Maliki qəddarlıqla qətlə yetirdilər.

Ailəli idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Ətraflı>>>

Əsədov Rəfael Əvəz oğlu
27 oktyabr 1952-ci ildə Gəncə şəhərində dünyaya göz açmışdır. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olmuşdur. O, 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Hərbi Artilleriya Akademiyasında davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam, Əfqanıstanda qulluq etmişdir. 1991-ci ildən Rəfael Ağdam, Goranboy, Tivuz, Gədəbəy bölgələrində hərbi əməliyyatların təşkilatçısı, fəal iştirakçısı olmuşdur. Cəsur komandir 12 noyabr 1992-ci ildə Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi Ətraflı>>>

ƏSGƏROVA GÜLTƏKİN MƏLİK qızı
20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1978-c ildə Nərimanov rayonundakı 200 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş, 1989-cu ildə təhsilini başa vurmuşdur. Gültəkin 1992-ci il 4 apreldə könüllü olaraq cəbhəyə yollanır. Əvvəlcə Turşsuda, sonra Şuşa, Laçın, Qubadlıda gedən döyüşlərdə iştirak edir. Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur.

Ailəli idi. Bir qızı yadigar qalıb. Ətraflı>>>

ƏSGƏROVA SALATIN ƏZİZ qızı
1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi başa vurmuşdur. Salatın həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olur. Lakin Salatın jurnalist kimi fəaliyyət göstərir. 1991-ci il…Yanvarın 9-u…O, Laçından Şuşaya gəlirdi yolun 6-cı kilometrliyində Qaladərəsi kəndi yaxınlığında ermənilər maşını yaxın məsafədən atəşə tuturlar. Tanınmış jurnalist, ”Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı Salatın Əsgərova vəhşicəsinə qətlə yetirilir.

Ailəli idi. Bir oğlu yadigar qalıb. Ətraflı>>>

FƏRƏCOV ƏNVƏR SƏYYAD oğlu
28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində doğulmuş, 1968-ci ildə Sarov kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-nin sərəncamına göndərilir. 18 avqust 1991-ci il…O, yoldaşlarını mühasirədən çıxartmaq üçün qeyri-bərabər döyüşə girir. Ermənilərin mühasirəsini yararaq polis əməkdaşlarını itkisiz azad edirlər. Bu əməliyyata görə bölmə rəisi DİN tərəfindən mükafatlandırılır. 11 sentyabr 1991-ci il…Yağı düşmən böyük qüvvə ilə Erkəc, Mənəşli, Buzluq kəndlərinə hücuma keçmişdi. Bu, Ənvər Fərəcovun son döyüşü idi. O, bu Ətraflı>>>

FƏRZƏLİYEV PƏHLİVAN ƏHLİMAN oğlu
27 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu uldə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirir. BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur... Ətraflı>>>

GÜLƏLİYEV OQTAY GÜLƏLİ oğlu
10 noyabr 1962-ci ildə Xaçınyalı kəndində doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. O, 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına daxil olur. Oqtay Güləliyev Laçında işlədiyi zaman ermənilərin basqınları intensiv xarakter almışdı. Uğurszluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgərimizi təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdu. O, Pircahan kəni yaxınlığında ağır yaralanır. Lakin müalicə olunub, cəbhəyə qayıdır. 1992-ci il sentyabrın 19-da Oqtay Güləliyevin Laçın dəhlizini götürmək üçün əməliyyat planı uğurla başa çatdı. Gorus-Şuşa yoluna açılmış Ətraflı>>>

HACIYEV ETİBAR FİRUDİN oğlu
5 aprel 1971-ci ildə Qərbi Azərbaycanın Vardenis rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür. 1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda Ətraflı>>>

HACIYEV ƏLİF LƏTİF oğlu
24 iyun 1953-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1970-ci ildə burada məktəbi bitirmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. 1973-cü ildə ordudan tərxis olunaraq Xankəndi rayonunda sürücü işləmişdir. 1976-cı ildə SSSR DİN-nin Milis məktəbinə daxil olmuşdur. 1990-cı ildən isə taleyini Xoxcalı ilə bağlayır burada hava limanına komendant təyin edilir. 1991-cil ona mayor rütbəsi verilir. Azərbaycanın ata-babalardan yadigar torpaqlarını işğal edərək insanları vəhşicə yandıran qətlə yetirən, evləri qarət edib yandıran, talan edən erməni millətçilərinin indi növbəti hədəfi Xocalı idi... 26 fevral 1992-ci il 20-ci əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqırımı törədildi Əlif neçə- Ətraflı>>>

HACIYEV FİKRƏT ƏLİ oğlu
19 may 1964-cü ildə Goranboy rayonunda anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirmişdir. 1982-ci ildə Goranboy Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. O xidmətini SSSR-nin Ufa vilayətində başa vurub vətənə dönür. 1991-ci ilin sonu o könüllü olaraq cəbhəyə gedir. Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Zeyvə, Qaraçinar kimi məntəqələrin ermənilərdən müdafiə olunmasında yaxından iştirak edir. 4 may 1992-ci il döyüşçülərimiz Talış kəndini azad etmək üçün hücuma keçir erməni basqınçıları tab gətirə bilməyərək geri çəkilir, ertəsi gün düşmən güclü əks hücuma keçir Fikrət bu döyüşdə mərdliklə savaşaraq həlak olur.
Ətraflı>>>

HƏBİBOV RƏFAEL HACI ŞƏRAFƏT oğlu
20 aprel 1964-cü ildə Əli Bayramlı şəhərində doğulmuşdur. 1981-ci ildə buradakı 14 saylı orta məktəbi bitirmişdir. Daha sonra hərbi xidmətə çağırılır. Baltik qoşunlarında xidmətini başa vuraraq Gizirlər məktəbinə daxil olur. 1992-ci ildə o yenicə yaranmağa başlayan Milli Ordunun ilk zabitlərindən olur. Rəfael leytenant rütbəsi ilə 23 may 1992-ci il Qarabağa döyüş bölgəsinə göndərildi. O, Təzəkənd, Narıştar, Zod, Çapar kəndləri uğrunda gedən döyüşlərdə iştirak edir. Rəfael Kəlbəcər uğrunda gedən döyüşlərdə düşmənin PDM-24 tipli zirehli maşınını heyət ilə birlikdə məhv edir, vətən oğlunun adı elləri dolaşır sonrakı döyüşlərdə 7 iyul 1992-ci il qəhrəmancasına həlak olur. Ətraflı>>>

HƏSƏNOV MƏHƏMMƏD ƏLƏSGƏR oğlu
9 avqust 1959-cu ildə Goranboy rayonunda doğulmuşdur. 1966-76-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil almışdır. 1977-79-cu illərdə hərbi xidmətdə olmuşdur. Sonra isə Kiev şəhərinə gedir. 1980-ci ildə Kiev Radioelektronika Texnikumuna daxil olur. 1984-cü ildə buradakı “Kommunist” zavoduna işə qəbul edilir. 1987-ci ildə Vətənə qayıdır və təhsil aldığı 3 saylı məktəbdə hərbidən dərs deyir. Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunur. Məhəmmədin döyüş yolu Mənşəli, Erkəc, Qaraçinar, Talış kəndlərindən keçir. Ermənilər ağır itkilər verərək geri çəkildilər. Məhəmməd xeyli erməni Ətraflı>>>

HƏSƏNOV ELDAR İSFƏNDİYAR oğlu
26 dekabr 1965-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1983-cü ildə kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə kənd Hərbi Komissarlığı tərəfindən ordu sırasına çağırılır. 1986-cı ildə xidmətini başa vurub Cəlilabad rayonunda sürücü işləyir. 1990-cı ildə Eldar Xüsusi Təyinatlı Polis Dəstəsinə üzv yazılır. O, Azərbaycanın hər qarış torpağı uğrunda fədakarlıqla vuruşurdu. Eldar Laçın döyüşlərində mühasirəyə düşən əsgərləri itkisiz çıxarmağa müvəffəq olmuşdu. Eldar Həsənov qurduğu plan haqqında əvvəlcədən danışmırdı. O kəşfiyyata tək gedər iki-üç əsirlə geri dönərdi. Ermənilər onun başına 50 min ABŞ dolları pul mükafatı qoymuşdular. Vətən Ətraflı>>>

HƏSƏNOV İLHAM GÜLBALA oğlu
6 may 1976-cı ildə Ağstafa rayonunda anadan olmuşdur. 1983-cü ildə məktəbi bitirdikdən sonra, zabit olmaq arzusu ilə sənədlərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə verir, bura daxil ola bilməyən İlham ruhdan düşmür Bakı Yüngül Sənaye Texnikumuna daxil olur. 1994-cü ildə Milli Orduya çağırılır. O tez bir zamanda əsgər və zabitlərin hörmətini qazanır. Hərbi təlim yarım il çəkir sonra isə cəbhə... İlham cəbhədə təzəcə əməliyatlara qoşulmağa başlamışdı ki Mart hadisələri baş verdi... Öz Dövlətinə, Rəhbərinə, Xalqına xəyanət edən bir qrup adamlar hakimiyyəti ələ keçirmək üçüç qardaş qanı axıtmaqdan da çəkinmədilər 17 mart 1995-ci il artıq dəstə Ətraflı>>>

HƏSƏNOV SƏYAVUŞ HƏSƏN oğlu
20 yanvar 1964-cü ildə Şərur rayonunda anadan olmuşdur. Orta məktəbi kənd məktəbində səkkizinci sinfə qədər oxuduqdan sonra təhsilini Bakıda 54 saylı texniki-peşə məktəbində davam etdirir. Daha sonra hərbi xidmətə çağırılır və Stavropolda xidmətini başa vurduqdan sonra Tümenə işləməyə gedir. 1990-cı il 20 yanvar hadisəsini eşidən kimi o Bakıya qayıdaraq Xalq Hərəkatına qoşulur. Qarabağı erməni qəsbkarlarının hücumlarından qorumaq üçün könüllü müdafiə batalyonları yarananda ora ilk yazılanlardan olur. Səyavuş Goranboyda, Şuşada, Gədəbəyda uğurla vuruşaraq düşmənə öz gücünü göstərmişdi. 1992-ci il onun tərkibində olduğu Ətraflı>>>

HƏSƏNOV TABİL QASIM oğlu
4 iyul 1960-cı il Xocalı rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmişdir. 1980-cı ildə hərbi xidmətə çağırılmışdır. Daha sonra o Xocalının Kosalar kəndində rabitə şöbəsində işləməyə başlayır. 1991-ci il 15 dekabr erməni millətçi qəsbkarları Cəmilli kəndinə dörd tərəfdən hücuma keçir əlacsız qalan kənd əhalisi ümidlə kömək gözləyirdi el bu vaxt Tabil sinə gərərək düşmənə əks hücum edir erməni murdarlarının ordusu pərən pərən olur və faşistlər geri çəkilir. Bu qələbədən sonra ona el arasında “Qırxız qartalı” deyə səslənirdilər. Erməni işğalçıları sonra yenidən Meşəli kəndinə hücum etmişdilər Tabil yenidən hücum edərək bu kəndi də azad edə bildi Ətraflı>>>

HƏSƏNOV TAHİR TOFİQ oğlu
22 fevral 1970-ci ildə Bakı şəhərnidə doğulmuşdur. 1987-ci ildə Nəsimi rayon 23 saylı orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmış 1990-cı ildə xidmətini başa vurmuşdur. 1990-cı il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Ermənilərin ata-baba torpaqlarımızı işğal etməsi onu narahat edir, ailənin tək uşağı olmasına baxmayaraq ikinci kursda təhsilini yarıda qoyur və könüllü olaraq vətənin müdafiəsinə qalxır. Tahir əsgərlikdə olarkən desant olduğu üçün onu kəşfiyyat qrupuna komandir təyin edirlər. Tahir Həsənov Ağdərə, Başkənd, Meşəli, Çıldıran əməliyyatlarında qəhrəmancasına vuruşmuşdur. 1992-ci il 2 sentyabr...Çıldıran yüksəkliyindən Ətraflı>>>

HÜMBƏTOV FƏRHAD QƏNBƏR oğlu
10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə rayonunda doğulmuşdur. 1983-cü ildə burada məktəbin səkkizinci sinfini bitirmişdir. 1986-cı ildə ordu sıralarına çağırılmışdır. 1988-ci ildə erməni millətçi irqçilərinin törətdikləri vəhşiliklər onun ailəsindən də yan keçmir Fərhad ailəsini Bakıya apararaq onlara sığınacaq tapır. 1990-cı il 20 yanvar hadisəsi zamanı isə təsadüf nəticəsində sağ qalır...1991-ci il o, könüllü olaraq yenicə yaranan batalyonlardan birinə daxil olur. 1992-ci il 7 mart tarixində Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüşlər keçirir və erməni işğalçılarının 5 postunu dağıdır. 29 mart 1992-ci il Xankəndi yaxınlığında sayca üstün olan Ətraflı>>>

HÜSEYNOV ELMAN SÜLEYMAN oğlu
28 fevral 1952-ci ildə Tərtər rayonunda anadan olmuşdur. 1958-ci ildə birinci sinfə getmiş, 1968-ci ildə Qaraqoyunlu kənd orta məktəbini bitirmişdir. Sonra Azərbaycan Politexnik İnstituna daxil olur 1973-cü ildə institutu bitirərək hərbi xidmətə gedir. 1975-ci il ordudan tərxis olunur və Tərtər rayonuna qayıdır, o burada müxtəlif vəzifələrdə çalışır. Ermənilər Azərbaycan torpaqlarını işğal etdikləri illər (1991-1994) Tərtər rayonuda qəsbkarların hücumuna məruz qalır. Elman 1991-ci il 22 sentyabr Tərtər rayonunda könüllü özünümüdafiə batalyonu yaradır və onun rəisi olur. Onlar Ağdərə, Seysulan, Çaylı, Marağa, Həsənqaya, Ortakənd uğrunda gedən döyüşlərdə Ətraflı>>>

HÜSEYNOV ELŞAD EYNULLA oğlu
1968-ci il 8 oktyabr Masallı rayonunda anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləyir. 1979-81-ci illərdə Batumidə hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür. Elşad Marquşevan, Cuvarlı, Ağbulaq və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşdu. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. Elşad döyüşün qızğın yerində idi mövqeyini dəyişmək istəyərkən düşmən Ətraflı>>>

HÜSEYNOV ELŞƏN İBRAHİM oğlu
30 iyun 1976-cı il Saatlı rayonunda anadan olmuşdur. 1983-cü ildə burada məktəbə getmiş, 1993-cü ildə burada məktəbi bitirmişdir. 1994-cü ildə Milli Orduya çağırılmışdır. Azərbaycanımız Müstəqil olduqdan sonra bir qrup adamlar hakimiyyəti silah gücü ilə ələ keçirmək istəsələr də, görkəmli siyasi xadim, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin komandanlığı ilə silahlı dəstə zərərsizləşdirildi. Silahlı dəstənin zərərsizləşdirilməsi üçün neçə-neçə igidlər dövlətimiz naminə birliyimiz naminə öz əziz canlarından keçdilər bunlardan biri də Hüseynov Elşən oldu...

