Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Z Ə N G İ L A N
Mənə öyünməyə - Azərbaycanım,
Vəsf etməyə - Zəngilanım bəs eylər.
  |  Baş səhifə   |   Məktub yaz  |   Axtar
İdman - Boks - Araz Gülməmmədov boks üzrə Avropa birinciliyinin qalibi - Fotoalbom - Zəngilanın kəndləri - Seyidlər kəndi - yeni əlavə olunub
  · Xəbərlər
  · Ərazi
  · Əhali
  · Tarix
  · Təhsil
  · Ədəbiyyat
  · İdman
  · İqtisadiyyat
  · Hüquq
  · Şəhidlər
  · Milli Qəhrəmanlar
  · Müharibə
  · Tanınmış insanlar
  · Seyyid ocaqlarımız
  · Sənədlər
  · Bannerimiz




ILK-10 Azeri Website Directory

free counters

ZƏNGİLANIN ŞAİR VƏ YAZIÇILARI
Məhəmməd bəy Aşiq Zəngilanlı

Məhəmməd bəy Aşiq Behbud bəy oğlu Zəngilanlı 1776-cı ildə Zəngilanda anadan olub. Qarabağ xanlığının ruslar tərəfindən işğalından sonra Naxçıvanın Ordubad rayonuna getmış və ömrünün son illərini orada keçirmişdir. 1861-ci ildə orada vəfat etmişdir.
Məhəmməd bəy şerlərini “Aşiq” təxəllüsü ilə yazmış və müasirləri arasında çox məhşur olmuşdur. Firidun bəy Köçərlinin yazdığına görə, Məhəmməd bəy çox qeyrətli, sədaqətli və savadlı insan olub.
Qarabağ mədəni mühitində Məhəmməd bəyin çox önəmli bir yeri olub. Məhəmməd bəy Aşiqin müasirlərindən Qasım bəy Zakir, Mirzə Həsən Mirzə, Aşıq Pəri, Cəfərqulu xan Nəva və başqaları ilə Ətraflı>>>

Məhərrəm Mahi
Məhərrəm Mahi (Alıyev) Rzaqulu oğlu 1924-cü ildə Zəngilan rayonunun Quyudərə Xəştab kəndində anadan olub. Gilətağ 7 illik və Xocahan orta məktəbini bitirib. Elə həmin il ehtiyac olduğu üçün (Böyük Vətən müharibəsi getdiyinə görə müəllimə ehtiyac var idı) oxuduğu orta məktəbdə dil-ədəbiyyat müəllimi təyin edilib. 1952-ci ildə ali məktəbi bitirib.Qubadlı və Zəngilan rayonlarında müəllim, direktor müavini, direktor və təhsil şöbəsində inspektor işləyib.
Uşaqlıqdan şerə maraq göstərib. Ilk şeri məktəb divar qəzetində verilib. Və o vaxtdan şerlər yazmağa başlayıb. Müəllim işləyəndən sonra şerləri rayon və respublika qəzet və jurnallarında çap olunub. Ətraflı>>>

Hacı Seyid Miriş Bərgüşadlı
Hacı Seyid Miriş Seyid Həsən oğlu Bərgüşadlı (Hüseynov) 1931-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. 1945-ci ildə 7-illik məktəbi, 1948-ci ildə Füzuli pedaqoji texnikomunu, 1953-cü ildə Ağdam Müəllimlər institutunu, 1960-cı ildə Dövlət Pedaqoji İnstitutunu bitirib. Müəllim, məktəb direktoru, rayon xalq maarif şöbəsində metodiki kabinetin müdiri işləyib.
O, “Əməkdar müəllim”, “Qabaqcıl maarif xadimi”, Respublika “Bilik” cəmiyyətinin “Ustad mühazirəçisi”, Əmək veternı fəxri adlarına və SSRİ Maaif nazirliyi, SSRİ Pedaqoji Elmlər Akademiyası, Respublika Maarif nazirliyinin fəxri fərmanlarına layiq görülüb.
Hacı Seyid Miriş Seyid Həsən oğlu Bərgüşadlı Ətraflı>>>

Mürsəl Qocayev
Mürsəl Eyvaz oğlu Qocayev 1926-cı ildə Zəngilan rayonunun Sarallı Xəştab kəndində anadan olub.Gilətağ kənd orta məktəbini bitirib. 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.
1948-1949-cu tədris ilində Qubadlı rayonunda müəllimlik fəaliyyətinə başlayıb. 1953-1955-ci illərdə tədris hissə üzrə direktor müavini işləyib.
1955-ci ildə Qubadlı rayon partiya komitəsində ideoloji şöbənin müdiri, 1957-ci ilin oktyabrından isə “Avanqard” qəzetinin redaktoru təyin olunub. 1963-cü ilinəvvəlinə kimi Azərbaycan Mərkəzi Komitəsi və Azərbaycan Nazirlər Sovetinin həftədə 4 dəfə dərc olunan rayonlararası “Kolxozçu” qəzetinin Qubadlı və Zəngilan rayonları üzrə xüsusi Ətraflı>>>

