Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Z Ə N G İ L A N
Mənə öyünməyə - Azərbaycanım,
Vəsf etməyə - Zəngilanım bəs eylər.
  |  Baş səhifə   |   Məktub yaz  |   Axtar
www.zengilan.com -------- HƏR AİLƏDƏN BİR DÖYÜŞÇÜ !!!
  · Xəbərlər
  · Ərazi
  · Əhali
  · Tarix
  · Təhsil
  · Ədəbiyyat
  · İdman
  · İqtisadiyyat
  · Hüquq
  · Şəhidlər
  · Milli Qəhrəmanlar
  · Müharibə
  · Tanınmış insanlar
  · Seyyid ocaqlarımız
  · Sənədlər
  · Bannerimiz




ILK-10 Azeri Website Directory

free counters

ZƏNGİLANIN İQTİSADİYYATI


Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və əsasən taxılçılıq, tütünçülük, kartof əkini, meyvəçilik, bostançılıq baramaçılıq inkişaf etmişdi. Rayonda şərab, konserv, mərmər, çınqıl zavodları fəaliyyət göstərirdi. Faydalı qazıntıları: tikinti daşı, əhəng xammalı, susuzlaşdırılmış soda istehsalı üçün əhəng daşıdır. Rayon həmçinin molibden, qızıl, qranit və digər yeraltı ehtiyatlarla da zəngindir.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir və əsasən taxılçılıq, tütünçülük, kartof əkini, meyvəçilik, bostançılıq baramaçılıq inkişaf etmişdi. Rayonda şərab, konserv, mərmər, çınqıl zavodları fəaliyyət göstərirdi. Faydalı qazıntıları: tikinti daşı, əhəng xammalı, susuzlaşdırılmış soda istehsalı üçün əhəng daşıdır. Rayon həmçinin molibden, qızıl, qranit və digər yeraltı ehtiyatlarla da zəngindir.

Zəngilan rayonunda, rayonun işğalına kimi 2 şərab zavodu, 1 konserv zavodu, 1 Çınqıl zavodu 2 asfalt zavodu, 2 toxuculuq kombinatı, 1 kimyəvi təmizləmə sexi, 1 mərmər sexi, 1 barama qəbulu və qurutması məntəqəsi, 1 tütün qəbulu və qurutması məntəqəsi, 4 çörək zavodu, 68 orta məktəb, 46 uşaq baxçası, 39 mədəniyyət evi, 70 kitabxana, 9 muzey kompleksi, 4 musiqi məktəbi, 19 kino-klub, 64 səhiyyə obyekti, 42 rabitə obyekti, 3 teleötrücü və radiostansiya, 2 enerji yarımstansiyası, 1 quşçuluq fabriki, 1 heyvandarlıq kompleksi, 47 məişət evi, 2 ticarət mərkəzi, 2 bazar kompleksi, 12 ictimai iaşə müəssisəsi, 5 su anbarı, 7 nasos stansiyası, 37 körpü, 5 kommunal obyekti, 8 hərbi məqsədli obyekti, 12 dəyirman, 1 avtovağzal, 6 dəmiryol vağzalı, 2 avtobaza, 5 yanacaqdoldurma məntəqəsi, 5 yağ-pendir və süd məhsulları məntəqələri, 1 texniki peşə məktəbi, 22 stadion, 1 "Qotursu" kurort-müalicə kompleksi, 1 neftbaza, poliqrafiya muəssisəsi və digər dövlət əhəmiyyətli obyektlər fəaliyyət göstərmiş, il ərzində 400 min dekalitr ilkin şərab emal edilməklə 1 milyon şərti banka konserv istehsalı olmuşdur.
Zəngilan rayonu ərazisində 256 km uzunluğunda I kateqoriyalı dövlət avtomobil yolu, 78 km uzunluğunda II kateqoriyalı avtomobil yolu və 89 km uzunluğunda III kateqoriyalı avtomobil yolları mövcud olmuşdur. Rayon ərazisindən İmişli -Laçın magistral şosesi keçirdi.Rayonun ərazisindən keçməklə respublikanın paytaxtını Naxçıvan MR-ı və Ermənistanla birləşdirən dəmiryol xəttinin rayon ərazisindəki uzunluğu 110 km olmaqla 27 dəmir yol körpüsünün üzərindən keçmiş, 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərmişdir

Rayonda 5 kolxoz, 9 sovxoz var idi (1979). Kənd təsərrüfatına yararlı torpaqları 33.0 min ha-dır (1978). Bunun 6.3 min ha-rı şum yeri, 4.4 min ha-rı çoxillik bitkilər, 2.7 min ha-rı dincə qoyulmuş torpaq, 0.3 min ha-rı biçənəklər, 19.3 min ha-rı otlaqlardır. Suvarılan torpaqlar 3.9 min ha-dır. 5.4 min ha əkin sahənin 46%-də dənli və dənli paxlalı (əsasən, buğda və arpa), 7%-də texniki (tütün), 2%-də tərəvəz-bostan bitkiləri və kartof, 45%-də isə yem bitkiləri əkilirdi. Tütünçülük və üzümçülük inkişaf etdirilirdi. Rayonda şərabçılıq sənayesi, istehsalat-aqrar birliyi yaradılmışdı. Kolxoz və sovxozlarda 9.9 min ha üzümlük var idi. 1979-cu ildə 0.8 min t tütün, 6.6 min t üzüm istehsal edilmişdi. Kolxoz və sovxozlarda 7.3 min qaramal (o cümlədən 1.7 min inək və camış), 21.2 min davar var idi (1979).


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Zəngilanlılarla görüşləri

Xəbər  Zəngilan




XANKƏNDİ
XOCALI
ŞUŞA
LAÇIN
XOCAVƏND
KƏLBƏCƏR
AĞDƏRƏ
AĞDAM
CƏBRAYIL
FİZULİ
QUBADLI
ZƏNGİLAN
20 % - (17.000 km2)



Təsisçi:
Novruz Qərib oğlu Məmmədzadə

Əlaqə telefonu:
(+994-50) 379 70 60
(+994-55) 379 70 60
(+994-70) 379 70 60

E-mail:
novruzgeriboglu@mail.ru
 
© www.zengilan.com 2007-2010.