Subay idi. Ətraflı>>>

HÜSEYNOV ƏFQAN QARAXAN oğlu
24 fevral 1963-cü ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1970-ci ildə 109 saylı məktəbə getmiş, 1978-ci ildə səkkizinci sinfi bitirib C.Naxçıvanski adına hərbi litseyə daxil olmuşdur. 1991-1992-ci illərdə o həyatını cəbhə ilə bağlayır rota komandiri kimi dəfələrlə döyüşlərə girir və düşmənin canlı qüvvələrini məhv etmişdir. Onun komandiri olduğu rota xeyli silah sursat əldə etmişdi. 1992-ci il 1 noyabr Əfqan Qubadlı rayonunun Səfiyan və Quşçular kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Ailəli idi, bir övladı qalıb. Ətraflı>>>

HÜSEYNOV RÖVŞƏN ŞƏMİL oğlu
22 fevral 1967-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər Rövşən gili “N” saylı batalyona təhkim etmişdilər. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqmətində hücuma keçmişdi Rövşənin taqımı nəinki Ətraflı>>>

HÜSEYNOV SADIQ DAYANDUR oğlu
29-iyul 1961-cu ildə Ağcabədi rayonunda doğulmuşdur. 1968-78-ci illərdə burada orta məktəbdə oxumuşdur. 1980-cı ildə ordu sıralarına çağırılmışdır. 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa şəhərində sahə müvəkkili olaraq işə başlayır. Ermənilərin azğınlaşmış silahlı dəstələri Azərbaycan torpaqlarını işğal etdikləri vaxtlarda digər polis əməkdaşları kimi o da, döyüşlərə girirdi. 29 mart 1992-ci il o döyüşlərdən birində ağır yaralanır buna baxmayaraq silahı yerə qoymurdu. 13 aprel 1992-ci il erməni faşistlərinin silahlı dəstələri Şuşanı ağır raket atəşinə tutmuşdular Sadıq döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu. Ətraflı>>>

HÜSEYNOV ŞAHLAR İSA oğlu
26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Razdan rayonunda anadan olmuşdur. 1985-ci ildə burada təhsilini rus dilində başa vurmuşdur. 1986-88-ci illərdə hərbi xidmətdə olmuşdur. Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. 10 aprel 1992-ci il Marquşevan kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu.
Ətraflı>>>

HÜSEYNOV TOFİQ MİRSİYAB oğlu
19 aprel 1954-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1961-71-ci illərdə burada məktəbə getmişdir. 1974-cü ildə sovet ordu sıralarına çağırılımış, 1976-cı ildə ordudan tərxis olunmuşdur. 1991-ci ildə Xocalıda yaradılmış özünümüdafiə taborunun yaradıcılarından olmuş, daha sonra komandir təyin edilmişdir. Onu Xocalıda “Mixaylo” adlandırırdılar. Ermənilər Naragux kəndindən Xocalını tez-tez top atəşinə tuturdular Tofiq bu ərazini müəyyənləşdirib ermənilərin qurğularını məhv edir. Daha sonra Mehdikənd kəndində yerləşən erməni quldurlarının artilleriyası “Alazan” qurğusu partladılmış, ferma darmadağın edilmişdi. Tofiq burada on erməni yaraqlısını Ətraflı>>>

HÜSEYNOV VÜQAR TOFİQ oğlu
20 iyun 1969-cu ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1976-86-cı illərdə burada məktəbi bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmış, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və elektirik qaynaqçısı kimi fəaliyyətə başlayır. 1990-cı ildə DİN-nin polis dəstəsinə yazılır və həyatını cəbhə ilə bağlayır... Xocalıda, Goranboyda uğurlu döyüş yolu keçmişdir. Şəhid jurnalist Salatın Əsgərovanın qətlə yetirənlərin tapılmasında onun böyük xidməti olmuşdur. 1991-ci il 20 iyul erməni qəsbkarları Goranboy rayonuna hücum edirlər Vüqar burada qəhrəmancasına vuruşur və döyüş meydanında şəhid olur. Ətraflı>>>

XASIYEV SAMİR ZİRƏDDİN oğlu
20 aprel 1973-cü ildə Bakı şəhərində doğulmuşdur. 1980-cı ildə 82 saylı orta məktəbə getmişdir. Daha sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur. 1992-ci ildə rəhbərlikdən xaiş edərək döyüş bölgəsinə göndərilməsini xaiş edir. Bir müddət hərbi təlim alan Samiri cəbhəyə göndərdilər. O, Ağdamda ilk döyüş sınağından uğurla çıxdı. 1993-cü ildə Füzuli, Ağdərə bölgələrindəki döyüşlərdə iştirak edir. Samir bir neçə dəfə yaralansa da silahı yerə qoymadı... Samir 1994-cü ildə Gəncə qiyamının yatırılmasında iştirak etdi. O, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi. 1995-ci il məlum 13-17 mart hadisələri... xəyanətkar dəstə dövlətimizə qarşı Ətraflı>>>

XƏLİLBƏYLİ TƏBRİZ XƏLİL RZA oğlu
1964-cü il 4 fevral Bakı şəhərində Xəlil Rza Ulutürkün ailəsində doğulmuşdur. 1981-ci ildə 18 saylı orta məktəbi bitirmişdir. Ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yola düşdü. Təbrizin döyüş yolu qısa olsa da o cəbhədə tezliklə öz cəsarəti ilə ad san qazanmışdı. O, döyüşlərdə düşmənin onlarla canlı qüvvəsini məhv etmişdi. 1992-ci il 31 yanvar Təbrizin son döyüşü oldu qanlı döyüşdə o qəhrəmancasına həlak oldu...

Ailəli idi, iki övladı yadigar qalıb. Ətraflı>>>

XƏLİLOV ELDAR XƏLİL oğlu
19 avqust 1976-cı il Qərbi Azərbaycanın Zəngibasar rayonunda anadan olmuşdur. 1983-cü ildə burada məktəbə getmiş, 1988-ci ildə burada yaşayan soydaşlarımız erməni millətçilərinin təcavüzünə məruz qalanda o da ailəsi ilə birlikdə Bakıya gəlir və burada məskunlaşır. Təhsilini 96 və 252 saylı məktəblərdə davam etdirir. 29 sentyabr 1994-cü il hərbi xidmətə çağırılır. 1995-ci il 13-17 mart silahlı dəstə dövlətimizə xəyanət edərkən Eldar dəstənin zərərsizləşdirilməsi zamanı həlak oldu onun arzularla dolu gənc ömrü qırıldı...
Ətraflı>>>

İBRAHİMOV MİRƏLƏKBRƏR MİRƏLƏSGƏR oğlu
30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonunda doğulmuşdur. Birinci sinfə burada getmiş sonra Bakı şəhərinə köçmüşlər. 1978-ci ildə Bakı şəhərindəki 158 saylı orta məktəbi bitirmişdir və hərbi xidmətə getmişdir. Daha sonra Bakıda 153 saylı orta məktəbdə ibtidai hərbi hazırlıq müəllimi işləyir. Qarabağda ermənilərin törətdikləri ağılasığmaz vəhşiliklər Mirələkbəri bərk narahat edirdi, o, könüllü olaraq cəbhəyə göndərilməsini xahiş edir. 1993-cü ildə onu yenicə yaradılmış Yasamal taboruna komandir təyin edirlər. Mirələkbər öz taboru ilə Füzuli rayonunun Kürdmahmudlu, Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə Ətraflı>>>

İBRAHİMOV NURƏDDİN İSLAM oğlu
16 mart Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə burada 125 saylı orta məktəbi bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1978-ci ildə İrkutsk şəhər DİN-ə işə qəbul olunur. 1988-ci ildə burada İrkutsk şəhər cinayət axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilir. Azərbaycanda baş verən hadisələrə biganə qalmayan Nurəddin 1990-cı ildə Bakıya gəlir sonra isə Laçın rayon DİN-ə sahə müvəkkili kimi işə daxil olur...bununla da onun cəbhə həyatı başlayır...o, buradakı döyüşlərdə fəal iştirak edirdi. Daha sonra döyüşlərin birində yaralanır və yarası ciddi olduğundan M.Əzizbəyov rayonunda DİN-də işini davam etdirir. Buna Ətraflı>>>

İBRAHİMOV RASİM SƏXAVƏT oğlu
18 aprel 1962-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfə qədər burada təhsil almışdır. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olmuşdur. 1979-cu ildə məktəbi bitirmişdir. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilir. 1988-ci ildə Bakıya qayıdır. 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradır. Bu tabor Füzuli rayonunu mərdliklə qoruya bilirdi. Onların taboru 1992-ci il 26 iyun Tuğ kəndi uğrunda döyüşə girirlər, onlarla erməni yaraqlısını məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər, bu zaman cəsur döyüşçü komandir Ətraflı>>>

İSGƏNDƏROV ƏLABBAS QARA oğlu
25 iyul 1958-ci il Ağdam rayonunda anadan olmuşdur. O, cavanlığında Kolanı obasında ad-san çıxarmış, əyilməzliyi ilə hamının hörmətini qazanmışdır. 18 yaşı tamam olduqda ordu sıralarına çağırılır, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu. 1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər. 4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən Ətraflı>>>

İSGƏNDƏROV FAMİL İSGƏNDƏR oğlu
15 may 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. 1991-ci ildə 157 saylı məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Famil Ağdərə və Tərtər döyüşlərində iştirak etmiş, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanır müalicədən sonra isə “N” saylı hərbi hissədə xidmətini davam etdirir. 1995-ci il 13-17 mart hadisələri zamanı dövlətimizə xəyanət edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı döyüşçü dostlarını xilas edərkən Famil qəhrəmancasına həlak oldu.

Subay idi. Ətraflı>>>

İSMAYILOV ETİBAR BƏYLƏR oğlu
29 mart 1964-cü ildə Ağcabədi rayonunda anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirmişdir. 1990-cı ildə o erməni vəhşilikərinə tab gətirə bilmir və könüllü müdafiə batalyonlarından birinə yazılır. Bir neçə batalyonda vuruşan Etibar Ağdam batalyonuna yazılır. O, kəşfiyyata gedər mühüm məlumatlar əldə edərdi. 1994-cü il 4 yanvar Etibarın tərkibində olduğu tabor yeni tapşırıq alır: Xocavənd rayonunda mövqe tutan erməni qəsbkarlarının arxasına keçmək və məlumat əldə etmək...bu əməliyyat yerinə yetirilərkən onlar mühasirəyə düşürlər, Etibar döyüşçü dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atır erməni Ətraflı>>>

İSMAYILOV İLQAR SƏDİ oğlu
29 mart 1959-cu il Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Bakı şəhərindəki 45 saylı orta məktəbə getmiş, 1976-cı ildə təhsilini başa vurmuşdur. Daha sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitunda təhsil almışdır. 1981-ci ildə hərbi xidmətə çağırılımış, 1983-cü ildə ordudan tərxis edilmişdir. İlqar 1991-ci ildən başlayaraq tez-tez döyüş bölgəsinə gedərdi. Onun şücaəti nəticəsində ermənilərlə vuruşan xeyli xarici vətəndaş ələ keçirilmişdir. Onun rəhbərliyi ilə 128 nəfər döyüşçümüz Qızartı yüksəkliyini erməni basqınçılarından azad etmişdir. İgid komandir 1992-ci il 1 oktyabr qəhrəmancasına həlak olmuşdur... Ətraflı>>>

İSMAYILOV İNQİLAB ƏLƏKBƏR oğlu
24 fevral 1962-ci ildə Xocalı şəhərində anadan olmuşdur. 1979-cu ildə burada məktəbi bitirmişdir. 1981-ci ildə ordu sıralarına çağırılmışdır. 1984-cü ildə Xarkov şəhərində xidmətini başa vuraraq doğma yurdu Xocalıya dönür. 1990-cı ildə burada polis nəfəri kimi işə düzəlir. Erməni işğalçıları Xocalını gecə-gündüz raket atəşinə tuturdular, silahsız, günahı olmayan sakinlər faciəli surətdə həlak olurdular… 1992-ci il 25-26 fevral Xocalı soyqırımı törədilən zaman İnqilab döyüşə atlılır bir neçə erməni yaraqlısını məhv edən döyüşçü yerli sakinləri təhlükəsiz əraziyə çıxarır. Daha sonra İnqilab Ağdamda Daşbaşı yüksəkliyini qoruyurdu, ermənilər buraya dəfələrlə hücum etmiş məğlub Ətraflı>>>

