
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilər. Belə bir bəyanatla “Qarabağ münaqişəsinin nizamlanması: real ya qeyri-realdır” mövzusuna həsr olunmuş konfransda britaniyalı ekspert Tomas de Vaal çıxış edib. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında ixtilaf olmasa idi, Azərbaycanla Ermənistanın barışması real olardı.
Tomas rəsmi Bakının danışıqlara meylli olduğunu vurğulayıb. Bununla yanaşı o, müharibə variantının da istisna etmədiyini də bildirib.
Vaalın fikrincə, ATƏT-in Minsk qrupu münaqişəni tək həll etmək iqtidarında deyil: “Avropa Birliyi bu münaqişənin tənzimlənmə prosesinə fəal cəlb olumalıdır. Vəziyyətin kəskinləşəcəyi təqdirdə, Avropa münaqişənin törətdiyi fəsadların aradan qaldırılmasında iştirak etmək məcburiyyətində qalacaq. Çünki Avropa maraqları dedikdə, əsasən enerji daşıyıcılarının tranziti və əldə olunması nəzərdə tutulur. Bütün bunlara baxmayaraq, ictimaiyyətin iştirakı olmadan tərəflər münaqişəni nizamlaya bilməyəcək”.