Əvəz Rzayev
Əvəz Allahyar oğlu Rzayev 1938-ci ildə Zəngilan rayonunun Orta Yeməzli kındində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərində “Qızıl Şərq” mətbəəsində mürəttib peşəsinə yiyələnmiş və rayon qəzetində işə başlamışdır.
1964-cü ildə qiyabi olaraq Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur.
Əvəz Ələkbərov müxtəlif illərdə Xalq Məhkəməsində, rayon komsomol komitəsində müxtəlif vəzifələrdə işləmişdir. “Kənd həyatı” qəzetində adi əməkdaşdan qəzet redaktorluğuna qədər yüksəlmişdir.
Əvəz Ələkbərov respublikanın”Qanun keşiyində”, “Arı”, “Gələcək gün” qəzetlərində redaktor, “Kəndin səsi” qəzetində məsul katib, “Ziyalı” qəzetində redaktor müavini, “Təzə həyat” qəzetinin təsisçisi olmuşdur. Ətraflı>>>

Nəriman Əliyev
Nəriman Salman oğlu Əliyev 15 may 1925-ci ildə Zəngilan rayonunun Tiri kəndində anadan olub. 1942-ci ildə Zəngilan kənd orta məktəbini bitirib. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak edib. Müharibədə çoxlu sayda orden və medallarla təltif olunub. Müharibədən II qrup müharibə əlili kimi qayıdıb.
1950-ci ildə Azərbaycan Dövlət Universitetini, sonra isə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasını bitirib. “Azrbaycan Sovet poemalarında ənənə və novatorluq problemləri (1930-1950-ci illər)” mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Ətraflı>>>

Oktay Zəngilanlı
Oktay İsgəndər oğlu Zəngilanlı (Ələkbərov) 1939-cu ildə Zəngilan rayonunda anadan olub. 1962-ci ildə BDU-nun geologiya-coğrafiya fakültəsini bitirib. Uzun müddət Zəngilan rayonunun Mincivan qəsəbəsindəki 36 saylı məktəbdə müəllim işləyib. Hazırda Bakıda fəaliyyət göstərən Zəngilan məktəblərindən birində pedaqoji fəaliyyətini davam etdirir.

Oktay Zəngilanlının şerləri bir neçə kitabda oxucularına təqdim olunub. Şerləri Azərbaycan və Türkiyə mətbuatında çap olunub. Ətraflı>>>

Imamverdi Ismayılov
1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. "Qızıl qələm" mükafatı laureatıdır. Bir neçə kitabın müəllifidir.
1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, Azərbaycan televiziyasının "Gənclik" baş redaksiyasının baş redaktoru vəzifələrində çalışmışdır. 1990−1992-ci illərdə "Kirpi" jurnalının şöbə müdiri olmuşdur. Hazırda Azərbaycan Respublikası Mətbuat Fondunun sədridir.
Birinci və ikinci çağırış Azərbaycan Ətraflı>>>

Vaqif Qüdrət
Vaqif Qüdrət 1945-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub.Orta məktəbdə oxuduğu illərdə məktəb kitabxanasında kitabxanaçı, sonra kənd mədəniyyət evinin müdiri, 1970-ci ildən Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Beşinci sinifdə oxuyan vaxtdan şer yazmağa başlayıb. Və ilk şeri məktəb divar qəzetində verilib. Sonradan şerləri rayon və respublika qəzetlərində çap olunmağa başlayıb. Qısa müddət olsa da Azərbaycan radiosunda işləyib. Vaqif Qüdrətin şerləri “Zəngilana gedən yollar”, “Bir ömür həsrət”, “Dünya o dünya deyil” kitablarında oxuculara təqdim olunub. Ətraflı>>>

Azad Qaradərəli
Azad Qaradərəli 1955-ci ildə Zəngilan rayonunu Qaradərə kəndində doğulub. İlk kitabı “Dumduru su” (hekayələr) 1987-ci ildə çap olunub. “Aşiqlər” (elmi-publisistik kitab: Məhəmməd bəy aşiq Zəngilani , Əbdüssəməd bəy Aşiq və Xosrov Cavanşir haqqında) adlı kitabı 1998-ci ildə işıq üzü görüb. “Ulartı” (1999) və “Dəhrə” (2004) hekayələr və radiopyeslər kitabları geniş oxucu marağına səbəb olub. “Əbədi işıq” (2004), “Nizaminin ulduzları” (2006), “Özül” (2006) və “Yol Mincivandan Amerikaya” (2007), "Zəngəzur qazisi Bəhlul Behcət" elmi publisistik kitabları son illərdə nəşr edilib. Ətraflı>>>