KARLOV YEVGENİ NİKOLAYEVİÇ
31 may 1960-cı ildə Tula vilayətində anadan olmuşdur. Təhsilini başa vurduqdan sonra 1977-ci ildə ordu sıralarına çağırılmışdır. Ordudan tərxis edildikdən sonra isə Təyyarəçilik Məktəbinə daxil olur, 1984-cü ildə buranı bitirir və təlimatçı-təyyarəçi kimi işə başlayır. Azərbaycan Silahlı Qüvvələri yarananda Karlov burada xidmət etməyi qərar verir. O, Bakıda “N” saylı hərbi hissədə xidmət edirdi. Miliyyətcə rus olmasına baxmayaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərə dözməyən Karlov Qarabağa gedir və döyüşlərdə iştirak edir. O, Ağdərə, Ağdam, Füzuli bölgərəində rəşadətlə vuruşmuşdur. 1992-ci il 11 aprel onun həyatının ən faciəli və son Ətraflı>>>

KƏRİMOV BƏŞİR BƏYLƏR oğlu
2 fevral 1976-cı ildə Füzuli rayonunda anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbə getmiş, 1991-ci ildə səkkizinci sinfi bitirərək texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Erməni qəsbkarları bu illərdə Qarabağa geniş planlı hücumlar edir Azərbaycanın əsrlərdən yadigar torpaqlarını işğal edirdilər, Bəşir 1993-cü ildə artıq döyüş meydanlarında idi…o, burada patron daşıyır, əsgərlərə yemək çatdırılmasında iştirak edirdi. 1993-cü il ermənilər Qacar kəndinə hücum etdikləri vaxt Bəşir də qanlı döyüşə girmişdi. Füzuli rayonu işğal edildikdən sonra isə onun ailəsi İmişli rayonunda məskunlaşır. 1994-cü il 19 may Bəşir Milli Ordu sıralarına çağırılır. 1995-ci il 13- Ətraflı>>>

KƏRİMOV ELGİZ KƏRİM oğlu
5 yanvar 1971-ci ildə Bərdə rayonunda anadan olmuşdur. 1977-ci ildə birinci sinfə getmiş, 1989-cu ildə məktəbi bitirmişdir. Elgiz erməni işğalçılarının vətənimizə hücumu ilə barışa bilmirdi məhz buna görə də o, 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılır. Əsgəran yaxınlığındakı döyüşdən sonra Elgizin adı dilləri gəzdi o, bu döyüşdə xeyli erməni yaraqlısını məhv etmişdi. 1992-ci il 12 mart o mühasirəyə düşmüş döyüşçü dostlarını xilas etmək üçün Naxçıvanik kəndinə gəldi, bir saata yaxın davam edən döyüş zamanı ermənilərin mühasirəsi yarıldı döyüşçülər azad edildi...bu döyüşdə Elgiz Kərimov 21 yaşında canından əziz tutduğu vətən uğrunda Ətraflı>>>

KƏRİMOV KAZIMAĞA MÖVSÜM oğlu
1951-ci il 1 sentyabr Qubadlı rayonunda anadan olmuşdur. Burada məktəbi bitirdikdən sonra 1970-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. Ermənilərin vətənimizə təcavüzü zamanı könüllü özünümüdafiə batalyonlarından biri də Goranboy rayonunda yaranmışdı, onun yaradıcılarından biri də Kazımağa idi. 1991-ci ildə Goranboyda ikinci batalyon yaranarkən onu komandir müavini təyin etdilər. Bununla da o, qələmini silahla əvəz etdi... Erkəc, Qaraçinar, Meşəli və başqa yerlərdə vuruşmuşdu. Onun sonuncu döyüşü Meşəlidə oldu bu döyüşdə o ayağından ağır yaralandı döyüşçü dostları onu vertolyotla Bakıya göndərdilər Ətraflı>>>

KƏRİMOV KƏRİM MƏHƏMMƏD oğlu
2 iyul 1971-ci ildə Şərur rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tümenə getmiş, Komandir məktəbinə daxil olmuşdur. Azərbaycan ağır günlərini yaşamağa başladığı vaxt Kərim azərbaycanlı gəncləri toplayaraq vətənə qayıtmağı, Qarabağa getməyi təklif edir, beləliklə 15 nəfər kursantla birlikdə vətənə qayıdırlar. Biləcəridə təlim keçdikdən sonra Goranboya yollanırlar. İlk gündən cəbhədə “Tümendən gələn zabit” kimi tanınan Kərim bütün yapşırıqları itkisiz yerinə yetirə bilirdi. 1992-ci il 5 may tarixində Kərim quldurlar yuvası Talış təpəsinə qalxır, qızğın döyüşdə 40 erməni qulduru məhv edilir. May ayının 6-sı düşmən güclü əks hücuma keçir onlar mühasirəyə Ətraflı>>>

KOVALYOV YURİ PETROVİÇ
29 noyabr 1965-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1972-ci ildə ailəsi ilə Rusiyanın Krasnodar vilayətinə köçmüş 5 ildən sonra Bakıya qayıtmışdır. 1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirmişdir. 1983-cü ildə ordu sıralarına çağırılmış 1985-ci ildə ordudan tərxis edilmişdir. Azərbaycan torpaqlarından soydaşlarımızın qovulması, qətlə yetirilməsi bir sözlə erməni vəhşilikləri onu narahat edirdi buna görə də o, 1990-cı il 15 sentyabr DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsinə yazılır və döyüş bölgələrində vuruşmağa başlayır. Yuri Goranboy cəbhəsində əfsanələr yazmışdı erməni snayperləri onu dağlar-daşlar arasında axtarırdılar. Yurinin Ətraflı>>>

QASIMOV İXTİYAR QASIM oğlu
22 mart 1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1977-ci ildə kənd məktəbinə getmiş səkkizinci sinfə qədər burada təhsil almışdır. 1985-ci ildlə Bakıya gələrək təhsilini burada davam etdirir. 1992-ci ildə könüllü olaraq hərbi komissarlığa müraciət edərək döyüşlərə göndərilməsini xahiş edir. İxtiyarı “N” saylı hərbi hissəyə təhkim edirlər. O, ilk günlərdən özünə ad-sad qazanmışdı seçdiyi düzgün qərarın nəticəsi olaraq Qazançı kəndində ermənilərin üç PDM-si, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edildi. 1992-ci il 14 iyul...ermənilər Canyataq kəndinə hücuma keçdilər, burada bir neçə döyüşçü yaralanır onların erməni qəsbkarlarının əlinə keçməməsi üçün İxtiyar özünü Ətraflı>>>

QASIMOV MUXTAR CAHİD oğlu
10 yanvar 1958-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1975-ci ildə Ağdam şəhər 5 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirmiş və yeddi il Xankəndində həkim işləmişdir. Daha sonra Ağdamda xəstəxanada işləməyə başlayır. Xocalı faciəsindən sonra isə həyatını cəbhə ilə bağlayır. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş etdirir. 16 iyun 1992-ci il Naxçıvanik kəndində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak oldu. Ətraflı>>>

QƏDİMƏLİYEV ARİF MAASİF oğlu
13 iyul 1975-ci ildə Ağstafa rayonunda anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmiş və sovxozda işləmişdir. 1993-cü ildə Ağstafa rayonundan Milli Ordu sıralarına çağırılmışdır. 1994-cü ildə yanvar ayının 18-i cəbhəyə göndərilmişdir. Arif “N” saylı hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə döyüşmüşdür. O, həm kəşfiyyatçı, həm də nişançı-atıcı kimi komandirlərin hörmətini qazanmışdır. 1995-ci ildə 13-17 mart hadisələri zamanı o dövlətçiliyimiz uğrunda canından keçdi…

Subay idi. Ətraflı>>>

QƏNBƏROV RAMİZ BULUD oğlu
2 iyul 1962-ci ildə Şuşa şəhərində doğulmuşdur. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirmişdir. 1980-ci ildə hərbi xidmətə çağırılır və 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıdır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olur. Ramiz 1988-ci illərdə Xalq Hərəkatına qoşulur. Ramiz Qənbərov ermənilərin ata-babalarımızdan qalan torpaqlarımıza cəcavüzü ilə heç cür barışa bilmirdi buna görə də o 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaradır və bu batalyonun başçısı olur. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdur. Ətraflı>>>

QƏHRƏMANOV FARİZ ÇOBAN oğlu
29 mart 1974-cü il Bərdə rayonunda anadan olmuşdur. 1991-ci ildə burada nəktəbi bitirmişdir. 1992-ci il iyun ayında hərbi xidmətə çağırılır. “N” saylı hərbi hissənin tərkibində Ağdam, Ağdərə, Füzuli, Kəlbəcər, Tərtər rayonunda gedən döyüşlərdə iştitrak edir. Bu batalyon onlarla erməni yaraqlısını məhv etmişdi. 1994-cü il Ağdərədə gedən döyüşlərdə yaralanır. Müalicə olunan kimi yenidən cəbhəyə dönür. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində də iştirak etmişdir. 1995-96-cı illərdə Türkiyə Respublikasında Jandarm və Komanda Məktəbində təhsil alır.
Ətraflı>>>

QUBADOV ARİF VƏLİŞ oğlu
20 sentyabr 1966-cı ildə Cəlilabad şəhərində anadan olmuşdur. 1983-cü ildə Əliqasımlı kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılır. Ermənilərin torpalaqlarımıza hücum etməsi və işğalçılıq siyasəti onu da bir azərbaycanlı kimi narahat edirdi. 1992-ci ildən Milli Ordu sıralarında şərəfli döyüş yolu başlandı...Arif ata-baba yurdlarımızdan biri olan Naxçıvanın Sədərək bölgəsində döyüşə atıldı. Onun komandirlik etdiyi taqım erməniləri geri oturdu və onlarla ermıni qulduru məhv edilməklə yanaşı, düşmənin zirehli texnikalarını da, məhv edə bildilər. Onun bu rəşadətindən danışmayan yox idi. 1993-cü il Arif Qubadov Ağdam cəbhəsinə göndərildi. Ələfli, Yusifcanlı Ətraflı>>>

QULİYEV MƏDƏT QƏZƏNFƏR oğlu
27 sentyabr 1958-ci il Gəncə şəhərində anadan olmuşdur. 1965-ci ildə burada 1saylı orta məktəbə getmiş, 1975-ci ildə 8 saylı məktəbi bitirmişdir. 1976-cı il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstituna daxil olur. 1980-ci il hərbi xidmətə çağırılır. 1982-ci il ordudan tərxis edilir və Gəncə şəhərində “Dinamo” cəmiyyətində işləyir. Daha sonra Daxili İşlər Nazirliyində işə başlayır. 1994-cü ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin regional şöbəsi vəzifəsinə təyin edilmişdir. Mədət Quliyevin rəhbərliyi ilə keçirilən əməliyyatlar nəticəsində respublikada fəaliyyət göstərən cinayətkar dəstələr və reket qurupları məhv edilmişdi. 1993-cü il 10 dekabr cinayətkar Ətraflı>>>

QULİYEV MİRZƏ MƏCİD oğlu
11 yanvar 1974-cü il Bərdə rayonunda anadan olmuşdur. 1980-1991-ci illərdə burada təhsil almışdır. 1992-ci il hərbi xidmətə çağırılmışdır. Sədərək cəbhəsində döyüşlərə atılan Mirzə burada böyük şücaətlər göstərmişdi. PDM-də tuşlayıcı-atıcı kimi döyüşlərə girən cəsur döyüşçü onlarla erməni yaraqlısını məhv etmişdi. 1993-cü il 28 iyul... Ağdam cəbhəsinə göndəriən Mirzə burada qaynar döyüşlərə girir və qəhrəmanlıqlarla dolu səhifələr yazır. Daha sonra Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərə atılır və PDM-si ilə xeyli erməni tankını alova bürüyür.
Ətraflı>>>

QULİYEV VAHİD HƏBİBULLA oğlu
20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açmışdır. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub,      Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və «Azon» Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir. 1992-ci ilə qədər bu zavodda çalışmış və öz işinin öhdəsindən layiqincə gəlmişdir. Ətraflı>>>

QULİYEV ZABİT ADİL oğlu
6 iyun 1975-ci il Kürdəmir rayonunda anadan olmuşdur. 1992-ci il ərəbxana kənd orta məktəbini bitirib. Zabit bir müddət rayonda təsərrüfat işlərində çalışır. 1993-cü il Milli Orduya çağırılır. Onu birbaşa cəbhəyə apardılar. Zabit cəsur döyüşçü kimi Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində rəşadətlə vuruşmuşdu. Zabit çox tez bir zamanda hörmət qazanmışdı. Erməni faşistlərini zirehli texnikalarını dəfərəlrə sıradan çıxarmışdı. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı cəsur döyüşçü ermənilərin dörd tankını alova bürüdü. Zabit bu çətin günlərdən sağ-salamat çıxa bildi məhir atıcının namı elləri gəzirdi. Zabit Quliyevin həyatı Azərbaycan gəncləri üçün Ətraflı>>>

QULİYEV AQİL SAHİB oğlu
19 sentyabr 1963-cü ildə Qərbi Azərbaycanın Sisyan rayonunda doğulmuşdur. 1980-ci ildə məktəbi bitirir və Neft Akademiyasına daxil olur. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılır. Ordudan tərxis edildikdən sonra isə yarımçıq qalmış təhsilini davam etdirmir, Aqil 1982-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olur. 1988-ci ildə ermənilər Qərbi Azrərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edərkən onun da ailəsi bu təcavüzün qurbanı oldu. Aqil ailəsini Bakıya gətirir müvəqqəti sığınacaq tapır. Sonra isə Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş edir. Aqili 45 nəfər döyüşçü ilə Ağdama göndərirlər onu rota komandiri təyin Ətraflı>>>

QULİYEV EMİN ƏLƏKBƏR oğlu
12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunda anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. “N” saylı hərbi hissədə xidmət edən Emin bacaracağına görə fərqlənirdi, o, idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi.

