Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Z Ə N G İ L A N
Mənə öyünməyə - Azərbaycanım,
Vəsf etməyə - Zəngilanım bəs eylər.
  |  Baş səhifə   |   Məktub yaz  |   Axtar
www.zengilan.com
  · Xəbərlər
  · Ərazi
  · Əhali
  · Tarix
  · Təhsil
  · Ədəbiyyat
  · İdman
  · İqtisadiyyat
  · Hüquq
  · Şəhidlər
  · Milli Qəhrəmanlar
  · Müharibə
  · Tanınmış insanlar
  · Seyyid ocaqlarımız
  · Sənədlər
  · Bannerimiz




ILK-10 Azeri Website Directory

free counters

YÜKSƏK RÜTBƏLİ ZABİTLƏRİMİZ
General Əsədov Məhəmməd Nəbi oğlu 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Statistika texnikomuna daxil olmuşdur.
Əmək fəaliyyətinə Zəngilan rayon Dövlət Statistika Müfəttişliyində inspektor vəzifəsində çalışmaqla başlamışdır. 1961-ci ildə orduya çağırılıb. Əsgəri xidməti başa vurduqdan sonra Sumqayıt şəhərində Sənaye Tikinti Nazirliyinin 21 saylı trestində işləyib. Bir il sonra bu idarədə iqtisadçı, 1967-ci ildən isə həmin trestin 26 saylı tikinti idarəsində plan-iqtisad şöbəsinin rəisi vəzifəsinə təyin edilib. 1968-ci ilin dekabr ayından Sumqayıt şəhər Partiya Komitəsinin sənaye-nəqliyyat şöbəsinin təlimatçısı, 1973-cü ildən həmin şöbənin rəisi, 1975-ci ildən isə təşkilat şöbəsinin rəisi olub. 1978-ci ildə Ağsu rayon Xalq Deputatları Soveti İcraiyyə komitəsinin sədri seçilib. 1983-cü ildə Bakı Ali Partiya məktəbini bitirdikdən sonra Beyləqan rayon Mərkəzi Komitəsinə birinci katib vəzifəsinə təyin edilib. Sonra Azərbaycan KP MK-da inzibati orqanlar şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Sonra Quba rayon Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin olunub. 1991-ci ildə isə Məhəmməd Əsədov Respublika Daxili İşlər naziri vəzifəsinə təyin olunub. Ölümündən bir neçə gün öncə dövlət müşaviri təyin olunmuşdu.
1991-ci ilin 20 noyabrında Dağlıq Qarabağda Qarakənd kəndi səmasında ermənilər tərəfindən vurulan MN 8 hərbi vertalyotunda şəhid olmuşdur.

______________________________________________________________________________________

Polkovnik-leytenant Hüseynov Əfrail Paşa oğlu 1929-cu ildə Zəngilan rayonunun Qırax Müşgülan (Müşlan) kəndində anadan olub. 1946-cı ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olub. 1951-ci ildə Universitetdə təhsilini başa vurub. 1951-ci ilin avqustundan Milli Təhlükəsizliİ İdarəsinə işə qəbul olunub. 34 il Milli Təhlükəsizlk İdarəsində işlədikdən sonra 1985-ci ilin sonunda təqaüdə çıxıb.
Ərəb,fars və rus dillərini mükəmməl bilir.
6 övlad atasıdır.
Əfrail Hüseynov təqaüdə çıxdıqdan sonra elmi yaradıcılığla məşğuldur. “Türkün zühuru”, “Türkün şüuru”, “Fəzilət savaşı”, “Polad paslanmaz”, “Kədər gedər”, “Toponim ekizlər”, “Şaqqar bulaqlar”, “Zəngəzur güzargahlarında”, “Çahargah dostlar”, “KQB-dən cavab”, “1967, Xankəndi, erməni fəsadları” və digər ilkin mərxəzlərə söykənən monumental elmi-fəlsəfi əsərlərin müəllifidir. ______________________________________________________________________________________

0008.jpgPolkovnik-leytenant Süleymanlı Bəxtiyar İbrahim oğlu 29 avqust 1925-ci ildə Zəngilan rayonunun Bartaz kəndində anadan olub. Əmək fəaliyyətinə 1942-ci ilin iyununda başlayıb.Bir neçə ay Bartaz kəndindəki poçt bölməsinin rəisi, 1943-cü ilin mart ayından rayonun Əmirxanlı və Bartaz kəndlərində müəllim işləmişdir. 1944-45-ci illərdə Sovet Ordusunda xidmət etmiş, müharibə iştirakçısı və veteranıdır.BDU-nun hüquq fakultəsini bitirib. 1945-52-ci illərdə Zəngilan rayon hərbi komissarlığında məxfi işlər müdiri və bölmə rəisi vəzifələrində işləmişdir. 1952-87-ci illərdə 35 il fasiləsiz Dövlət Təhlükəsizliyi orqanlarında xidmətdə olmuş, bunun 28 ilini bu orqanın müxtəlif rəhbər vəzifələrində çalışmışdır. 1989-91-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasında aparıcı konstruktor vəzifəsində işləmiş, 1991-96-cı illərdə Bakı Pedaqoji kollecində “Qanunvericiliyin Əsasları” və “İslam hüququ” fənlərindən dərs demişdir. Hazırda hərbi təqaüdçüdür. 1995-ci ildən Mingəçevir şəhərinin fəxri vətəndaşıdır. 1960-2008-ci illərdə müxtəlif qəzetlərdə və kitablarda dərc olunan 100-dən artıq publisistik və “Xatirələr” rublikasına aid irihəcimli məqalələrin və “Yaşatmaq üçün yaşanmış yarımçıq ömür” və “Əbədiyaşarlar” elmi-publisistik kitablarının müəllifidir. Respublika Jurnalistlər Birliyinin üzvüdür.


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Zəngilanlılarla görüşləri

Xəbər  Zəngilan




XANKƏNDİ
XOCALI
ŞUŞA
LAÇIN
XOCAVƏND
KƏLBƏCƏR
AĞDƏRƏ
AĞDAM
CƏBRAYIL
FİZULİ
QUBADLI
ZƏNGİLAN
20 % - (17.000 km2)



Təsisçi:
Novruz Qərib oğlu Məmmədzadə

Əlaqə telefonu:
(+994-50) 379 70 60
(+994-55) 379 70 60
(+994-70) 379 70 60

E-mail:
novruzgeriboglu@mail.ru
 
© www.zengilan.com 2007-2010.