Akif Kərimli
Akif Vəli oğlu Kərimli 1958-ci ildə Zəngilan şəhərində anadan olub. 1975-ci ildə Zəngilan şəhər 1 saylı orta məktəbini bitirib. Bakı Energetika texnikomunu, Bədən Tərbiyəsi texnikomunu, Zaqafqaziya Komsomol Məktəbini, Azərbaycan Jurnalist Sənətkarlıq İnstitutunu və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
Respublika qəzetlərində bədən tərbiyəsi və idman məsələlərinin işıqlandırılması sahəsində idman jurnalistləri arasındakı müsabiqədə Azərbaycan Jurnalistlər İttifaqının, “Sovet kəndi” qəzetinin və “Məhsul” KKBTİG-nin Respublika Şurasının “Fəxri fərman”ına layiq görülüb. Akif Kərimli həmçinin Azərbaycan Kütləvi İnformasiya Vasitələri Ətraflı>>>

Hacı Əli Məmmədyarlı
Məmmədyarlı Əli Surxay oğlu 1947-ci ildə Zəngilan rayonunun Genlik kəndində anadan olub. Ali təhsilli iqtisadçıdır. Əmək fəaliyyətinə Zəngilan rabitə qovşağında mühasib köməkçisi kimi başlayıb. Sonra Zəngilan rayonunda nəşr olunan “Kənd həyatı” qəzetində ədəbi işçi, Kənd təsərrüfatı Texnika-Birliyində baş iqtisadçı, rayon XDS İK-də Əmək müvəkkili, kənd təsərrüfatı məhsullarının satınalınması və keyfiyyəti üzrə rayon dövlət müfəttişi işləmiş və 1974-cü ildə həmin vəzifədən hərbi xidmətə getmişdir. 1975-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra iki il rayon tikinti idarəsində baş iqtisadçı işləmişdir. 1978-ci ildə Daxili İşlər Nazirliyi sisteminə qəbul edilmiş və müxtəlif vəzifələrdə çalışmışdır. Polis mayorudur. Ətraflı>>>

Əliağa Mirişqoğlu
Əliağa Hacı Seyid Miriş oğlu Hüseynov 1957-ci il 1 avqustda Zəngilan rayonunun Alıbəyli kəndində andan olub. 8 illik təhsilini Alıbəyli kəndində aldıqdan sonra, Bakı şəhərindəki Kimya-Biologiya təmayüllü Respublika liseyində təhsilini davam etdirib. 1983-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Əliağa Mirişqoğlu iqtisadşı-mühəndis, şöbə müdiri vəzifələrində çalışıb. Hal-hazırda Dövlət Qaçqınkomun Təchizat və İstehsalat idarəsində “Alıbəyli” sənaye və kənd təsərrüfatı müəssisəsinin baş direktorudur.
Orta məktəb illərindən poeziyaya vurğunluq onu tərk etməmiş, qanına hopmuşdur. Bütün bunların əsl səbəbkarı İlahi qismət, Ətraflı>>>

Salam Cavadlı
Salam Cavadlı 1950-ci ildə Zəngilan şəhərində anadan olub. Hələ məktəbdə oxuyarkən şerləri rayon qəzetində dərc olunub. Sonralar respublika mətbuatında şer və hekayələri ilə çıxış edib. Naxçıvan Dövlət Pedaqoji Universitetini və Jurnalist Sənətkarlığı İnstitutunu bitirib.
Çoxillik jurnalistika fəaliyyətinə görə Nəsən bəy Zərdabi adına mükafata layiq görülüb.
Əsəri Azərbaycan Dövlət Akademik Milli Dram teatrında tamaşaya qoyulub.
“Qayanın tənha daşı” və “Ağ yağış” kitablarının müəllifidir. Ətraflı>>>

c
c

a
a


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Zəngilanlılarla görüşləri

Xəbər  Zəngilan




XANKƏNDİ
XOCALI
ŞUŞA
LAÇIN
XOCAVƏND
KƏLBƏCƏR
AĞDƏRƏ
AĞDAM
CƏBRAYIL
FİZULİ
QUBADLI
ZƏNGİLAN
20 % - (17.000 km2)



Təsisçi:
Novruz Qərib oğlu Məmmədzadə

Əlaqə telefonu:
(+994-50) 379 70 60
(+994-55) 379 70 60
(+994-70) 379 70 60

E-mail:
novruzgeriboglu@mail.ru
 
© www.zengilan.com 2007-2010.