Subay idi.
Ətraflı>>>

QULİYEV MƏTLƏB KAMRAN oğlu
9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. İbtidai təhsilini 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olur. Hərbi xidmətini isə Ukraynada keçirir. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstituna daxil olur. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktədbə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır. 1992-ci ildən DİN-ə işə düzəlir, bununlada onun həyatının narahat günləri başlayır o tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışırdı. 1992-ci il 31 avqust Ağdam bölgəsində ağır döyüşlər gedirdi… ermənilər yüksəklikləri ələ Ətraflı>>>

QULİYEV NAZİM QABİL oğlu
7 fevral 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1982-ci ildə kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmətə çağırılımışdır. Xidmətini başa vurduqdan sonra isə doğma yurda qayıdır. 1988-ci ildə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərlə barışa bilməyən Nazim könüllü müdadiə dəstələrindən birinin tərkibində döyüşlərə atılır. Nazim 1991-ci ildə Füzuli rayonunda polis nəfəri kimi işə qəbul olunur. Füzuli rayonunda rəşadətlə vuruşan Nazim onlarla yaralını, dinc sakini təhlükəsiz əraziyə çıxara bilmişdi. O, Cuvarlı, Tuğ, Məlikcan, Arış kəndlərində rəşadətlə vuruşmuşdur. Ətraflı>>>

QULİYEV NOFƏL ZAHİD oğlu
4 oktyabr 1963-cü ildə Əli Bayramlı şəhərində dünyaya göz azçmışdır. 1971-ci ildə Əli Bayramlı şəhər 9 saylı məktəbin birinci sinfinə getmiş, 1981-ci ildə təhsilini başa vurmuşdur. 1984-cü ildə ailəsi ilə birlikdə Tümen şəhərinə köçür. 1990-cı ildə Nofəl ailəsi ilə geri dönür. Daha sonra isə Bakıda polis nəfəri kimi işə qəbul edilir, bununla da o, tez-tez cəbhəyə getməyə başlayır. 1991-ci ilin soyuq dekabr ayı idi… Goranboy rayonunun Todan kəndi güclü hücuma məruz qalmışdı, kəndin müdafiəsinə qalxan cəsur polislər onlarla erməni işğalçısını məhv etdilər, Nofəl yüksəklikdə özünə mövqe seçmişdi mühasirəyə düşməsinə baxmayaraq son nəfəsinə qədər vuruşdu sonuncu gülləsini Ətraflı>>>

QURBANOV NOVRUZ ƏLİYULLAH oğlu
1975-ci il 2 iyun Ağstafa rayonunda anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. “N” saylı hərbi hissədə xidmət edən Novruz atəşkəs imzalananadək döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13-17 mart hadisələri zamanı dövlətçiliyimizə xəyanət edən var-dövlət hərisləri, utanmadan, çəkinmədən silaha belə əl atdılar öz qardaşlarına tətik sıxan belə şərəfsizləri zərərsizləşdirərkən gənc əsgər Novruz Qurbanovun ömrü qırıldı.

Subay idi. Ətraflı>>>

İSGƏNDƏROV ELTUN XALƏDDİN oğlu
21 oktyabr 1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. O, 1997-98-ci tədris ilində Əhmədbəyli kənd orta məktəbinin birinci sinfinə getmişdir. Eltun İsgəndərov 2007-2008-ci tədris ilində orta təhsilini başa vurmuşdur Ətraflı>>>

MAHMUDOV ƏRƏSTUN İSPƏNDİ oğlu
23 fevral 1957-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1970-ci ildə Nizami rayonundakı 220 saylı məktəbi bitirmişdir. 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. Xaricdə bir neçə Avia məktəb bitirən Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə uçuşlar edərdi... Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci il olur Ağdam Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu. Ətraflı>>>

MAKEYEV İQOR VLADİMİROVİÇ
27 oktyabr 1971-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1979-cu ildə 39 saylı məktəbə getmiş, 1987-ci ildə səkkizinci sinfi bitirmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılan İqor əvvəlcə Bakıda, sonra isə Rusiyanın Rostov vilayətində xidmət edir və burada çavuş məktəbində təhsil alır. Azərbaycanda baş verən hadisələr İqoru narahat edirdi o, təhsilini yarımçıq qoyub Gəncəyə qayıdır. Anası onun gəlişinə etiraz edəndə o, demişdi : “Ana, məni düzgün başa düş! Mən Azərbaycanda dünyaya göz açmışam, ilk addımlarımı bu torpaqda atmışam. Bura mənim vətənimdir. Özümü də bu torpağın övladı sayıram! Övlad vətəni dar gündə qoyarmı? Mən Azərbaycanı Ətraflı>>>

MEHDİYEV FAZİL UMUD oğlu
20 avqust 1966-cı ildə Laçın rayonunda anadan olmuşdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmişdir. 1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur. Qarabağda baş verən hadisələr onu narahat edirdi o 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus “Niva” markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə Ətraflı>>>

MƏCİDOV ELDAR TOFİQ oğlu
26 avqust 1965-ci il Bakı şəhərində dünyaya göz açmışdır. 1972-ci ildə Yasamal rayon 52 saylı məktəbin birinci sinfinə getmiş 1982-ci ildə bu məktəbi bitirmişdir. 1983-cü ildə orduya çağırılır Eldar hərbi xidmətini Almaniya Demokrtaik Respublikasında keçirir. 1985-ci ildə ordudan tərxis olunur. 1989-cu ildə Azərbaycan İncəsənət İnstituna imtahan verir və mədəni-maarif fakültəsinə daxil olur. Ermənilərin Dağıq Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Eldar könüllü olaraq cəbhəyə getməyi qərara alır. 1992-ci ildə 9 may “N” saylı hərbi hissəyə qeyd olunur və cəbhəyə yola düşür. O, cəbhədə tezliklə öz şücaətini göstərmişdi. Yaralıların və mülki əhalinin Ətraflı>>>

MƏCİDOV ZAKİR NÜSRƏT oğlu
1956-cı il 26 iyun Neftçala rayonunda anadan olmuşdur. 1963-cü ildə Bakı şəhərində 17 saylı orta məktəbi bitirmişdir. 1974-cü ildə Ryazan vilayətində Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1980-cı ildə Zabrat qəsəbəsindəki aviadəstənin AN-2 təyyarəsinin komandiri təyin edilir. Daha sonra Mİ-2 vertolyotunda təkmilləşmə kursu keçdikdən sonra Qarabağa uçuşlar edərək erməni işğalçılarının canlı qüvvə və texnikalarını raket zərbələri ilə məhv edirdi. 1992-ci ilin fevralında Mİ-24 vertolyotlarından birinə komandir təyin edilir, Ağdərəinin Aterk kəndində yerləşən erməni quldurlarının bütün texnikasını demək olarki sıradan çıxarmışdı, düşmən xeyli Ətraflı>>>

MƏHƏRRƏMOV ASİF YUSİF oğlu
26 iyul 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1969-cu ildə burada 1 saylı məktəbi bitirmişdir. Uşaqlıqdan kasıblıqla yaşayan Asif məktəbi bitirən kimi işləməli olur. Haqq, Ədalət, Namus, Qeyrət prinsipləri ilə yaşayan Asifin həyat yolu hamar olmur o həbsxana həyatı keçirir...1971-ci il 30 oktyabr kinoteatra gedir axşam burada dava düşür onu həbs edirlər, 2 il iş kəsilir 9 ayını türmədə yatır qalanı isə məcburi işlə əvəz olunur. Bir müddət sürücü işləyən Asif təsadüf nəticəsində “Təcili yardım” maşınını vurur həbs edilir 3 il 8 ay həbsxana həyatı yaşayır. Azad edildiyi vaxt ermənilər azərbaycanlıları öz yurdlarından zorla çıxarmağa başlamışdılar bununla Ətraflı>>>

MƏHƏRRƏMOV SƏXAVƏT ƏLƏMDAR oğlu
5 dekabr 1973-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olmuşdur. 1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Gürcüstana köçmüş daha sonra isə Lökbatan qəsəbəsində məskunlaşmışlar. Səxavət 1990-cı ildə burada 106 saylı məktəbi bitirir. Milli Azadlıq Hərəkatının fəal üzvlərindən biri olur. O, şer yazardı, musiqiyə, şerə həvəsi sonsuz idi. 1992-ci il 27 iyun Ağdərənin Möhrətağ kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yarqlısı məhv edildikdən sonra bölmə geri dönərkən meşədə mühasirəyə düşür, Səxavət 19 yaşında canından əziz tutduğu vətən uğrunda qəhrəmancasına həlak oldu. Ətraflı>>>

MƏMMƏDOV AQİL SƏMƏD oğlu
30 iyul 1969-cu ildə Qubadlı rayonunda anadan olub. 1984-cü ildə 2 saylı məktəbi bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılır 1988-ci ildə Orenburq vilayətində xidmətini yarımçıq qoyub vətənə dönür və Qubadlıda özünümüdafiə taboruna yazılır. Qarabağ müharibəsində “Qaranquş” dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınmışdır. Aqil dəfələrlə Qafan və Gorus rayonlarına keçərək əsirlərlə geri dönürdü. Ermənilərin dörd Laçınlını əsir götürmələri barədə xəbəri eşidəndə dərhal əməliyyata başlayır. O, bir erməni zabitini ələ keçirir və dörd Laçınlını geri ala bilir… Aqilin adı dilləri gəzərdi… 1992-ci il 7 avqust Laçın rayonunun Susuzdağ Ətraflı>>>

MƏMMƏDOV AYTƏKİN İSRAYIL oğlu
29 may 1967-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1974-1984-cü illərdə burada məktəbdə oxumuşdur. 1985-ci ildə hərbi xidmətə çağırılımışıdır. 1987-ci ildə ordudan tərxis edilmişdir. 1991-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olur. 1991-ci il Xanlar rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin döyüşə atılır erməni yaraqlılarını məhv edən cəsur döyüşçü qəhrəmancasına həlak olur.

Subay idi.
Ətraflı>>>

MƏMMƏDOV ELDAR HARUN oğlu
10 yanvar 1968-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. 1974-cü ildə Bakıda 189 saylı orta məktəbə getmiş, 1982-ci ildə səkkizinci sinfi bitirmişdir. 1982-85-ci illərdə C.Naxçıvanski adına Hərbi Məktəbdə oxumuşdur. Daha sonra SSSR-nin silahlı qüvvələrində qulluq etmişdir. Eldar 1993-cü ildən könüllülərdən ibarət batalyona yazılır və Ağdərədə gedən döyüşlərdə iştirak edir. 1993-cü il Kasapet yüksəkliyi uğrunda gedən döyüşlərdə xeyli quldur məhv edən Eldar qəhrəmancasına həlak oldu.

Subay idi. Ətraflı>>>

MƏMMƏDOV ELŞAD RAMİZ oğlu
14 fevral 1974-cü ildə Xanlar rayonunda anadan olmuşdur. 1990-cı ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Elşad Ağdərədə gedən qanlı döyüşlərdə iştirak etmişdir. 1995-ci il 13-17 mart hadisələri zamanı dövlətçiliyimizə xəyanət edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı o qardaş gülləsinə tuş gəldi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Elşad Eldar oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Ətraflı>>>

MƏMMƏDOV ƏLİ HÜSEYN oğlu
11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə almışdır. 1975-ci ildə ordu sıralarına çağırılır, Macarıstanda xidmətini başa vurur. 1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. 1992-ci ildən cəbhəyə getməyə başlayır. 1992-ci il 24 sentyabr Laçın cəbhəsində vuruşmağa başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr səhər tezdən güclü hücuma məruz qalırlar yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır, cəsur döyüşçü bu yaradan da, əbədiyyətə qovuşur. Ətraflı>>>

MƏMMƏDOV XANOĞLAN SADIQ oğlu
1975-ci il 13 fevral Neftçala rayonunda anadan olmuşdur. Məktəbi bitirdikdən sonra 104 saylı texniki-peşə məktəbə daxil olur. 1993-cü ildə hərbi xidmətə çağırılır. Bir müddət təlim keçdikdən sonra Murovdağ cəbhəsinə göndərilir və bir neçə döyüşdə iştirak edir. 1995-ci il silahlı dəstə dövlət çevirilişinə cəhd edərkən dəstənin zərərsizləşdirilməsi zamanı Xanoğlan qəhrəmancasına həlak oldu.

