Z Ə N G İ L A N

Mənə öyünməyə - Azərbaycanım,
Vəsf etməyə - Zəngilanım bəs eylər.
Baş səhifə   |   Məktub yaz  |   Axtar
www.zengilan.com
  · Xəbərlər
  · Ərazi
  · Əhali
  · Tarix
  · Təhsil
  · Ədəbiyyat
  · İdman
  · İqtisadiyyat
  · Hüquq
  · Şəhidlər
  · Milli Qəhrəmanlar
  · Müharibə
  · Tanınmış insanlar
  · Seyyid ocaqlarımız
  · Sənədlər
  · Bannerimiz




ILK-10 Azeri Website Directory

free counters



Azərbaycan Qarabağın müstəqilliyinə razılıq verməyəcək

Azərbaycan Dağlıq Qarbağın müstəqilliyinə heç vaxt razılıq verməyəcək və onun Azərbaycandan ayrılmasına imkan verəcək heç bir mexanizm və prosedurlara razı olmayacaq. Bunu prezident İlham Əliyev "Euronews"a müsahibəsində bəyan edib.

"Biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə çox böyük ümid bəsləyirik. Artıq bir neçə ildir ki, davam edən problem sülh yolu ilə həllini tapmalıdır. Amma bu Ermənistanın beynəlxalq hüquq normalarına uyğun olaraq qoşunlarını Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərdən çəkməyə nə dərəcədə hazır olmasından asılı olacaq və sülh də yalnız o vaxt bərqərar olacaq", deyə prezident bildirib

Ətraflı>>>

Haradasınız, əsir Xocalılılar?
“Qonşu kameradan bağırtı gəlir... Hansısa əsirin dırnaqlarını çıxarır, başının dərisini soyurdular...”
“İnilti, fəryad səsləri biri-birinə qarışmışdı. Elə bu dəm əllərində fənər içəri daxil oldular. Heç kəsi sorğu-sual etmədən təpikləməyə başladılar. Ağır əsgər çəkmələri ilə vurduqları zərbələrdən ancaq üz-gözümüzü qoruya bilirdik. Nalayiq söyüşlər, təhqiredici ifadələr və yumruq-təpikdən sonra kameranı tərk etdilər. Beləcə, düz 12 sutka ac qaldıq. Hər sutkada ən azı iki dəfə təpiklə döyülürdük. Amma sən demə, bu hələ jurnalı imiş...” Ətraflı>>>

"Euronews" səhvini düzəltdi
"“Euronews" telekanalı Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlı məcburi köçkünlər haqqında reportaj yayımlayıb. Videomaterialda məcburi köçkünlər üçün salınmış qəsəbələrdə həyat, qaçqınların vəziyyəti əks olunub.

Qeyd edək ki, reportajda Xocalı faciəsi barədə kadrlar da yer alıb. Kadrları "Euronews"a ANS telekanalı təqdim edib. 8 dəqiqəlik reportajda Ermənistanın Dağlıq Qarabağla yanaşı Azərbaycanın digər 7 rayonuna işğal etdiyi, BMT-nin 4 qətnaməsinə zidd olaraq öz qoşunlarını bu ərazilərdən çıxarmadığı qeyd olunub. Ətraflı>>>

İ.Əliyev: "Ermənistan torpaqları qaytarmayınca, Türkiyə protokolları təsdiqləməyəcək"
"Ermənistan Dağlıq Qarabağ bölgəsi daxil olmaqla işğal etdiyi əraziləri geri qaytarmayınca, Türkiyə bu protokolları təsdiqləməyəcək".

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev "Bloomberg" agentliyi və "The Wall Street Journal" qəzetinə müsahibəsində belə deyib.

Dövlət başçısı İlham Əliyevin sözlərinə görə, "bölgədə belə bir ümumi anlayış mövcuddur ki, ilk addımı Ermənistan atmalıdır və buna işğal etdiyi əraziləri boşaltmaqla başlamalıdır". İlham Əliyev Türkiyənin bu məsələni anlamasından tam məmnun olduğunu deyib
Ətraflı>>>

Çavuşoğlu: “Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlimizdən gələni edəcəyik”
“Dondurulmuş münaqişə olan Dağlıq Qarabağ münaqişəsinin həlli Avropa üçün çox önəmlidir. Bu, həllini gözləyən bir məsələdir.

ATƏT-in Minsk Qrupu, həmsədr ölkələr, eləcə də İsveçrə bu münaqişənin həlli istiqamətində səylərini davam etdirir”. APA-nın Avropa bürosunun xəbərinə görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti Mövlud Çavuşoğlu Strasburqda keçirdiyi mətbuat konfransında deyib. Ətraflı>>>

MDBMİ rektoru: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza – BMT Təhlükəsizlik Şurasının qətnamələri var”
Bakı. Laçın Sultanova - APA. “Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə keçiriləcək görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində daha bir addım olacaq”.

APA-nın məlumatına görə, bu sözləri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Anatoli Torkunov Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri ilə görüşündə deyib.

Dağlıq Qarabağ münaqişəsinin mürəkkəbliyinə diqqət çəkən rektor probleminin həlli üçün mərhələlərə ehtiyac olduğunu bildirib: “Əsas odur ki, problemin həlli istiqamətində dünya ictimaiyyəti iradə
Ətraflı>>>


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Zəngilanlılarla görüşləri

Xəbər  Zəngilan




XANKƏNDİ
XOCALI
ŞUŞA
LAÇIN
XOCAVƏND
KƏLBƏCƏR
AĞDƏRƏ
AĞDAM
CƏBRAYIL
FİZULİ
QUBADLI
ZƏNGİLAN
20 % - (17.000 km2)



Təsisçi:
Novruz Qərib oğlu Məmmədzadə

Əlaqə telefonu:
(+994-50) 379 70 60
(+994-55) 379 70 60
(+994-70) 379 70 60

E-mail:
novruzgeriboglu@mail.ru
 
© www.zengilan.com 2007-2010.