Subay idi.
Ətraflı>>>

MƏMMƏDOV İBRAHİM İSMAYIL oğlu
20 dekabr 1958-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə Naxçıvan şəhər 3 saylı məktəbi bitirmişdir. 1977-79-cu illərdə hərbi xidmətdə olur, İbrahim xidmət edərkən PDM-də tuşlayıcı-operator ixtisasına yiyələnir. 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olur, 1993-cü ildə təhsilini başa vurur. 1990-cı il 20 Yanvar hadisəsinin dünyaya çatdırılmasında çox böyük işlər görmüşdür. 1993-cü ildə Milli Ordu sıralarına yazılır və döyüşlərdə iştirak etməyə başlayır. Tezliklə Kəlbəcərə yollanır. 1994-cü il 16 fevral Kəlbəcər rayonunda qızğın döyüşlər gedirdi… İbrahim bu döyüşdə ermənilərin 3 tankını və xeyli canlı qüvvəsini məhv etdi. Ətraflı>>>

MƏMMƏDOV KAZIM ƏRŞAD oğlu
1969-cu il 1 oktyabr Cəbrayıl rayonunda anadan olmuşdur. 1976-86-cı illərdə burada məktəbdə oxumuşdur. 1988-ci ildə ordu sıralarına çağırılmışdır. 1990-cı ildə Çelyabinsk şəhərində xidmətini başa vurub Gəncəyə dönür. Ermənilərin torpağlarımıza hücumu onu narahat edirdi 1991-ci ildə Cəbrayıl rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə daxil olur, bununla da onun cəbhə həyatı başlayır. Kazım bir neçə döyüşdə şücaətlə vuruşmuşdu. 1991-ci il 15 noyabr erməni qəsbkarları Xocavənd rayonunun Zamur kəndinə hücum etmişdi. Kazım boş evlərdən birini özünə mövqe seçərək erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv etdi, azğınlaşmış Ətraflı>>>

MƏMMƏDOV NATİQ BƏŞİR oğlu
11 may 1975-ci ildə Zaqatala rayonunda anadan olmuşdur. 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılır. Bir müddət təlim keçdikdən sonra döyüşlərdə iştirak edir. Natiq, Füzuli, Ağdam, Tərtər cəbhələrində döyüşlərdə iştirak edtmişdir. 1994-cü il 4 oktyabr tarixində silahlı dəstə dövlət çevirilişinə cəhd etdi onlara xəbərdarlıq edilsə də silahı yerə qoymadılar, dəstənin zərərsizləşdirilməsi zamanı Məmmədov Natiq dövlətçiliyimiz uğrunda canını qurban verdi. Ətraflı>>>

MƏMMƏDOV NİZAMİ MURAD oğlu
12 yanvar 1958-ci ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. N.Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975-77-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuşdur. 1988-ci illərdə erməni millətçiləri azərbaycanlıları doğma el-obalarından qovarkən o, əhalinin təhlükəsizliyini təmin edirdi. Polis zabiti Nizami daha sonra Şuşaya köçür və burada işini davam etdirir. O, özünümüdafiə batalyonlarına silah-sursat çatdırılmasında iştirak edir, döyüşlərə atılırdı. Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi kimi mühüm əməliyyatlarda iştirak etmiş erməni basqınçılarına öz gücünü göstərmişdi. 1992-ci il 29 mart snayper gülləsi onun arzularla dolu qəlbini Ətraflı>>>

MƏMMƏDOV SEYMUR QƏHRƏMAN oğlu
18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1978-88-ci illərdə burada 2 saylı məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılır. Hərbi xidmətini Almaniya və Ukraynada keçirir. Ordudan tərxis edilən kimi könüllü olaraq “N” saylı özünümüdafiə batalyonuna yazılır. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərmişdi. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu… Məlikcan kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni yaraqlısı olan 15 post məhv edildi, namərd, şərəfsiz ermənilərin snayper gülləsi bu Ətraflı>>>

MƏMMƏDOV SƏFƏRALI QURBAN oğlu
16 oktyabr 1963-cü ildə Masallı rayonunda anadan olmuşdur. 1981-ci ildə burada məktəbi bitirir və hərbi xidmətə çağırılır. 1983-cü ildə ordudan tərxis edilir. Krasnodar şəhərinə gələrək milis sisteminə daxil olur. 1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə göndərilir. Buranı leytenant rütbəsi ilə bitirən Səfəralı Qarabağa getmək istədiyini bildirir, ona Bakıda hava limanında iş təklif edilsə də, o, inadından dönmür və Ağdam rayonunda polis komandiri kimi döyüşlərə atılır. Sarışın olması, rus dilini səlis bilməsi ona ermənilər arasına təkbaşına getməsinə imkan verirdi. Səfəralı Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində onlarla ermənini girov götürmüşdü. Ətraflı>>>

MƏNSUROV BƏHRUZ QƏHRƏMAN oğlu
13 mart 1975-ci ildə Yardımlı rayonunda anadan olmuşdur. Orta məktəbi müvəffəqiyyətlə bitirən Bəhruz Bakı Ali Ümumiqoşun Komandirlər Məktəbinin sərhəd qoşunları fakültəsinə daxil olur. Bəhruz böyük ümüdlərlə gələcəyə addımlayırdı lakin 1995-ci il 13-17 mart hadisələri baş verdi… Başı bəlalar çəkmiş Azərbaycan indi daxili düşmənlərin silahlı basqınına məruz qalmışdı. Dövlətçiliyimizə xəyanət edən namərd dəstə silahı yerə qoymadı, bu dəstənin zərərsizləşdirilməsi zamanı Bəhruz öz vətənpərvərlik borcunu yerinə yetirirdi, o, dövlətimiz uğrunda canından keçdi.
Ətraflı>>>

MİRABOV RƏŞAD AKİF oğlu
3 may 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1982-ci ildə 7 saylı məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılır. Rəşadın xidmət etdiyi “N” saylı hərbi hissə Tərtər cəbhəsinə göndərildi. Qanlı döyüşlərdə iştirak edən hərbi hissənin döyüşçüləri xeyli erməni quldurunu məhv etmişdi. Onlar bir müddət Füzuli rayonunda da xidmət etməli olurlar Rəşad qaynar döyüş meydanlarından sağ salamat çıxa bilir. Onu yenidən xidmət etdiyi hərbi hissəyə göndərirlər. 1995-ci il 13-17 mart hadisələri baş verdi… dövlətimizə xəyanət edən silahlı dəstə Rövşən Cavadovun başçılığı ilə silaha sarılmışdı namərd, qardaşına tətik sıxmağdan çəkinməyən bu silahlıları Ətraflı>>>

MİRZƏYEV KƏRƏM ƏRŞAD oğlu
20 may 1960-cı ildə Qubadlı rayonunda anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. 1983-85-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Bir müddət Kalininqrad şəhərində təhsil aldığdan sonra Vətənə dönür. Qubadlı rayonunun erməni işğalçılarından qorunmasında iştirak edir. Kərəm Novlu, Seytas, Əyin və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdu. “Laləzar” əməliyyatının keçirilməsində büyük xidməti olmuşdur. Ətraflı>>>

MİRZƏYEV ŞİRİN VƏLİ oğlu
5 yanvar 1947-ci il Xankəndi şəhərində dünyaya göz açmışdır. Burada N.Gəncəvi adına 4 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. 1967-ci ildə Sankt-Peterburq şəhərində Hərbi Məktəbə daxil olur. Şirin Daxili Qoşunlar alayında 15 il xidmət etmişdir. 1988-ci ildə Moskva Ali Siyasi Akademiyasını bitirir. Vətənin dar günlərində o, doğma Azərbaycana dönür və 1991-ci ildə Ağdam cəbhəsinə yollanır. 1991-ci il 9 oktyabr Ağdam rayon özünümüdafiə taboruna komandir təyin edilir. 1992-ci il iyun ayında komandanlığ tərəfindən hazırlanan hərbi plan həyata keçirilməli idi, döyüşçülərimiz üç istiqamətdə hücum edərək işğal edilmiş əraziləri azad etməli Ətraflı>>>

MİRZƏYEV YUSİF VƏLİ oğlu
1958-ci il 23 may Babək rayonunda anadan olmuşdur. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirmişdir. 1988-ci illərdə Xalq Hərəkatına qoşulur. 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanır. Yusif tez bir zamanda taborun ən ad-sanlı döyüşçülərindən birinə çevirilir. Yusif 14 nəfərlik dəstə ilə bütün əməliyyatlarda iştirak edirdi. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edə bilmişdi. Yusif Mirzəyev 1993-cü il fevralın 19-da Ağdərədə gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş döyüşçüləri xilas edərkən qəhrəmancasına həlak oldu.
Ətraflı>>>

MURADOV HİKMƏT OQTAY oğlu
23 yanvar 1969-cu ildə Bakı şəhərində doğulmuşdur. 1976-86-cı illərdə 190 saylı orta məktəbdə təhsil almışdır. Həmin il Krasnokustk Mülki Aviasiya Məktəbinə daxil olur. 1991-ci ildə buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra Hikmət Yevlax hava yollarında ikinci pilot kimi fəaliyyətə başlayır. Hikmət AN-2 təyyarəsi ilə dəfələrlə müharibə gedən əraziyə uçuşlar etmişdi.O, döyüşçülərimizə ərzaq, silah-sursat daşınmasında misilsiz işlər görmüşdü. Cəsur pilot əfsanəvi uçuşlarla hamını heyran qoyurdu… 1991-ci il 29 oktyabr Xocalı rayonunun Xanabad kəndi ərazisində onun idarə etdiyi AN-2 təyyarəsi ermənilər tərəfindən güclü raket atəşinə məruz qalır Hikmət Ətraflı>>>

MURADOV RUSLAN HƏMİD oğlu
27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə burada 10 saylı məktəbi bitirmişdir. Ruslan 1992-ci il 22 yanvar Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir. Elə həmin gün burada qızğın döyüşə girir. Kənd erməni işğalçılarından azad edilir. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşmüşdü yaralıları xilas etmək üçün aparılan əməliyyat nəticə verdi... bu əməliyyatda Ruslan xüsusilə fərqlənmişdi. Ruslan Muradov 1992-ci il 22 avqust Ağdam rayonunun Gülyataq kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Ətraflı>>>

MURTUZƏLİYEV SERGEY MURTUZƏLİ oğlu
1963-cü il 17 noyabr Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olur. Daha sonra Yeysk Ali Hərbi Aviasiya Məktəbində təhsil alır. Sergey polkovnik-leytenant rütbəsi də almışdır. Qəlbi hər an Vətən eşqi ilə döyünən Sergey Qarabağa ilk uçuş edənlərdən biri oldu. O, dəfələrlə döyüş zonasına uçuşlər etmiş, silah-sursat, ərzaq və dinc sakinlərin daşınmasında rəşadət göstərmişdi. Sergey onlarla erməni faşistini məhv etmiş və zirehli texnikasını sıradan çıxarmışdı. Vətən övladının adı dilləri gəzirdi, əfsanəyə çevirilmişdi Sergey. O, havaya qalxanda əvvəlcə təyyarəsini havada oynadar sonra istiqamət alardı hamı onun Segey Ətraflı>>>

MUSAYEV AQİL HÜSEYN oğlu
1974-cü il 3 noyabr Qazax rayonunda anadan olmuşdur. 1981-91-ci illərdə burada təhsil almışdır. Daha sonra 117 saylı texniki-peşə məktəbində sürücülük peşəsinə yiyələnib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Bir müddət təlim keçdikdən sonra Aqili Ağdam cəbhəsinə göndərdilər. Qaynar döyüş meydanlarında vuruşan Vətən övladı ölümün gözünə dik baxaraq rəşadətlə vuruşurdu. Daha sonra Aqil Füzuli istiqmətində gedən döyüşlərin birində yaralanır müalicə olunduğdan sonra isə yenidən səngərə dönür. Aqil Musayev 1994-cü il 5 oktyabr Gəncə hadisələri zamanı dövlətimizə qarşı gələn, silaha sarılan dəstənin zərərsizləşdirilməsi zamanı qəhrəmancasına Ətraflı>>>

MUSAYEV FƏXRƏDDİN MUSA oğlu
30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olmuşdur. 1964-1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri Ətraflı>>>

MUSTAFAYEV ALI MUSTAFA oğlu
14 aprel 1952-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-1973-cü illərdə hərbi xidmətdə olmuşdur. 1976-cı ildə hazırki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başlayır. Cəsur jurnalist dəfələrlə qynar döyüş nöqtələrinə getmiş reportajlar hazırlamışdı. Alı bir neçə dəfə vertolyot qəzasına düşsə də, ölümün gözünə dik baxaraq Qarabağa gedər, müxtəlif döyüş bölgələrindən reportajlar hazırlayardı. 20 Ətraflı>>>

MUSTAFAYEV ÇİNGİZ FUAD oğlu
www.chingizmustafayev.com

29 avqust 1960-cı ildə Həştərxan vilayətinin Vladimir rayonunda hərbçi ailəsində dünyaya gəlmişdir. 1964-cü ildə ailəsi ilə Bakıya köçmüşdür. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirən Çingiz Azərbaycan Tibb İnstituna daxil olur. 1983-cü ildə təhsilini başa vurur və təyinatla Dəvəçi rayonunda üç il həkim işləyir. Çingiz həkim olsa da jurnalistikaya böyük həvəsi vardı. 1990-cı il 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi... Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri Çingiz lentə almışdır. 1991-ci ildən isə həyatını jurnalistikaya tam bağladı. Çingiz Mustafayev “215-KL” studiyasının yaradıcısı oldu. Bu proqramda döyüş Ətraflı>>>

MÜRSƏLOV VÜQAR MİRƏZBƏR oğlu
10 mart 1963-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. 1980-cı ildə burada 1 saylı məktəbə getmiş, məktəbi bitirdikdən sonra təhsilini Bakıdakı 67 saylı məktəbdə davam etdirmişdir. Daha sonra hərbi xidmətə çağırılır. Belorusiyada xidmət edən Vüqar Qvardiya baş çavuşu, tankçı kimi tanınmışdır. 1984-cü ildə ordudan tərxis edilir. Vüqar 1991-ci ildə polis bölüyünə yazılaraq könüllü döyüşlərə atılır Azərbaycanımızın hər qarış torpağı üçün hər an canından keçməyə hazır olan cəsur döyüşçü Füzuli, Xanlar, Laçın, Şuşa, Goranboy cəbhələrində xeyli erməni yaraqlısını məhv etmişdi. 9 iyun 1992-ci il erməni faşistləri Tərtər rayonunun Cəmilli kəndi ditiqamətdə Ətraflı>>>

MÜSLÜMOV VALEH ƏLİZAİD oğlu
2 sentyabr 1968-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1975-ci ildə Lerik rayonunda 2 saylı orta məkətəbə getmiş, 1983-cü ildə səkkizinci sinfi bitirmişdir. 1986-88-ci illərdə hərbi xidmətə olmuşdur. 1991-ci ildə könüllü olaraq müharibədə iştirak etmək üçün DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsinə yazılır. Şuşa, Xocalı, Tovuz və Qubadlıda şərəfli döyüş yolu keçmişdir. Füzuli rayon ərazisində ermənilərin mühasirəsində olan cəsədlərin çıxarılmasına həyatı bahasına riskə gedir. 1992-ci il 4 aprel ermənilər Marquşevan kəndinə xeyi texnika ilə hücum etmişdilər... Valeh döyüşdə ən öndə idi, o, həm faşistlərə qarşı vuruşur, həm də yaralıları döyüş meydanından çıxarırdı...bu Ətraflı>>>

MƏDƏTOV FARİZ ƏLÖVSƏT oğlu
18 aprel 1972-ci il Yevlax rayonunda anadan olmuşdur. 1979-89-cu illərdə burada təhsil almışdır. 1990-92-ci illərdə hərbi xidmətdə olmuşdur. O, xidmətini başa vurub qayıtdığı zaman Qarabağ müharibəsi artıq başlamışdı. Milli Ordu sıralarında döyüşlərə girir. İlk döyüşü Qubadlı rayonunun Başarat kəndində olur. Sonra onu Füzuli rayonuna göndərirlər. Yağlavənd, Tuğ, Horadiz kəndlərində qaynar döyüşlərə atılır. Fariz bu döyüşlərdə əsl qəhrəmanlıq səhifələri yazdı. Daha sonra Kəlbəcər və Goranboy rayonlarında döyüşlərə girir. Fariz xeyli erməni yaraqlısını şəxsən özü məhv edir. 1994-cü il Tərtər rayonunun Tonaşen kəndi uğrunda gedən döyeşlərdə yaralamır. Ətraflı>>>

MƏMMƏDOV MÖVSÜM ŞAHİN oğlu
1967-ci il 6 iyun Xocalı şəhərində anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurur. 1985-87-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır. Mövsüm 1992-93-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli quldur məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını bitirmişdir. Polis mayorudur, Şuşa rayon Polis Şöbəsində çalışır.
Ətraflı>>>

MƏMMƏDOV SAHİL ƏLƏMDAR oğlu
1964-cü il 25 fevral Qərbi Azərbaycanın Uluxanlı rayonunda anadan olmuşdur. Sahil 6 yaşında əmisi ilə Bakı şəhərinə gəlir. 1971-81-ci illərdə Bakıxanov qəsəbəsindəki 96 saylı məktəbdə təhsil almışdır. 1982-ci il ordu sıralarına çağırılır. 1982-ci il ordudan tərxis edilir. 1983-cü il SSSR DİN-nin Ali Siyasi Məktəbinə daxil olur. 1987-ci ildən Ukraynada xidmətə başlayır. 1988-ci ildə ermənilər azərbaycanlıları Qərbi Azərbaycandan deportasiya etdikləri vaxt o, məzuniyyətlə Vətənə dönür ailəsini Bakı şəhərində yerləşdirib yenidən Ukraynaya qayıdır. Qarabağ müharibəsində iştirak etmək üçün bir neçə dəfə tərxis edilməsi haqqında müraciətlər etsə də cavab almır. 1992-ci il Ətraflı>>>

İBRAHİMOV MÜBARİZ AĞAKƏRİM oğlu
İbrahimov Mübariz Ağakərim oğlu 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. 1994-2005-ci illdərdə Biləsuvar rayon Əliabad kənd Malik Piriyev adına orta məktəbdə təhsil alıb. 20 aprel 2006-cı ildən 2007-ci ilin oktyabr ayına kimi həqiqiq hərbi xidmətdə olub Ətraflı>>>

NAĞIYEV DİLQƏM HEYDƏR oğlu
24 iyun 1975-ci il Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 69 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü il 7 avqust Milli Ordu sıralarında çağırılır. Bakıdakı “N” saylı hərbi hissədə təlim keçdikdən sonra isə Füzuli cəbhəsinə göndərilir. Dilqəm Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Kürdmahmudlu kəndlərində rəşadətlə vuruşmuş, erməni qəsbkarlarının xeyli canlı qüvvəsini məhv etmişdi. Komandirləri onun bu bacaracağlarını qiymətləndirərək ona çavuş rütbəsi vermişdilər. 1994-cü il Ətraflı>>>

NƏCƏFOV FƏXRƏDDİN VƏLİYƏDDİN oğlu
1967-ci il 31 mart Bakı şəhərində doğulmuşdur. 1984-cü ildə Nəsimi rayonundakı 19 saylı məktəbi bitirmişdir. 1985-87-ci illərdə hərbi xidmətdə olmuşdur. Vətənə döndükdən sonra DİN-nin Yanğından Mühafizə İdarəsinə işə qəbul olunur. 1990-cı ildə 14 saylı Yanğından Mühafizə İdarəsinə rəis təyin olunur. 1991-ci ildə könüllü olaraq Qarabağa gedir. Fəxrəddinin ilk döyüşü Goranboy rayonunda olur. Bir müddət sonra isə onu Ağdamda bölük komandiri təyin edirlər. Həmin vaxtlarda Ağdamda qızğın döyüşlər gedirdi. Azərbaycana məxsus ermənilər tərəfindən vurulmuş Ətraflı>>>

NƏCƏFOV YUNİS İSA oğlu
31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1975-ci ildə Xanlar rayonunda məktəbə getmişdir. 1985-ci ildə Goranboy rayonunda məktəbi bitirmişdir. Yunis Bakı Hərbi Ali Komandirlər Məktəbinə daxil olur daha sonra isə Çelyabinsk Tank Məktəbində təhsilini davam etdirir. 1989-cu ildə leytenant rütbəsi alır və qulluğa başlayır. 1990-cı il 20 Yanvar hadisəsi ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılır. Vətənimizin cəsur oğlu bütün bunlara baxmayaraq sınmır, əksinə o daha ciddi mübarizə aparmağa başladı... 1991-ci il könüllü olaraq Qarabağ cəbhəsinə gələn Yunis “N” saylı Ətraflı>>>

NƏSİBOV KAMİL BALƏDƏ oğlu
8 oktyabr 1946-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirir və ordu sıralarına çağırılır. Üç ildən sonra ordudan tərxis edilir və Vətənə qayıdır. 1973-cü ildə Azərbaycan Politexnik İnstituna daxil olur. 1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qalırdı...Kamil könüllü özünümüdafiə bölüyü yaradır və bu bölüyün komandiri olur. 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəy, Xanalılar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdi. Kamil döyüşçülərlə kəşfiyyata çıxar, əhəmiyyətli məlumatlar əldə edərdi. 29 iyun Ətraflı>>>

NƏSİBOV MƏRİFƏT ƏHMƏD oğlu
22 may 1972-ci il Qazax rayonunda anadan olmuşdur. 1979-89-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır. İlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci ildə yanvar ayının 28-i Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu. Ətraflı>>>

NƏSİROV YALÇIN CANHƏSƏN oğlu
23 yanvar 1976-cı ildə Astara rayonunda anadan olmuşdur. 1982-92-ci illərdə burada təhsil almışdır. 1994-cü il 19 aprel Milli Orduya çağırılır. Tərtər və Şamaxı rayonlarında qulluq edən Yalçın verilən tapşırıqları layiqincə yerinə yetirirdi. O, Vətənimizi azad və bütöv güclü görmək arzusu ilə yaşayırdı. 1995-ci il mart hadisələri baş verdi... 13-17 mart günlərində dövlət çevirilişinə cəhd edən dəstə Rövşən Cavadovun başçılığı ilə şərəfsizcə öz qan qardaşlarına tətik sıxmaqdan belə çəkinmədi...bu dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralandı xeyli qan itirmişdi mart ayının 24-ü o, aldığı Ətraflı>>>

NƏSRƏDDİNOV RAFİQ HÜSEYN oğlu
18 mart 1961-ci il Bakı şəhərində dənizçi ailəsində dünyaya gəlmişdir. 1968-78-ci illərdə Nərimanov rayonundakı 39 saylı məktəbdə təhsil almışdır. 1979-cu ildə hərbi xidmətə çağırılmışdır. 1981-ci ildə tank qoşunlarında xidmətini başa vurur və Bakı Dövlət Universitetinə daxil olur. 1987-ci ildə buranı müvəffəqiyyətlə bitirir. 1992-ci ildə Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılır. Təcrübəli döyüşçü olması cəbhədə onun işini nisbətən asanlaşdırırdı. Erməni quldurlarını dəfələrlə ağır itkilərə məruz qoymuşdu. Bu kimi üstünlükləri nəzərə alınaraq Rafiq tank Ətraflı>>>

NƏZƏRLİ HİKMƏT BABA oğlu
7 mart 1966-cı ildə Bakı şəhərində doğulmuşdur. 1973-cü ildə Xətai rayonundakı 27 saylı məktəbə getmiş sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar Daşkəndə köçmüşdür. 1982-ci ildə yenidən Bakıya qayıdır. 1984-cü ildə hərbi xidmətə çağırılımışdır. Gürcüstanda hərbi xidmətdə olan Hikmət 1986-cı ildə ordudan tərxis edilir. O, DİN-nin yanğından mühafizə idarəsinə işə qəbul olunur. Qarabağda ermənilərin törətdikləri vəhşiliklərə dözə bilməyən Hikmət könüllü olarq orduya yazılır. Ağdamda şərəfli döyüş yolu başlayır. Umudlu kənd sakinlərinə kömək edərkən yaralanır müalicə Ətraflı>>>

NİFTƏLİYEV CƏMİL SƏMƏDXAN oğlu
5 oktyabr 1968-ci ildə Yardımlı rayonunda anadan olmuşdur. 1975-ci ildə Bakının Lökbatan qəsəbəsinə köçmüşlər. Burada 233 saylı məktəbə getmişdir. 1986-cı il 11 oktyabr hərbi xidmətə çağırılmışdır. Özbəkistanda snayperlik kursunu bitirdikdən sonra Əfqanıstan müharibəsinə göndərilir. 1989-cu ildə ordudan tərxis edilir və Cəmil Vətənə dönərək Səbail rayonunda Yanğından Mühafizə İdarəsinə daxil olur. Vətənin dar günləri idi...Cəmil könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etdi və 10 mart 1992-ci il onun döyüş yolu başladı. Cəmil peşəkar atıcı olduğu üçün erməni quldurlarını ağır itkilərə məruz Ətraflı>>>

NOVRUZOV ƏLƏSGƏR XANLAR oğlu
1 avqust 1949-cu ildə Laçın rayonunda anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini bitirmişdir. 1968-70-ci illərdə Ermənistan Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1979-cu ildən Xocalıya köçmüş və burada müəllim olaraq işə başlamışdır. 1988-ci illərdə ermənilərin azğınlaşdığını görən Ələsgər müəllim 30-40 nəfərdən ibarət dəstə düzəldərək dinc sakinləri erməni vəhşiliklərindən qoruyurdu. 1992-ci il Xocalı soyqırımı zamanı hamının müəllim kimi tanıdığı Ələsgər qəhrəman Ələsgərə çevirilmişdi onlarla sakini xilas edən Vətənin Ətraflı>>>

NURİYEV ELNUR EYVAZ oğlu
22 avqust 1975-ci ildə Zəngilan rayonunda dünyaya göz açmışdır. 1982-92-ci illərdə burada kənd orta məktəbində təhsil almışdır. Elnur 1993-cü ildə Milli Ordu sıralarına çağırılır. Bir müddət təlim keçdikdən sonra cəbhəyə göndərildi. O, Füzuli rayonunun Kürdmahmudlu, Alxanlı kəndlərində rəşadətlə vuruşmuşdur. Elnur minaaxtaranlar bülüyünə komandir təyin edilmişdi. Tərtər cəbhəsində ermənilər güclü əks hücuma keçərək bir neçə kəndi işğal etmişdilər...Elnur bölüyü ilə həmin əraziyə göndərildi. Qapanlı, Seysulan kəndləri azad edildi buradakı döyüşlərdə Elnur şücaət göstərərək Ətraflı>>>

OCAQVERDİYEV SƏRXAN SURXAY oğlu
16 iyul 1967-ci il Goranboy rayonunda doğulmuşdur. 1985-ci ildə Tatarlı kənd orta məktəbini bitirdikdən sonra Xabarovsk şəhərində hərbi xidmətdə olmuşdur. 1988-ci ildə xidmətini başa vurub Vətənə dönür. 1992-ci il 10 yanvar Goranboy rayonunda könüllü özünümüdafiə batalyonlarından birinə yazılır. Sərxan Şəfəq, Zeyvə, Tap-Qaraqoyunlu kəndləri uğrunda gedən qanlı döyüşlərdə iştirak edir. Az müddətə o, xeyli erməni quldurunu məhv etmişdi. 5 may 1992-ci il Talış kəndinə hücum edən ermənilərə qarşı ölüm dirim savaşına girən Vətən oğlu son nəfəsinəcən döyüşərək Ətraflı>>>

ORUCOV VƏZİR SURXAY oğlu
26 dekabr 1956-cı ildə Tərtər rayonunda anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1975-77-ci illərdə hərbi xidmətdə olmuşdur. 1984-cü il Rusiyanın Arxangelsk vilayətinə köçmüşüdür. 1992-ci ildə Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq Vətənə dönür. 1992-ci il 4 may Tərtər özünümüdafiə batalyonlarından birinə daxil olur. Vəzir sıravi döyüşçü olduğu halda komandir müavini vəzifəsinəcən yüksəlmişdi. Döyüşdən əvvəl düşmənin arxasına keçər canlı qüvvə və texnika haqqında dəqiq məlumatlarla geri dönərdi. Vəzir Orucov Marquşevan, Drombon, Levonarx, Madagiz, Sərsəng Ətraflı>>>

PAŞAYEV BAXŞEYİŞ XANƏHMƏD oğlu
1 may 1936-cı ildə Ağdam rayonunda anadan olmuşdur. Burada məktəbi bitirdikdən sonra Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. 1988-ci illərdə Qarabağda vəziyyət pisləşmişdi... Əli və Bəxtiyarın ölümündən sonra Baxşeyiş xalq hərəkatına qoşulur...Daha sonra həyatını cəbhə ilə bağlayan Baxşeyiş döyüşçülərə silah sursat çatdırar, dinc sakinlərin təhlükəsizliyi üçün həyatı bahasına risklər edərdi. Baxşeyiş “Qarabağ Müdafiə Şahinləri” dəstəsinin ən fəal üzvlərindən idi. Xramort kəndinin erməni təcavüzkarlarından təmizlənməsində xüsusi fərqlənmişdi. “Ağsaqqal” ləqəbi ilə tanınan Baxşeyiş peşəkar atıcı olduğundan quldurların xeyi canlı qüvvəsini Ətraflı>>>

POLOVİNKO RUSLAN ALEKSANDROVİÇ
21 oktyabr 1969-cu il Xarkov vilayətnində anadan olmuşdur. 1987-ci ildə Sızran Ali Hərbi Təyyarəçilər məktəbinə daxil olur. Ali məktəbi bitirdikdən sonra 1991-ci ildə Naxçıvan şəhərində “N” saylı hərbi hissəyə göndərilir. Azərbaycan Hərbi Hava Qüvvələri yaradılanda o, xidmətini Bakı Əlahiddə Vertolyot Eskadrilyasında davam etdirir. Ruslan 1991-ci ildən ermənilərin Qarabağda törətdiklər vəhşiliklərə qarşı əməliyyatlarda iştirak etməyə başladı. Azərbaycanın erməni millətçiləri, faşistləri tərəfindən hücumlara məruz qalması məlum məsələ idi, onlar silahsız günahı olmayan insanları Ətraflı>>>

RAMAZANOV ŞAMİL AĞASƏF oğlu
19 yanvar 1976-cı ildə Ağsu rayonunda anadan olmuşdur. 1983-93-cü illərdə burada orta məktəbdə təhsil almışdır. 19 mart 1994-cü ildə Ağsu rayonunda hərbi xidmətə çağırılır. Gəncə şəhərindəki “N” saylı hərbi hissədə təlim keçən Şamil komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirir, tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1995-ci il məlum 13-17 mart hadisələri baş verdi, silahlı dəstənin zərərsizləşdirilməsi zamanı cəsur əsgər qəhrəmancasına həlak oldu.
Ətraflı>>>

RƏFİYEV FAİQ QƏZƏNFƏR oğlu
22 fevral 1955-ci il Füzuli rayonunda anadan olmuşdur. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirmişdir. 1973-75-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. 1990-cı il 20 Yanvar hadisəsindən sonra DİN-ə müraciət edir. Təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili göndərilir. Faiqin həyatının ən narahat günləri beləcə başlamış oldu...Dəfələrlə qaynar döyüşlərə girər şücaətlə Vətənin hər qarış torpağı uğrunda qəhrəmancasına vuruşardı. Dinc əhalinin təhlükəsizliyini təmin edərdi. Axullu, Tuğ, Qaradağlı kəndlərində əsl qəhrəmanlıq göstərmişdi. Ətraflı>>>

RƏHİMOV CAVANŞİR İZZƏT oğlu
5 iyun 1973-cü ildə Qax rayonunda dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı Suraxanı rayon 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddər təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Daha sonra könüllü Ətraflı>>>

RƏHİMOV KOROĞLU İSMAYIL oğlu
31 oktyabr 1953-cü ildə Oğuz rayonunda dünyaya göz açmışdır. 1960-cı ildə Yaqublu kənd orta məktəbinə getmişdir. 1961-ci ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar rayonuna köçmüşdür. Burada təhsilini başa vurduqdan sonra isə 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstituna daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Almaniyada hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayır. Qəlbi Vətən eşqi ilə döyünən Koroğlu, Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart Milli Ordu sıralarına yazıldı. 1992-ci il 30 Ətraflı>>>

RÜSTƏMOV FÜZULİ SALAH oğlu
25 dekabr 1965-ci il Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır. Qəlbi daima Vətən eşqi ilə dou olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni posyuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verildi. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla Ətraflı>>>

RÜSTƏMOV HİDAYƏT ELDAR oğlu
19 avqust 1970-ci ildə Ağdam rayonunda anadan olmuşdur. Burada orta məktəbi bitirən Hidayət daha sonra texniki-peşə məktəbində təhsilini davam etdirir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayon Daxili İşlər Şöbəsinin post-patrul alayına daxil olur. Vətənimizin cəsur övladı qaynar döyüşlərə girərdi. Şərəfli döyüş yolu keçən Hidəyət bu yolda çox yürüyə bilmədi...23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət qəfil Ətraflı>>>

RÜSTƏMOV MƏZAHİR İZZƏT oğlu
2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirmişdir. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpağ, qeyrət, namus hissləri ilə yaşayan Ətraflı>>>

RZAYEV CANBULAQ YAQUB oğlu
1968-ci il 26 fevral Ağdam rayonunda anadan olmuşdur. Burada Əhmədavar kənd orta məktəbini bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılan Canbulaq raket qoşunlarında xidmət etdi və leytenant rütbəsi almışdı. Qarabağ müharibəsi başlayanda o, könüllü olaraq Vətənə döndü. Xramort, Xanabad, Əsgəran, Qarakənd uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşurdu. 26 fevral 1992-ci il Xocalıdan gələn xəbər ona yaman təsir etmişdi...erməni vəhşiləri Xocalı şəhərində Rusiyaya məxsus 366-cı moto-atıcı alayla birlikdə dinc sakinləri vəhşicəsinə öldürür, uşaqların körpələrin başlarını kəsir, evləri Ətraflı>>>

RZAYEV QASIM QARA oğlu
5 may 1970-ci il tovuz rayonunda anadan olmuşdur. 1987-ci ildə burada məktəbi bitirən Qasım sürücülük peşəsinə yiyələnir. 1988-ci il hərbi xidmətə çağırılır. Ukrayna Respublikasında artilleriya hissəsində xidmət edən qasım dəfələrlə mükafatlandırılmışdı. 1990-cı ildə xidmətini başa vuran Qasım Vətənə dönür. Könüllü özünümüdafiə batalyonlarından birinə yazılır, beləliklə onun döyüş yolu başlayır. Sonra Milli Ordunun ilk əsgəri kimi Muncuqlu, Ağdam, Hacallı kəndlərinin müdafiəsində mərdliklə vuruşmuşdu. Qasım idarə etdiyi avtomobilə mərmiatan qurğu qoşaraq düşmənin başına od ələyirdi...Qasımın bu kimi əlamətləri hamını heyrətləndirmişdi. 1992-ci il 11 Ətraflı>>>

RZAYEV RÖVŞƏN ABDULLA oğlu
15 oktyabr 1969-cu ildə Bakı şəhərinin Sahil qəsəbəsində doğulmuşdur. 1986-cı ildə buradakı 253 saylı orta məktəbi bitirərək Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1992-ci ildə Milli Orduya yazılan Rövşən tez-tez cəbhəyə getməyə başladı. O, “N” saylı bölüyün “N” saylı alayına komandir təyin edilmişdi. Rövşən Ağdamın Pircamal, Aranzəmin, Şelli, Naxçıvanik, Papravənd kəndlərində düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. 1992-ci ildə Naxçıvanik kəndində gedən döyüş zamanı ağır yara almasına baxmayaraq döyüşçü dostlarını tək qoymur, hədda neçə-neçə Ətraflı>>>

SALAHOV ŞAKİR ŞAMİL oğlu
15 iyun 1966-cı ildə Xocalıda anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılır. 1986-cı ildə xidmətini başa vurur və Xankəndi Daxili İşlər Şöbəsinə işə qəbul olunur. Qarabağ müharibəsinin cəsur döyüşçüsü ilk günlərdən erməni yaraqlılarının hücumlarının qarşısını məharətlə alırdı. 1991-ci il 26 fevral ermənilər Cəmilli kəndinə hücum edəndə Şakir neçə-neçə qulduru məhv etmişdi. 1991-ci il 23 avqust erməni quldurları Kosalar-Cəmilli kəndləri arasındakı “Darlı” adlanan yerdə “UAZ” markalı maşını atəşə tutdular. Bu hadisə zamanı üç nəfər şəhid Ətraflı>>>

SARIYEV ZAUR RƏŞİD oğlu
1974-cü il 28 iyun Şəmkir rayonunda anadan olmuşdur. 1981-89-cu illərdə burada təhsil almışdır. 1993-cü il 6 iyul Zaur hərbi xidmətə çağırılır. Zaur “N” saylı hərbi hissədə qısa vaxt ərzində təlim alaraq cəbhəyə göndərildi. Cəsur döyüşçü Füzuli, Ağdam, Kəlbəcər, Murovdağ cəbhələrində rəşadətlə vuruşaraq hər kəsi özünə heyran qoymuşdu. 1994-cü ilin sərt qışı idi...Zaur döyüşçü dostları ilə Murovdağ istiqamətində kəşfiyyat əmri alır. Döyüşçülər bu əməliyyat zamanı mühasirəyə düşürlər, 13 gün sonra xeyli erməni yaraqlısını məhv edən əsgərlər mühasirədən çıxdılar. Zaurun əl-ayağı Ətraflı>>>

SAYADOV MEHMAN QƏZƏNFƏR oğlu
1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunda anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır. 5 noyabr 1992-ci ildə “Azərbaycan Qarabağı” adlı könüllü Ətraflı>>>

SENYUŞKİN SERGEY ALEKSANDROVİÇ
15 sentyabr 1957-ci il Rusiyanın Samara vilayətində anadan olmuşdur. 1974-cü il Sızran şəhər orta məktəbini bitirmişdir. Sonra burada Politexnik İnstutuna daxil olur. 1975-ci ildə təhsilini Ali Hərbi Təyyarəçilər Məktəbində davam etdirir. 1979-cu ildə bu məktəbi müvəffəqiyyətlə bitirir. Sergey Mİ-8 və Mİ-24 vertolyotlarının uçuş proqramını profesional səviyyədə öyrənmişdi. 1 fevral 1992-ci il həyatanını Azərbaycanla bağlayan Sergey “N” saylı hərbi hissəyə komandir təyin edilmişdi. Azərbaycan Hərbi Hava Qüvvələrinin yaradıcılarından hesab olunan Sergey mülki təyyarəçilərə hərbçi Ətraflı>>>

SERYOGİN VİKTOR VASİLYEVİÇ
23 mart 1944-cü ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuşdur. 1986-cı ildə Kremençuq Mülki Aviasiya Məktəbini bitirdikdən sonra Zabrat Əlahiddə Aviasiya Dəstəsinə məxsus Mİ-2 vertolyotuna pilot təyin edilmişdi. Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında onun böyük xidməti olmuşdur. Dəfələrlə ordenlərlə təltif olunmuşdu. Qarabağ müharibəsində adı hər kəsə məlum olan Viktor sərrast atəşlərlə erməni işğalçılarının zirehli texnikalarını sıradan çıxarar, erməni yaraqlılarının postlarına od ələyərdi. Dəfələrlə atəşə tutulmasına baxmayaraq vertolyotu Ətraflı>>>

SEYİDOV MƏHƏRRƏM MİRƏZİZ oğlu
7 sentyabr 1952-ci ildə Şərur rayonunda anadan olmuşdur. 1969-cu ildə burada N.Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı Xüsusi Milis Məktəbibini də bitirmişdi. Milis kapitanı Məhərrəm Şərur rayonunda baş inspektor işləyirdi. 1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni yaraqlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Daxili İşlər Şöbəsi məlumatı alan kimi polis işçilərini hadisə yerinə Ətraflı>>>

SEYİDOV MİRƏSGƏR MİRABDULLA oğlu
6 fevral 1970-ci ildə Babək rayonunda anadan olmuşdur. 1987-ci ldə Naxçıvan şəhər 39 saylı orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. “Dənizdən-dənizə böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin işğalçılıq siyasəti Naxçıvanda da yan keçmədi...Mirəsgər könüllü olaraq Babək rayonunun Buzqov kənd özünümdüdafiə batalyonunda vuruşurdu. Cəsur döyüşçü qaynar döyüşlərə girər, erməni yaraqlılarının xeyli canlı qüvvəsini məhv edərdi. Dəfələrlə döyüşçü dostlarını mühasirədən çıxaran Mirəsgər 1992-ci il Ətraflı>>>

SƏDİYEV VƏZİR İSA oğlu
6 iyun 1961-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olmuşdur. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olur. O, əfqanıstan müharibəsində iştirak etmişdi. Vəzir Sədiyev yüksək səviyyəli xidmətinə görə mayor rütbəsi də almışdı. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alır. Vəzir Laçın, Qubadlı, Füzuli, Ağdərər rayonlarında gedən döyüşlərdə iştirak etdi. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olmuşdşur. 1993-cü il 19 fevral Aterk kəndi uğrunda gedən döyüşlərdə Ətraflı>>>

SƏFƏROV CƏLİL ƏZİZ oğlu
28 yanvar 1962-ci il Gürcüstan rayonunun Marneuli rayonunda doğulmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. 1969-77-ci illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C.Naxçıvanski adına ali Hərbi Litseyə qəbul edilmişdir. 1980-cı ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. 1984-cü ildən Qzaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləyir, 8 il sonra Azərbaycana qayıdır. Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra burada qalır. Ətraflı>>>

SƏFƏROV SƏRDAR MƏDƏD oğlu
12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSSR-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır. 1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində “QAZ-53” markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının Ətraflı>>>

SƏLİMOV ARAZ BAHADIR oğlu
1 iyun 1960-cı ildə Xocalı şəhərində doğulmuşdur. 1975-ci ildə burada orta məktəbin səkkizinci sinfini bitirmişdir. 1978-ci ildə hərbi xidmətə çağırılmışdır. 1980-ci ildə ordudan tərxis edilir və doğma yurdu Xocalıya qayıdır. Burada tərəvəzçilik sovxozunda işləməyə başlayır. 1988-ci illərdən başlayaraq ermənilərin millətçilik və işğalçılıq siyasəti geniş vüsət almağa başlayanda Araz könüllü olaraq Xocalı özünümüdafiə batalyonlarından birinə yazıldı. Cəsur döyüşçü dəfələrlə qaynar döyüşlərə girmişdi. Araz 1992-ci il 26 fevral Xocalı faciəsi zamanı son gülləsi qalana qədər vuruşdu. Ətraflı>>>

SƏMƏDOV PƏRVİZ ƏBDÜLƏHƏD oğlu
5 may 1970-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1977-1985-ci illərdə Gəncədəki 1 saylı orta məktəbdə təhsil almışdır. 1988-ci ildə orduya çağırılır Çitada iki il xidmət etdikdən sonra isə vətənə dönür. Bir müddət burada Toxuculuq Kombinatında işləyir. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi Vətən övladı kimi Pərvizi də narahat edirdi. O, könüllü olaraq 22 fevral Ağdam cəbhəsinə gəlir və komandir təyin edilir. Şelli, Pircamal, Naxçıvanik, Aranzəmin kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdu. Pərviz kəşfiyyat hissəsinə başçılıq edirdi onun sayəsində erməni yaraqlılarının Ətraflı>>>

SLESARYOV MİXAİL ALEKSANDROVİÇ
1955-ci il 8 may Rusiyanın Smolensk şəhərində doğulmuşdur. 1970-ci ildə 4 saylı məktəbi bitirir. 1971-ci ildə traktorçu işləməyə başlayır. 1975-ci ildə hərbi xidmətə çağırılır. 1977-ci il xidmətini başa vurur. Həmin il Tbilisi Gizirlər Məktəbinə daxil olur. 7 yanvar 1999-cu il Qobustan təcridxanasında xidmətini yerinə yetirirdi. Axşamüstü dustağlar qiyam etdilər. Mixail cəld əməliyyat qrupu yaratdı, silahlı məhbuslar zərərsizləşdirldi. Hazırda Ədliyyə Nazirliyinin “N” saylı hərbi hissəsində taqım komandiri vəzifəsində çalışır.

Azərbaycan Respublikası prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Ətraflı>>>

ŞAHBAZOV FƏXRƏDDİN İBRAHİM oğlu
22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. 1957-67-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə ordudan tərxis edilmişdir. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır. 1988-ci ildən başlayaraq ermənilərin Azərbaycanlıları Dağlıq Qarabaq və eləcə də, qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması onu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş Ətraflı>>>

ŞAHBAZOV YAVƏR ƏLİBALA oğlu
1 noyabr 1973-cü ildə Xaçmaz rayonunda anadan olmuşdur. 1981-91-ci illərdə burada orta məktəbdə təhsil almışdır. Vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının diqqətini çəkən Yavər müharibəyə getmək və torpaqlarımızın bütövlüyü uğrunda savaşmaq istəyirdi. 1994-cü il 8 iyun o, öz arzusuna çatdı rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırıldı. Yavər heç düşünməzdi ki, murdar yadelli işğalçılara deyil daxili satqınlara qarşı vuruşacaq. 1995-ci il 13-17 mart hadisələri baş verdi. Silahlı dəstə bir neçə dəfə xəbərdarlığa baxmayaraq silahı yerə qoymadı Ətraflı>>>

ŞAHVERDİYEV İSRAFİL ŞAHVERDİ oğlu
11 iyun 1952-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1959-69-cu illərdə Unannovu orta məktəbində təhsil almışdır. 1971-74-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən o, cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 1991-ci ildə Qladərəsi kəndinin azad edilməsi üçün Ətraflı>>>

ŞAMOYEV FİRUDDİN İSA oğlu
1962-ci il 7 fevral Qazax rayonunda anadan olmuşdur. Orta təhsilini burada almışdır. 1981-83-cü illərdə hərbi xidmətdə olmuşdur. Ermənilərin torpaqlarımıza təcavüzü, onlar tərəfindən törədilən vəhşiliklər onu bərk narahat edirdi. Firuddin 8 iyul 1991-ci ildə könüllülərdən ibarət dəstəyə yazıldı. “N” saylı hərbi hissəyə komandir təyin edilən Firuddin Qazax rayonunun Bağanız Ayrım, Məzəm, Quşçu Ayrım kəndlərinin müdafiəsində iştirak etmişdi. O, düşəmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 13 aprel Quşçu Ayrım kəndi ətrafında gedən Ətraflı>>>

ŞİKAROV ŞİKAR ŞÜKÜR oğlu
3 dekabr 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə 164 saylı orta məktəbə getmiş, 1971-ci ildə 46 saylı orta məktəbi bitirmişdir. Həmin il Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuşdur. 1986-cı ildə Frunze adına Hərbi Akademiyaya daxil olmuşdur. 1989-cu ildə polkovnik-leytenant rütbəsi alaraq Ukraynanın Luqansk şəhərinə hərbi hissə qərargah rəisi göndərildi. 1990-cı il 20 yanvar hadisəsindən sonra Bakıya döndü. 1992-ci il martın əvvəllərində Goranboy cəbhəsinə gəldi. Cəsur döyüşçü burada plan hazırlayaraq rayonun bir sıra kəndlərini azad edə bilir. Daha sonra Ağdərədə apardığı əməliyyat nəticəsində ermənilərin onlarla zirehli Ətraflı>>>

ŞÜKÜROV ŞAHLAR ƏVƏZ oğlu
17 may 1952-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı instutuna daxil olmuşdur. 1972-ci il təhsilini başa vurur və hərbi xidmətə çağırılır. Ordudan tərxis edildikdən sonra Ucar rayon Daxili İşlər Şöbəsində çalışır. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirmişdir. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi almışdı. O, sıx sıx döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ətraflı>>>

TAĞIYEV ŞAHİN TALIB oğlu
3 fevral 1949-cu il Tərtər rayonunda doğulmuşdur. Bakı şəhərinin Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə getmiş və beşinci sinfə qədər burada təhsil almışdır. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirmişdir. Daha sonra Energetika texnikumuna daxil olur. 1969-cu ildə texnikumu bitirir və təyinatla Udmurt vilayətinə göndərilir. Ermənilər torpaqlarımıza hücum edəndə Şahin silaha sarılır. Onun şərəfli döyüş yolu Tərtər, Seysulan, Yarımca bölgələrindən keçir. “Qurtuluş” batalyonunda vuruşan cəsur döyüşçü neçə-neçə erməni quldurunu məhv etmişdi. Ətraflı>>>

TAĞIZADƏ ELDAR ABDULLA oğlu
1963-cü il 6 sentyabr Bakı şəhərində anadan olmuşdur. 1970-80-cı illərdə nəzimi rayonundakı 164 saylı məktəbdə təhsil almışdır. Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyində əməliyyat müvəkklili vəzifəsində çalışırdı. Cəsur polis işçisi tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Ətraflı>>>

TƏHMƏZOV PAŞA QURBAN oğlu
23 mart 1949-cu il Lənkəran şəhərində doğulmuşdur. 1964-cü ildə burada 6 saylı orta məktəbi bitirmişdir. Qarabağ müharibəsi dövründə bəzi daxili satqınlar ölkəni parçalamaq istəyirdilər. Bunlardan biri də, “Talış Muğan Respublikası” xülyası ilə yaşayan Əlikram Hümbətov idi. O, cənub bölgəsində iğtişaşlar törədərək silahlı dəstə ilə günahsız insanları qətlə yetirməkdən belə çəkinmirdi. Azərbaycan prezidenti Heydər Əliyev xalqı birləşməyə çağırdı. Böyük insanın səsinə səs verən xalq, dövlətinə, ökəsinə xəyanət edənlərin qarşısını almaqdan ötürü birləşdi...1993-cü il 23 avqust Lənkəran və ona yaxın olan ərazilərdə könüllü olaraq hərkəs bu silahlı dəstənin Ətraflı>>>

TEYMUROV RİZVAN RƏHMAN oğlu
16 aprel 1967-ci ildə Şuşa rayonunda anadan olmuşdur. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılır, Omsk şəhərində xidmətini başa vurur və Vətənə qayıdır. Rizvan iş üçün 1987-ci ildə Arxangelsk vilayətinə gedir. Qeyrətli vətən oğlu 1990-cı ildə geri dönür. Şuşa rayon Daxili İşlər Şöbəsinin nəznində yaranan polis alayına yazılır. Elə ilk günlərdən də, döyüşlərə atıldı. Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv etmişdi. Ətraflı>>>

YƏHYAYEV ELŞAD MƏMMƏDHƏNİFƏ oğlu
5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdi. 1977-ci ildə ailələri ilə Bakıya köçürlər. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirir. 1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönür. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı. Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu “N” saylı hissəyə taqım komandiri təyin edirlər. Cəsur komandir Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ətraflı>>>

YUSİFOV NAİQ NƏSİR oğlu
5 yanvar 1970-ci ildə Tovuz rayonunda anadan olmuşdur. 1987-ci ildə burada orta məktəbi bitirmişdir. 1988-ci ildə hərbi xidmətə çağırılmışdır. 1990-ci ilin yayında xidmətini başa vuraraq Vətənə dönür. Naiq ordudan gəldiyi zaman artıq elan olunmamış Qarabağ müharibəsi başlamışdı. O, könüllülərdən ibarət dəstələrdən birinə yazıldı. Onun ilk döyüşü “Çənlibel” deyilən yerdə oldu erməni yaraqlıları Ağdam istiqamətində irəliləyirdilər Naiq və onun döyüşçü dostları döyüşə atıldı ermənilər pərən pərən düşdülər və geri çəkildilər. Bu döyüşdən ruhlanan cəsur Naiq 24 mart 1992-ci il Tovuz rayonundakı döyüşlərdə də iştirak edir. Ətraflı>>>

YUSİFOV ROMAN YASƏF oğlu
28 iyul 1973-cü il Dəvəçi rayonunda anadan olmuşdur. 1980-90-cı illərdə buradakı 2 saylı orta məktəbdə təhsil almışdır. 1992-ci ildə Milli Orduya çağırılır. Roman bir müddət Naxçıvan şəhərində təlim keçir, daha sonra onu Sədərək rayonuna göndərirlər. Erməni işğalçıları ata-baba torpağımız olan bu ərazilərə də hücumlar edirdilər. Roman bir neçə dəfə döyüşlərə atılmışdı. 1992-ci il oktyabr ayında o, yaralanır. Müalicə olunduğdan sonra isə “N” saylı hərbi hissədə xidmətini davam etdirirdi. 1995-ci il daxili satqınlar ucbatından ölkədə vəziyyət yenidən pisləşirdi. Ətraflı>>>

YUSİFOV ZAKİR TOFİQ oğlu
29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1974-cü ildə 194 saylı məktəbi bitirir və Sasovski adına Mülki Təyyarəçilik məktəbinə daxil olur. 1977-ci ildə təhsilini başa vurur və Yevlaxda işə başlayır. AN-2 təyyarəsinə komandir təyin edilir. 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirir. Respublika ilk hərbi vertalyot eskadrilyasının yaradılması olduqca çətin bir iş idi. Zakir bu işin öhtəsindən Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə gəldi. Hərbi təlimlər və ardınca Qarabağa uçuşlar... Ətraflı>>>

ZÜLFÜQAROV ELXAN QAÇAY oğlu
29 iyun 1954-cü ildə Füzuli rayonunda anadan olmuşdur. 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı məktəbin səkkizinci sinfini bitirmişdir. Daha sonra Yevlax rayonunda orta təhsilini davam etdirmişdir. 1971-ci ildə texnikuma daxil olur. 1972-ci ildə hərbi xidmətə çağırılır. 1974-cü ildə Ukrayna Respublikasında xidmətini başa vurur və yarımçıq qalmış təhsilini davam etdirir. Elxan 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilir. Milis işçisi olaraq fəaliyyətə başlayır, ona baş leytenant rütbəsi də vermişdilər. Xidmətini dəqiq yerinə yetirdiyi üçün hörmət qazanmışdı. Ətraflı>>>

ZÜLFÜQAROV SAMİR XƏLİL oğlu
3 iyul 1976-cı ildə Dəvəçi rayonunda anadan olmuşdur. Səkkizinci sinfə qədər burada təhsil alan Samir, ailə vəziyyətləri ağır olduğu üçün təhsilini yarımçıq qoyaraq işləmiş, ailələrinə dayaq olmuşdu. 1994-cü il Dəvəçi rayonundan hərbi xidmətə çağırılır. Samir qısa müddətə “N” saylı hərbi hissədə silahların çoxundan istifadə etməyi öyrənmişdi. Nizam intizamı, ciddiliyi ona böyük hörmət qazandırmışdı. Komadirləri bütün bunları nəzərə alaraq Samirə qısa müddətli məzuniyyət verdilər. 1995-ci il mart hadisəsi xəbərini eşidən cəsur əsgər döyüşçü dostlarının yanına qayıtdı. Milli Ordu silahlı dəstəni zərərsizləşdirərkən Samir də əməliyyatda iştirak edirdi. Ətraflı>>>


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Zəngilanlılarla görüşləri

ZəngilanIH

Xəbər  Zəngilan

Cinar TV

Cinar FK




İşğal olunmuş torpaqlarımıza həsr olunmuş saytlar
ÜMUMİ
XANKƏNDİ
XOCALI
ŞUŞA
LAÇIN
XOCAVƏND
KƏLBƏCƏR
AĞDƏRƏ
AĞDAM
CƏBRAYIL
FİZULİ
QUBADLI
ZƏNGİLAN
20 % - (17.000 km2)



Təsisçi:
Novruz Qərib oğlu Məmmədzadə

Əlaqə telefonu:
(+994-50) 379 70 60
(+994-55) 379 70 60
(+994-70) 379 70 60
(+994-77) 379 70 60

E-mail:
novruzgeriboglu@mail.ru
 
© www.zengilan.com 2007-2012